Icma.az
close
up
RU
“Seuta hadisələri təsadüfi və ya spontan səbəblərdən qaynaqlanmır” Mərakeş DİN

“Seuta hadisələri təsadüfi və ya spontan səbəblərdən qaynaqlanmır” Mərakeş DİN

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Seuta və Melilya sərhəd-keçid məntəqələrində baş verən hadisələr qərəzli rəqəmsal məkanın istismarı və yanlış məlumatların yayılması da daxil olmaqla, bir-biri ilə əlaqəli amillərin nəticəsidir”. 

525.az xəbər verir ki, bu barədə Mərakeşin Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb.

Qeyd olunub ki, toplanmış və təhlil edilmiş müxtəlif məlumatlar göstərir ki, bu hadisələr təsadüfi və ya spontan səbəblərdən qaynaqlanmır: 
“Əksinə, onlar bir-biri ilə əlaqəli bir sıra amillərin təsiri nəticəsində baş verib. Bu amillər arasında qərəzli şəkildə rəqəmsal məkanın istismar edilməsi, yanlış və çaşdırıcı məlumatların yayılması, insan alveri şəbəkələrinin fəaliyyəti, eləcə də hüquqi və inzibati məlumatların yanlış şərh olunaraq Avropa məkanına asanlıqla və hüquqi nəticələrlə üzləşmədən daxil olmağın mümkün olduğu barədə yanlış təsəvvürün formalaşdırılması xüsusi yer tutur”.

Daxili İşlər Nazirliyinin sözçüsü Raşid Əl-Xəlfi bildirib ki, dövlət orqanları bu proseslərin mahiyyətini və əlamətlərini nəzərə alaraq, ilk gündən etibarən erkən xəbərdarlıq siqnallarının müəyyən edilməsi, sayıqlığın və səfərbərliyin artırılması, müxtəlif təhlükəsizlik xidmətləri və yerli hakimiyyət orqanlarının əməliyyat imkanlarının gücləndirilməsi, həmçinin quru və dəniz sərhədlərində nəzarətin intensivləşdirilməsinə əsaslanan qabaqlayıcı və kompleks yanaşma tətbiq ediblər.

Onun sözlərinə görə, görülən bu tədbirlər vəziyyətin nəzarət altına alınmasına, insan həyatının qorunmasına, ictimai asayişin təmin edilməsinə və sərhədlərin mühafizəsinə, qanunun tələblərinə və müdaxilələrdə proporsionallıq prinsipinə ciddi riayət olunmaqla nail olmağa imkan verib.

Əl-Xəlfi əlavə edib ki, səlahiyyətli qurumların sərəncamında olan dəqiq statistik məlumatlar, qeyri-qanuni keçid cəhdlərində iştirak edən şəxslərin hərəkətə başladığı məntəqələrdə qurulmuş müşahidə və monitorinq sistemləri vasitəsilə əldə olunub və hadisələrdə iştirak edən şəxslərin sayını dəqiq müəyyən etməyə imkan verib.

Onun sözlərinə görə, ümumilikdə Seuta istiqamətində hərəkət edən şəxslərin sayı təxminən 40 min, Melilya istiqamətində isə 1 135 nəfər olub. Melilyaya çata bilən bütün şəxslər sonradan geri qaytarılıb.

Nazirliyin sözçüsü bildirib ki, bu qiymətləndirmə texniki monitorinq və izləmə mexanizmləri vasitəsilə toplanmış dəqiq statistik və sahə məlumatlarına əsaslanır və bu baxımdan etibarlı meyar hesab olunur. Bu göstəricilər bəzi mənbələrdə yayılan, etibarlı məlumat və obyektiv sübutlara söykənməyən rəqəmlərdən fərqlənir.

Bu kontekstdə, İspaniyanın məhkəmə orqanlarının dənizdə saxlanılan bəzi qeyri-qanuni miqrantlara münasibətdə dərhal geri qaytarılma tədbirlərinin icrasının məhdudlaşdırılması ehtimalı ilə bağlı son qərarlarına xüsusi diqqət yetirildiyi bildirilib.

Əl-Xəlfinin sözlərinə görə, bu qərarlar və onların ətrafında yaranmış yanlış şərhlər bəzi şəxslərdə dərhal geri qaytarılmaqdan yayınmağın mümkün olduğu barədə təsəvvür formalaşdırıb. Nəticədə qeyri-qanuni miqrasiya cəhdlərinin yeni bir üsulu – üzərək sərhədi keçmək – meydana çıxıb. Bəzi şəxslər hesab ediblər ki, bu üsul onlara dərhal geri qaytarılmamaq üçün daha çox imkan yarada bilər.

Rəşid Əl-Xəlfi bildirib ki, indiyədək baş vermiş hadisələr nəticəsində Seuta şəhəri yaxınlığındakı qayalıq ərazidən yıxılma nəticəsində bir nəfər təsadüfən həlak olub, bundan əlavə isə 10 nəfər boğularaq həyatını itirib.

O qeyd edib ki, hadisələrin baş verdiyi ərazidə məsafənin qısa olması (70 metrdən az) və bəzi hissələrdə suyun dərinliyinin nisbətən az olması (2 metrdən aşağı) bəzi iştirakçılarda keçidin asan olduğu barədə yanlış təsəvvür yaradıb. Bu isə onların riskləri lazımınca qiymətləndirməməsinə və faciə ilə nəticələnən keçid cəhdlərinə əl atmasına səbəb olub.

Seuta şəhərində digər ölüm halları ilə bağlı yayılan məlumatlara münasibət bildirən rəsmi şəxs qeyd edib ki, Mərakeş hakimiyyəti İspaniyanın aidiyyəti qurumları ilə rəsmi əməkdaşlıq və koordinasiya kanalları vasitəsilə həmin məlumatların düzgünlüyünü, hadisələrdə iştirak edən şəxslərin faktiki sayını, onların şəxsiyyətini və vətəndaşlığını dəqiqləşdirməyə davam edir. Məqsəd zəruri hüquqi, inzibati və humanitar tədbirlərin tamamlanmasını təmin etməkdir.

Eyni zamanda, Əl-Xəlfi vurğulayıb ki, aidiyyəti şəxslərin geri qaytarılması İspaniya tərəfi ilə əməkdaşlıq çərçivəsində və qüvvədə olan prosedurlara uyğun şəkildə həyata keçirilib. Xüsusilə, könüllü şəkildə geri qayıtmaq istəyən şəxslər üçün sərhəd-keçid məntəqələrinin açılması bölgədə vəziyyətin tədricən normallaşmasına kömək edib.

Səlahiyyətləri çərçivəsində fəaliyyət göstərən aidiyyəti prokurorluq bu hadisələrlə bağlı müxtəlif faktlar üzrə cinayət araşdırmalarına başlayıb. Araşdırmaların məqsədi bütün halları tam aydınlaşdırmaq, məsuliyyət daşıyan şəxsləri müəyyən etmək və qanunvericiliyə uyğun hüquqi nəticələr çıxarmaqdır.

Daxili İşlər Nazirliyi bir daha vurğulayıb ki, miqrasiya fenomeninin səmərəli idarə olunması yalnız ortaq məsuliyyət, effektiv həmrəylik və yükün ədalətli bölüşdürülməsi prinsiplərinə əsaslanan hərtərəfli yanaşma ilə mümkündür. Nazirlik bildirib ki, Mərakeş Krallığı indiyədək olduğu kimi bundan sonra da tərəfdaşları üçün etibarlı və məsuliyyətli tərəfdaş olaraq qalacaq, qeyri-qanuni miqrasiya və insan alveri ilə mübarizədə beynəlxalq əməkdaşlığın və koordinasiyanın gücləndirilməsinə sadiqliyini davam etdirəcəkdir.

Bununla yanaşı, Mərakeş Krallığı ictimai asayişin qorunması, sərhəd təhlükəsizliyinin təmin edilməsi, insanların həyatının və əmlakının mühafizəsi məqsədilə qanunun aliliyi prinsipi və ölkənin milli və beynəlxalq öhdəliklərinə tam riayət etməklə bütün zəruri tədbirləri görməkdə davam edəcəyini bəyan edib.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Avqust 2026 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri