Icma.az
close
up
RU
ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

ŞƏT məkanı Azərbaycanın xarici ticarət əlaqələrində xüsusi əhəmiyyət daşıyır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 4 sentyabr, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən sammitində dialoq tərəfdaşı statusunda və ya xüsusi dəvətlə yüksək səviyyədə təmsil olunan ölkələrin siyahısında yer alan Azərbaycan bu nəhəng məkanla yalnız ikitərəfli əlaqələr vasitəsilə deyil, institusional əməkdaşlıq çərçivəsində də sıx bağlıdır. Belə ki, Azərbaycanın 2015-ci ildən ŞƏT-in dialoq tərəfdaşı statusu qazanması ölkəmizin təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji, təhlükəsizlik və humanitar gündəliyi ilə əlaqələrini genişləndirməsinə imkan verib. Bildiyimiz kimi, Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın aparıcı regional və beynəlxalq əməkdaşlıq platformalarından biridir. Azərbaycanın xarici ticarət əlaqələrinə nəzər saldıqda da ŞƏT məkanının ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığı görürük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O xatırladıb ki, ölkəmizin ən böyük xarici ticarət tərəfdaşlarından 4-dən 3-ü məhz bu təşkilatda təmsil olunur. Onlardan 2-si ŞƏT-in tamhüquqlu üzvü, 1-i isə tərəfdaş dövlət statusuna malikdir. Bu da Azərbaycanın artıq təşkilat məkanına daxil olan ölkələrlə dərin və çoxşaxəli ticarət-iqtisadi əlaqələr formalaşdırdığını göstərir.

“Azərbaycanın ŞƏT məkanındakı mövqeyini gücləndirən əsas amillərdən biri də Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin sürətlə inkişaf etməsidir. Bu baxımdan, ŞƏT-in 2026-cı ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Zirvə toplantısı xüsusi əhəmiyyət daşıyır. Hazırda bu iqtisadi məkan ölkəmiz üçün həm mövcud ticarət əlaqələri, həm də nəqliyyat, logistika, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 48,9 milyard dollar təşkil edib. Bu dövriyyənin 10 faizi Rusiyanın, 9,9 faizi Çinin, 1,6 faizi Özbəkistanın, 1,4 faizi Qazaxıstanın, 1,3 faizi isə İranın payına düşüb. Bu ölkələr ŞƏT üzvləridir. Göstəricilər, heç şübhəsiz, ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir”, - deyə M.Cəfərov deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri