Mərakeş polisi Seuta sərhədində miqrantlara qarşı güc tətbiq edib
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, söhbət əsasən Saharadan cənubda yerləşən Afrika ölkələrindən olan miqrantlardan gedir. Təhlükəsizlik qüvvələri qanunsuz miqrantları saxlamağa başlayıb. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanları yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını alır.
Daha əvvəl sosial şəbəkələrdə Seuta sərhədinin kütləvi şəkildə qanunsuz keçilməsi ilə bağlı yeni aksiyaya hazırlıq barədə məlumatlar yayılıb. Bununla əlaqədar Mərakeş və İspaniya şəhər ərazisində təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib. EFE agentliyinin məlumatına görə, Mərakeşin təhlükəsizlik qüvvələri artıq qanunsuz miqrantların Seuta sərhədini keçmək cəhdinin qarşısını alıb.
İyulun sonunda on minlərlə qanunsuz miqrant üzərək, həmçinin şəhəri Mərakeşdən ayıran bəndlərdən piyada dolanaraq Seutaya çatmağa müvəffəq olub. Yaranmış böhran fonunda Madrid şəhərdə təhlükəsizliyin təmin edilməsinə yardım göstərmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.
Ehtimal olunur ki, qanunsuz miqrantların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb. Bununla belə, İspaniya hakimiyyətinin məlumatına görə, şəhərdə hələ də təxminən 5 min miqrant qala bilər.
Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 15 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















