Icma.az
close
up
RU
Səsin rəssamı və ya kamançanın rəngləri

Səsin rəssamı və ya kamançanın rəngləri

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kənan Hacı

Şəfiqə Eyvazova milli mədəniyyətimizin danılmaz faktıdır, brendə çevrilmiş ifaçıdır. Öz kimliyi səhnə ilə hüdudlanmayan, həvəs və şövqlə ardıcıllarını yetişdirən, pedaqoji sahəni yaradıcılığının vacib qolu hesab edən Şəfiqə xanım bu yoldan, bu yolun çətinliklərindən yorulmadı, usanmadı. Hər insanın yolu onun beynindədir. O, öz yolunu hələ Köhnə Dağlı məhəlləsində müəyyənləşdirmişdi; kamança ilə ömür boyu yol yoldaşı olacaqdı.

Diz üstə şaquli vəziyyətdə tutulan kamançanın səsi, ondan qopan melodiya üfüqi vəziyyətdə müəyyən bir arealı əhatə edir və könülləri fəth edir. Şəfiqə Eyvazova ömür boyu barmaqların simlərlə məhrəm ünsiyyəti nəticəsində möcüzələr yaradıb. Bəli, o, sənətə yeniliklər gətirib, lakin heç vaxt lüzumsuz improvizasiyalar etməyib, milli musiqimizə yad xallaq qatmayıb. Şəfiqə Eyvazova və onun mənsub olduğu nəsil hər zaman klassik musiqimizi yad təsirlərdən qoruyublar, sənətin sürüşmə zonalarına sipər çəkiblər.

Onlar bir həqiqəti dərk edirlər ki, sənətdə novatorluq klassikanın zədələnməsi hesabına başa gəlməməlidir. Səs ruha bənzəyir, onu görmək imkansızdır, onu yalnız eşitmək mümkündür. Qulaq yaddaşımızda hər zaman təravətli qalan inciləri incitməyə nə hacət?! Mən həmişə yaddaşımda yaşayan əvəzsiz musiqiləri dinləmək üçün Şəfiqə xanımın ifasını dinləyirəm. Bu musiqi məni təkcə keçmişə aparmır, həm də gələcəkdən soraq verir. Yaşamımızın pozulmuş ahəngini bərpa etmək üçün bəzən keçmişə qayıtmaqda da bir fayda var. Çünki keçmiş həm də özüldür, kökdür, sənə hardan gəldiyini xatırladır. Bu musiqiləri ruh kimi də, səs kimi də, fikir kimi də anlamaq mümkündür. Bu semantika hissin müşahidəsi anlamını da özündə qapsayır. Harmoniyanın qızları hesab olunan muzalar səslərin rənglərini görürdülər. Öz plastikası olan, ritmə tabe etdirilən səslər melodiya kimi qavranılırdı və yunan tanrılarına misilsiz zövq yaşadırdı.

Kamança o yaddaşın əsrləri adlayan zərif sədalarıdır. Şəfiqə xanımın ifasında mən həm də o muzaların yaratdığı mifoloji düşüncə sisteminin qaynaqlarına nüfuz etməyə can atıram. Onun ifasında muğamlarımız gözlərimiz önündə insan həyatının virtual görüntülərini sərgiləyir. Sanki həyatın çənbərinə gəlib çıxırsan və ordan geriyə boylanıb hisslərin tarixini vərəqləyirsən.

Şəfiqə xanım kamança ilə dünyanı dolaşıb, musiqimizi təbliğ edib. Onun 1989-cu ildə Xalq artistləri Alim Qasımov və Ramiz Quliyevlə birgə Səmərqənd və Amerika səfərləri musiqi mühitində böyük bir hadisəyə çevrilmişdi. Bu gün də o unudulmaz səfərlərin təəssüratları yaddaşlarda yaşayır.

Bir dəfə yazmışdım ki, Şəfiqə xanımın millətimizin qara yanvar dərdinə ağı kimi səslənən ifası Tanrıya da yetib. Buna əminəm. Hamımız o yanıqlı ifanı xatırlayırıq. Şəfiqə xanım öz qəlbinin fəryadını simlərə köçürmüşdü. Bu ifa imeriya cəlladlarına bir üsyan idi. Sonsuz kədər, hüzn onun barmaqlarını yandırırdı, sanki kamança indicə alovlanacaqdı.

Şəfiqə xanım həm də bu ifasında öz düşüncələrini şifrələmişdi. Xalqımızın tale kitabının kodları var onun kaman ifaçılığında. Sanki xalqın taleyi ilə dialoqa girir. Məəttəl qalınası işdir, dörd simli taxta parçasına bütöv bir kainatı necə sığdırmaq olar?! Şəfiqə xanım bunu bacarır. Kamançanı taleyimizin rəmzi xəritəsi də adlandırmaq mümkündür. Ustadların ifasında bu, doğrudan da belədir. İnanmırsınızsa, Şəfiqə xanımın ifasında “Bayatı-qacar”, “Rahab” muğamlarını, “Vilayəti-dilkəş”i dinləyin.

Səs haqqında söz demək çətindir. Kamanın səsindəki rəngləri sözə çevirmək mümkünsüzdür. Mən kiçik bir yazıda Şəfiqə xanımın ifalarından doğan təəssüratlarımı bölüşdüm. Səksən yaşın astanasında o səslər hələ də təravətini qoruyub saxlayır.Dünyamıza rəng qatan sənətkarlar həm də bizi tale ortaqlarımızdır. Bu yazıda tale sözü çox işləndi. Şəfiqə Eyvazova özü bir küll halında taleyin özüdür. Örnək götürüləsi bir tale...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Aprel 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri