Icma.az
close
up
RU
Dünyanı dolaşan səsin xatirə ocağı

Dünyanı dolaşan səsin xatirə ocağı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi. “Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm” kimi dəyərli mahnıların ifaçısı olmuş bu dahi sənətkarın şəffaf, bulaq suyu kimi axıcı səsini unutmaq mümkün deyil. Bu səs illər uzunu öz sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. 
Bu günlərdə unudulmaz maestronun adını daşıyan Dövlət Mahnı Teatrında dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudovun anım günü münasibətilə sənətkarın xatirə otağının açılışı oldu. Dəyərli sənətkara məxsus əşyaların sərgiləndiyi bu otaqda xatirələr sanki dil açıb danışır, dahi musiqiçi haqqında zəngin məlumat verir. Rəşid Behbudovun ev şəraitində səsini yazmaq üçün istifadə etdiyi mikrafon, hər zaman yanında gəzdirdiyi əl radiosu, konsertdən əvvəl səsini tənzimləmək üçün istifadə etdiyi aparat, müxtəlif dövrlərdə sənətkara təqdim olunmuş diplomlar, təltifnamələr və digər dəyərli əşyalar bura gələn qonaqlar onun haqqında dərin təsəvvür yaradır. 
Şəxsi əşyaları arasında Rəşid Behbudovun səs diapazonu üçün yazılmış “Aman ovçu” mahnısının not yazısı, müxtəlif konsertlər və qostrol səfərlərində geyindiyi kostyum və ayaqqabıları, xarici ölkələrə səyahəti zamanı sənətkara verilən dəyərli hədiyyələr, çəkdirdiyi fotolar da yer alır. 
Dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı ona verilən dəyərli xatirə hədiyyələri xüsusi diqqət çəkir. Bunlardan biri də Pakistan musiqi alətidir. Bu nadir milli musiqi aləti 1983-cü ildə Pakistan Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən Rəşid Behbudova dostluq və mədəni əməkdaşlıq nişanəsi olaraq təqdim edilmişdir. Əl işi olan bu alət Pakistan xalqının zəngin musiqi ənənələrini və milli irsini əks etdirir. Əsər iki ölkə arasında mədəni körpü rolunu oynayır. 
Bambukdan toxunmuş ənənəvi Çin şlyapası isə 1952-ci ildə Çin Xalq Respublikasına edilən rəsmi səfəri zamanı təqdim edilmişdir. Üzərində əllə yazılmış Çin heroqlifləri həmin dövrün fəlsəfi və mədəni mesajlarını daşıyır, bu da əşyanın həm sənət, həm də simvolik dəyərini artırır. Bu hədiyyə mədəni diplomatiyanın incə təcəssümü kimi iki ölkə arasında hörmət və əməkdaşlığı simvolizə edir. 
Otağın bir küncündə qoyulmuş divar stendində sənətkarın adını daşıyan gəmi maketi də sərgilənir. 5 min ton yük daşıma gücü olan bu dəniz nəhənginin maketi  XX əsrin su nəqliyyatı sahəsində mühəndislik nailiyyətlərini və o dövrün gəmiqayırma xüsusiyyətlərini əks etdirir. İş kabinetində istifadə etdiyi masaüstü saatı və mərmərdən hazırlanmış qələm  dahi sənətkarın şəxsi iş masasında istifadə etdiyi dəyərli əşyalardandır. Bu əşyalar sənətkarın daxili zövqünü və dövrünün estetik üslubunu əks etdirir. Qələm Moldova Sovet Sosialist Respublikası  tərəfindən bu ölkəyə səyahəti zamanı dahi sənətkara xatirə hədiyyəsi olaraq təqdim edilmişdir. 
Rəşid Behbudov yaradıcılığında hər zaman Şərq musiqi motivlərinə xüsusi yer verilib. Bu da onun Şərq alətlərinə olan sevgisini göstərir. 
Meksikada ona hədiyyə olunmuş Marakas (Latın Amerikası Musiqisində istifadə olunur) zərb alətləri, rəqs şalı olduqca maraqlı eksponatlardır. Onların içərisindəki xırda daş və muncuqların səsi ifa zamanı musiqiyə ritmik ahəng və yüksək dinamika bəxş edir. Bu eksponat Rəşid Behbudovun beynəlxalq səfərləri zamanı əldə etdiyi və sənət dostları tərəfindən dəyərli hədiyyə kimi təqdim edilmiş nadir nümunələrdən biridir. Müxtəlif illərdə çəkildiyi filmlərdən kadrlar, vaxtilə özünün musiqilərini ifa etdiyi fortepiano aləti və başqa xatirə əşyaları otağa xüsusi gözəllik verir.  
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Fidan SALMANOVA 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri