Səudiyyə Ərəbistanı rəsmiləri hacı olmaq istəyən 76 min nəfəri ölkədən qovub Qaydaları pozduqları üçün
Mia.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Səudiyyə Ərəbistanı "hacı" titulu qazanmaq üçün qanunsuzluq edənləri ölkədən qovub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aparılan yoxlamalarıa 76 minə yaxın insanın həcc qaydalarını pozmaları təsdiqlənib: "Onlar - 75 min 943 nəfər sürətli sənədləşmə işlərindən sonra ölkədən deport ediliblər. Onların bir çoxunda saxta sənədlər aşkarlanıb...".
Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik şöbəsnin müdiri, general-leytenant Məhəmməd əl-Bəssami Məkkədə keçirdiyi mətbuat konfransında deyib ki, bununla yanaşı, indiyədək həcc ziyarəti üçün müvafiq sənədi olmayan təxminən 270 min insan isə Məkkəyə buraxılmayıb: "Onların ölkəyə gəlişi və burada müvəqqəti yaşamaq icazələri olduğundan geri göndərilməyiblər. Lakin Həccə buraxılmayıblar..."
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 İyun 2025 07:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















