ŞƏT liderləri Bişkek sammitinin yekununda 28 sənəd imzalayıblar
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçıları Bişkekdə keçirilən sammitin yekununda 28 sənəd imzalayıblar.
BAKU.WS xəbər verir ki, sənədlər arasında ŞƏT-in 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi, təşkilatın Antinarkotik Mərkəzinin İcra Komitəsi haqqında əsasnamə, Pakistanın Lahor şəhərinin 2026–2027-ci illər üçün ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı qərar da yer alıb.
Bundan başqa, liderlər nüvə və nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə çoxtərəfli tərəfdaşlığın gücləndirilməsinə dair bəyannamə qəbul ediblər.
Sammit çərçivəsində ailə institutunun dəstəklənməsi və möhkəmləndirilməsi ilə bağlı bəyanat, eləcə də fövqəladə hallardan zərər çəkmiş ölkələrə yardım göstərilməsi barədə sənəd də imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 01 Sentyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















