Icma.az
close
up
RU
Sesk Fabreqas: “Samuel Riççi Totti və Pirlo kimi oynayır”

Sesk Fabreqas: “Samuel Riççi Totti və Pirlo kimi oynayır”

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliyanın “Komo” futbol komandasının baş məşqçisi Sesk Fabreqas A Seriyasının onuncu turunda “Venetsiya” üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirib.

İdman.Biz “Tuttomercatoweb” nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında bu nəticəni mövsümün ən vacib qələbəsi adlandırıb.

“Ötən mövsüm də 1:0 hesabı ilə çox oyun qazanırdıq. Bu, keçirdiyimiz 13 qarşılaşma arasında ən vacib qələbədir. Müasir futbolda qalib gəlmək olduqca çətindir. Komandam xüsusilə müdafiədə yaxşı çıxış etdi. Rəqibə demək olar ki, heç bir imkan vermədik”, - deyə Fabreqas bildirib.

Baş məşqçi Samuel Riççinin çıxışını xüsusi vurğulayaraq onu İtaliya futbolunun əfsanələri Françesko Totti və Andrea Pirlo ilə müqayisə edib.

“Riççidən çox razıyam. Mən “Torino” və “Milan”dan tanıdığım Samueli gördüm. O, Totti və Pirlo kimi çox yaxşı oynayır. Əla xarakterə və düşüncə tərzinə malik futbolçudur. Texnikası yüksəkdir, fiziki imkanları da yaxşıdır. Bir qədər də inkişaf etsə, İtaliyada çox güclü oyunçuya çevrilə bilər”.

Fabreqas qarşılaşmada mübahisəli hakim qərarına da münasibət bildirib. O, Luis Millanın əlinə dəyən topa görə penalti təyin edilməməsi barədə danışıb.

“Epizodu görəndə mənə aşkar penalti kimi göründü. Lakin sonradan mütəxəssislərlə danışdım. Onlar bunun penalti olmadığını bildirdilər. Şanslı idik”, - deyə baş məşqçi etiraf edib.

Qeyd edək ki, “Komo”nun qələbəsini 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lukaş Da Kunya təmin edib. Komanda bu nəticədən sonra xal ehtiyatını 23-ə çatdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Noyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri