Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Səudiyyə Ərəbistanında daha çox qazananlar

Səudiyyə Ərəbistanında daha çox qazananlar

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

2023-cü ildən başlayaraq Səudiyyə Ərəbistanında əsl futbol yüksəlişi yaşanır.

Etiraf edək ki, Asiyanın bu ölkəsində ötən müddətdə az-çox inkişafa nail olunub. Bir faktı vurğulamaq olar. Hazırda davam edən klublararası dünya çempionatında bir komanda ilə təmsil olunan ölkənin son vitse-çempionu “Əl-Hilal” 1/4 finala yüksəlib. Böyük adlar və yüksək məvaciblərin təsiri artıq Səudiyyə Ərəbistanında futbolun daimi inkişafını təmin edib.
Şübhəsiz, Kriştiano Ronaldo kimi meqaulduzun Asiyaya üz tutması dünya futbol ictimaiyyətində böyük əks-səda doğurmuşdu. Portuqaliyalı hücumçunun cığıraçan rolunu oynadığını əminliklə deyə bilərik. Çünki Ronaldodan sonra onlarla tanınmış futbolçu Yaxın Şərqə yollandı. Səudiyyə Ərəbistanının yüksək liqası hazırda dünya çempionundan İngiltərə premyer-liqasının əfsanələrinə qədər saya-hesaba gəlməyən məşhur futbolçuların top qovduqları turnirdi. Onların əsasən Avropanı tərk etməklə “ciblərini doldurduqları” da hər kəsə məlumdu.
İndi gəlin, Ərəbistan yarımadasında daha çox qazananlarla bir qədər yaxından tanış olaq. Onların hamısı tanınmış futbolçulardı. Bu planda ilk “10-luğ”a düşənlərin il ərzində nə qədər qazandıqlarına nəzər salaq.
1. Kriştiano Ronaldo
Klubu: Əl-Nəssr
İllik qazancı: 200 milyon avro

Ronaldo bir neçə gün əvvəl şayiələrə son qoyub. Ulduz futbolçu “Əl-Nəssr” ilə yeni müqavilə imzalayıb. Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, 40 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub. 40 yaşlı Kriştiano “Əl-Nəssr”də 2023-cü ilin yanvarından çıxış edir. Portuqaliyalı hücumçu onda hazırkı klubu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkmişdi. Ronaldo hazırda yalnız Səudiyyə Ərəbistanının deyil, həm də dünyanın ən ödənişli idmançısıdı!
Onun yeni müqaviləsinin şərtləri adamı valeh edir: ilə 200 milyon avro maaş, 16 nəfərdən ibarət şəxsi ştat, xüsusu təyyarə ilə təmin olunma və şayiələrə inansaq, klub səhmlərinin 15 faizi! Bu şərtlər Kriştianonun “Əl-Nəssr”də özünü tamailə rahat hiss etməsi və məhsuldar oyun sərgiləməsi üçündü. Bu baxımdan özü də istəklidi. Axı qarşısına 1000 qol həddinə çatmaq vəzifəsini qoyub. Avropa çempionunun Ərəbistan yarımadasında bu hədəfə çatması real görünür.
Yeri gəlmişkən, Kriştiano son mövsümdə komandasında bütün turnirlərdə 41 oyuna çıxaraq 35 qol vurub və 4 qolun ötürməsini edib. Onun yerli liqada keçirdiyi iki il yarım ərzində 77 oyuna 74 qol vurduğunu da xatırladaq.
2. Riyad Mahrez
Klubu: Əl-Əhli
İllik qazancı: 52,2 milyon avro

Mahrez İngiltərə premyer-liqasında iki klubla çempion olan azsaylı futbolçulardandı. İndiyədək qazandığı titul və adlar diqqəti cəlb edir: “Lester”in əfsanəsi sayılan yarımmüdafiəçi “Mançester Siti” ilə “trebl” edib və Afrika çempionu olub. Əlcəzairliyə daha nə lazımdı? Aydın məsələdi ki, ilə 52 milyon avro qazanc əldə etmək. Məlumunuz olsun ki, 34 yaşlı Riyad 2023-cü ildə “Əl-Əhli”yə keçəndən sonra Asiya Çempionlar Liqasının da qalibi olub.
Bir maraqlı məlumatı da qeyd edək. Futbolçunun xanımı iki il əvvəl Asiyaya yollanmaq istəmirdi. Lakin ərinin alacağı məvacibi öyrənəndən sonra fikrini dəyişdi.
3. Kərim Benzema
Klubu: Əl-İttihad
İllik qazancı: 50 milyon avro

Benzema Səudiyyə Ərəbistanına Çempionlar Liqasında 5 dəfə qalib gələndən və “Qızıl top”u qazanandan sonra – 2023-cü ildə yollanıb. “Əl-İttihad”da keçirdiyi ilk iki mövsümdə vurduğu 21 qolla çempion olan fransalı hücumçu “Əl-Hilal”ın hegemonluğuna son qoyulmasında rol oynayıb. Benzemanın parlaq karyerası adamın gözünü qamaşdırır: o, həmişə yaşıl meydanda qol vurması və məhsuldar ötürmələr etməsi ilə yadda qalıb.
Kərim artıq 37 yaşındadı, amma hələ ki butslarını mismardan asmağa tələsmir. Yarım günlük məvacibi ilə BMW M5 alan Benzema yaxında məşhur aktrisa Lina Kudri ilə evlənmək fikrinə düşüb.
4. Sadio Mane
Klubu: Əl-Nəssr
İllik qazancı: 40 milyon avro

Seneqallı sol cinah vingerinin 2016-22-ci illərdə “Liverpul”un aparıcı hücumçularından olduğu çoxlarına bəllidi. Zarafat deyil, qırmızı formada bütün turnirlərdə keçirdiyi 269 oyunda 120 qol vurub, bütün əsas titulları qazanıb və rəqiblərin müdafiəsini tar-mar edib. Lakin 2022-ci ildə İngiltərə nəhənginin sıralarını tərk edəndən sonra futbol yolu onun üçün başqa məcraya yönəlib. “Bavariya”da bir mövsüm keçirən Sadio “Əl-Nəssr”ə qoşulub. Mane ona ödənilən məvacibin əvəzini artıqlamasıyla verməyə çalışır. Hərçənd 33 yaşında buna nail olması praktiki cəhətdən mümkün deyil.
Fakt budu ki, “Əl-Nəssr” son üç mövsümdə titul qazana bilməyib. Bəs belə halda nə etməlidi? Yaşıl meydanda bacara bilmədklərinin əvəzində xeyriyyəçilik fəaliyyətini davam etdirir. Onun Seneqaldakı doğma şəhəri Bambalidə məktəb və xəstəxanalar inşa etdirdiyi, aztəminatlı ailələrə yardım etdiyi məlumdu.
5. Kalidu Kulibali
Klubu: Əl-Hilal
İllik qazancı: 34,7 milyon avro

Kulibalini zəngin həyata aparan yol atasının toxuculuq fabrikindəki yorulmaz fəaliyyətindən keçib. Həftə ərzində istirahət imkanı olmadan 7 gün işləyən ata ailəsinin ən yaxşı şəraitini təmin etmək üçün əlindən gələni edib. Bu yorulmaz fəaliyyəti yaxından görən Kalidu yeniyetmə yaşlarından pulun dəyərini bilib. 2023-cü ildə “Əl-Hilal”ın cəlbedici təklifini qəbul edən 34 yaşlı müdafiəçi yerli çempionatda 60 oyuna 4 qol vurub.
6. Ayven Touni
Klubu: Əl-Əhli
İllik qazancı: 25,51 milyon avro

Qeyri-adi oyun tərzinə malik oyunçu olan Touni mərkəz müdafiəçiləri üçün ciddi başağrısı sayılır. “Brentford”un heyətində çempionşipdə sərgilədiyi parlaq oyunundan və 2022/23 mövsümündə premyer-liqada 20 qol vurandan sonra onun top-klublardan birində peyda olacağı ehtimal edilirdi. Lakin 2024-cü ildə 40 milyon avroya “Əl-Əhli”yə satıldı.
29 yaşlı hücumçu İngiltərə yığmasının Səudiyyə Ərəbistanında oynayan yeganə oyunçusudu. Ayvenin bu ölkədə keçirdiyi ilk mövsümdə bütün turnirlərdə 43 oyuna 40 qol vurduğunu da qeyd edək.
7-9. N’Qolo Kante
Klubu: Əl-İttihad
İllik qazancı: 25 milyon avro

Yəqin ki, futbol aləmində Kante haqqında pis bir fikir söyləyən bir nəfər belə yoxdu. Premyer-liqanın ikiqat qalibi olan fransalı yarımmüdafiəçi Çempionlar Liqasında və dünya çempionatında da zirvəyə yüksəlib. Bəstəboy futbolçu daim ən xoş oğlan siması ilə ətrafa müsbət enerji saçır. O da Mane kimi Afrikada - Malidə məktəblər tikdirir. Ailəsinə çox bağlı olan 34 yaşlı N’Qolo şəxsi həyatını gizli saxlamağa üstünlük verir. Bu isə öz haqqıdı. Necə istəyirsə, elə də edir.
7-9. Sergey Milinkoviç-Saviç
Klubu: Əl-Hilal
İllik qazancı: 25 milyon avro

Milinkoviç-Saviçin adı uzun müddət Avropa nəhəngləri ilə birgə hallanıb. Onun müxtəlif vaxtlarda “Latsio”dan “Yuventus”a, “Mançester Yunayted”ə və PSJ-yə yollanacağı iddia edilib. Amma serbiyalı yarımmüdafiəçi ilə bağlı proqnozların heç biri doğrulmadı. Çünki Sergey 2023-cü ilin iyulunda İtaliyadan Səudiyyə Ərəbistanına üz tutdu. “Latsio” onun “Əl-Hilal”a satışından təxminən 40 milyon avro qazandı.
Yeni liqada ən yaxşı yarımmüdafiəçilərin sırasına daxil olmağı bacaran 30 yaşlı futbolçu həm də ən çox qazananlardan biridi.
7-9. Aleksandar Mitroviç
Klubu: Əl-Hilal
İllik qazancı: 25 milyon avro

Mitroviç layiqincə dəyərləndirilməyən istedadlı hücumçulardandı. Gənclik illərini “Anderlext”, “Nyukasl” və “Fulhem”də keçirən serbiyalı məhsuldar çıxışı ilə yadda qalıb. Avropanın böyük klubları nədənsə onu sıralarına qatmaq üçün elə bir ciddi cəhd etməyiblər. Nəticədə Aleksandar iki il əvvəl ərəblərin cəlbedici təklifini qəbul etməli olub.
Zarafat deyil, “Əl-Hilal”da keçirdiyi ilk mövsümdə 43 oyuna 40 qol vurub. Bu, onun “Fulhem”in formasında çempionşipin 2021/22 mövsümündəki fantastik göstəricisinə (43 oyuna 44 qol) çox bənzəyir. Bir müddət əvvəl onun İngiltərəyə qayıda biləcəyi haqda xəbərlər yayılmışdı: serbin xidmətində “Everton”un maraqlı olduğu iddia edilirdi. Liverpul klubunun maliyyə imkanları bu transferin reallaşmasını qeyri-mümkün edir. Amma 30 yaşlı Aleksandar da Asiyanı tezliklə tərk etməyə tələsmir.
10. Emerik Lyaport
Klubu: Əl-Nəssr
İllik qazancı: 24,5 milyon avro

O, yaxın keçmişdə Xosep Qvardiolanın “Siti”sinin arxa xəttində aparıcı simalardan sayılırdı. Sonradan əsas heyətdəki yerini itirdi və 2023-cü ildə “Əl-Nəssr”də peyda oldu. İspaniyalı müdafiəçi hazırkı komandasında da məhsuldarlığı ilə diqqəti cəlb edir: 31 yaşlı Emerik yerli liqada 47 oyuna 8 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:264
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyul 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see298

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see277

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see272

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see265

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see264

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see264

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see246

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see245

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see242

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see242

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see239

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see237

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see234

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see230

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see217

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see210

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see199

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see183

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see181

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri