Səudiyyə Ərəbistanı rəsmi pul vahidi Riyalın simvolunu dəyişdirir
Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Səudiyyə Ərəbistanı milli valyutası olan rial üçün yeni simvolu istifadəyə verib.
Bu simvol ölkənin maliyyə kimliyini gücləndirmək və Səudiyyə Ərəbistanının mədəni irsini əks etdirmək məqsədi daşıyır.
Yeni simvol ərəb xəttatlığından ilhamlanıb və Səudiyyə Ərəbistanının zəngin mədəniyyət tarixini simvollaşdırır.
Bu yenilik Səudiyyə riyalının yerli, regional və beynəlxalq maliyyə əməliyyatlarında daha asan və tanınacaq şəkildə istifadə edilməsinə imkan verəcək.
Səudiyyə Ərəbistanı Mərkəzi Bankı (SAMA) simvolun ən yüksək texniki standartlara uyğun tərtib edildiyini və bu dizaynın Krallığın mədəni dəyərlərini əyani şəkildə təcəssüm etdirməyə yönəldiyini bildirib.
Mövsüm
Aznews.az

Səudiyyə Ərəbistanı klubuna keçəcək
25 Mart 2025 11:22
Neymar Səudiyyə Ərəbistanı klubundan ayrıldı RƏSMİ
28 Yanvar 2025 09:03
Səudiyyə Ərəbistanı üç nəfəri HƏMAS üçün pul
23 Noyabr 2024 18:58
Səudiyyə Ərəbistanı tarixinə düşən transfer
01 Yanvar 2025 21:58
Pavel Nedved Səudiyyə Ərəbistanı yolunda
27 Dekabr 2024 15:22

