Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötdü
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Səudiyyə Ərəbistanına Həcc ziyarətini icra etmək məqsədilə gedənlərin sayı 860 mini keçib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi krallığın həcc və ümrə naziri Taufiq bin Fauzən Əl-Rabiənin sözlərinə istinadən xəbər yayıb.
Təşkil olunan mətbuat konfransında çıxış edən nazir bildirib ki, indiyədək ölkəyə daxil olan zəvvarların 820 mindən çoxu hava nəqliyyatından istifadə edib. Dominos pizza
Quru sərhəd-keçid məntəqələri vasitəsilə gələnlərin sayının 35 mini keçdiyini vurğulayan nazir, dəniz yolu ilə səfər edənlərin isə 4 mindən artıq olduğunu qeyd edib.
Nazir Əl-Rabiə əlavə edib ki, ümumi zəvvarların 240 mindən çoxu "Məkkə Yolu" layihəsi çərçivəsində ölkəyə gəlib. Bu layihə zəvvarların sərhəd və gömrük prosedurlarını asanlaşdırmaq məqsədi daşıyır./Oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 13 May 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















