Icma.az
close
up
RU
Səudiyyə Ərəbistanında islamaqədərki dövrə aid yaşayış məskəni aşkar edilib

Səudiyyə Ərəbistanında islamaqədərki dövrə aid yaşayış məskəni aşkar edilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qahirə, 17 dekabr, AZƏRTAC

Səudiyyə Ərəbistanında Vadi əl-Qurada qazıntılar nəticəsində eramızın III əsrinin sonlarında və ya IV əsrin əvvəllərində inşa edilmiş, VII əsrin birinci yarısınadək istifadə olunmuş iri bir tikili aşkar edilib. Bu tapıntı bölgədə V əsrin əvvəllərindən VII əsrin əvvəllərinədək olan dövrdə məskunlaşmanı təsdiqləyən ilk kompleks arxeoloji sübutdur.

AZƏRTAC Səudiyyə Ərəbistanının xəbər agentliyinə istinadla bildirir ki, əl-Ula vilayəti üzrə Kral Komissiyası ilə Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) birgə apardığı arxeoloji qazıntıların nəticələri Ərəbistan yarımadası və Yaxın Şərq arxeologiyası üzrə ixtisaslaşmış ən nüfuzlu beynəlxalq jurnallardan biri olan “Arabian Archaeology and Epigraphy” jurnalında dərc edilib.

Otaqlar və həyətlərdən ibarət planlı memarlıq quruluşuna malik qədim tikilidə quyu, hovuz və su kanalları ilə təchiz olunmuş mərkəzi meydanın yeri müəyyən edilib, eləcə də kənd təsərrüfatı fəaliyyəti, məhsulun saxlanması, ərzaq istehsalı və sənətkarlıqla bağlı alətlər tapılıb. Bütün bunlar burada sabit və daimi bir icmanın mövcud olduğunu göstərir.

Tədqiqat ilk dəfə olaraq Vadi əl-Qura (indiki Əl-Ula) ərazisində eramızın III–VII əsrlərini əhatə edən dövrə dair dəqiq və ətraflı məlumatları özündə birləşdirir. Araşdırma Ərəbistan yarımadasının şimal-qərbində Nəbati dövrünün sonu ilə erkən İslam dövrünün başlanğıcı arasında mövcud olmuş və uzun müddət elmi boşluq sayılan mərhələni əhatə edir.

Araşdırmada qeyd olunur ki, bu tapıntılar Vadi əl-Quranın tarixi ilə bağlı ənənəvi təsəvvürlərin yenidən nəzərdən keçirilməsinə töhfə verir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

1 / 2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri