Icma.az
close
up
RU
99 illik səsin tarixi...

99 illik səsin tarixi...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan radiosunun yayıma başladığı gündür

“Danışır Bakı!”-1926-cı ilin noyabr ayında paytaxt küçələrində və meydanlarında qurulmuş reproduktorlardan eşidilən səs... 99 il əvvəl - 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Elə bu tarixdən radio insanların dostuna, sirdaşına, yol yoldaşına çevrildi.

Radionun fəaliyyətə başlaması ölkəmizin media tarixində həm də teleradionun yaranması kimi qəbul olunur. Radio və televiziyanın fəaliyyətə başlamasının maraqlı bir tarixçəsi var. “Danışır Bakı!” səsinə yalnız Bakıda deyil, paytaxtın ətraf yaşayış məntəqələrində də vətəndaşların qulaq asmaları üçün imkanlar yaradılmışdı. Həmin illər üçün bu, xalqın həyatında çox böyük bir yenilik hesab olunurdu. Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilib.

Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi peşəkar diktorlar ölkəmizin radio məkanına öz zəngin töhfələrini veriblər. Bakı Televiziya Mərkəzinin tikintisinə isə 1953-cü ildə başlanılıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub.

1956-cı il fevralın 14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.

Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlıqları ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.

Hazırda ölkə ərazisində radio proqramları orta dalğa (AM radio 526,5-1606,5kHs) və UQD dalğa diapazonundakı tezliklərdə (FM radio 88 MHs-108 MHs), televiziya proqramları isə PAL, D/K standartında və III, IV və V televiziya diapazonlarında yayımlanır. Qeyd edək ki, rəqəmli televiziya yayım şəbəkəsi DVB-T standartı üzrə qurulub.

Orta dalğalarda “Azərbaycan” radiosu və müxtəlif dillərdə yayımlanan “Xaricə yayım” radio proqramları yayımlanır. Orta dalğa radio yayımlarının texnoloji xüsusiyyətlərindən asılı olaraq, bu dalğalarda yayımlanan proqramlar nəinki ölkə daxilində, hətta xarici ölkələrdə də qəbul oluna bilir.

Uzun illərdən bəri Azərbaycan televiziyası mühüm bir yol keçib. Qara-ağ televizor ekranlarından bu günkü rəngli, yüksək keyfiyyətli və onlayn yayımlara qədər olan bu inkişaf həm texnologiyanın, həm də sözün, səsin, insan ruhunun inkişafıdır. Televiziya və radio sadəcə informasiya mənbəyi deyil, cəmiyyətin yaddaşı, mənəvi güzgüsüdür. Hər bir xəbər, hər bir mahnı, hər bir sənədli film xalqın ruhundan doğur, onun düşüncəsini, sevincini və kədərini əks etdirir.

Azərbaycan radiosu da illər boyu xalqın həm səsi, həm də dərd ortağı olub. Müharibə illərində ümidin səsi, müstəqillik dönəmində azad sözün tribunası, bu gün isə mədəniyyətin və maarifin daşıyıcısı kimi fəaliyyət göstərir.

Ölkəmizdə radio və televiziya sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində saxlanılmaqdadır. Bu sahədə inkişafın təmin edilməsi istiqamətində hər zaman lazımi tədbirlər görülməkdədir. Əlamətdar gün münasibətilə radio və televiziya sahəsində fəaliyyət göstərən həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Yeganə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri