Icma.az
close
up
RU
Sevda Məmmədzadə kimdir? 65 ilini radioya həsr edən diktor

Sevda Məmmədzadə kimdir? 65 ilini radioya həsr edən diktor

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Əməkdar artist, diktor Sevda Saleh Məmmədzadə 95 yaşında vəfat edib.

Lent.az "Bioqrafiya" rubrikasında onun haqqında məlumatları təqdim edir. 

- Sevda Məmmədzadə kimdir?

Uzun illər Azərbaycan radiosunda çalışmış Əməkdar artist, diktordur.

- O nə zaman və harada dünyaya gəlib?

Sevda Məmmədzadə 1931-ci il sentyabrın 13-də Şəkidə anadan olub.

- Onun uşaqlıq illəri harada keçib?

Ailə daha sonra Bakıya köçüb və Sevda Məmmədzadənin uşaqlıq və gənclik illəri paytaxtda keçib.

- Sevda Məmmədzadənin təhsil həyatı necə keçib?

O, Bakıda 132 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, universitetə qəbul olunmasını əvvəlcədən valideynlərinə deməyib. Qəbul olduqdan sonra evə gedərək valideynlərinə “məni təbrik edə bilərsiniz, artıq tələbəyəm” deyib.

- Diktor olmağa necə qərar verib?

Universitetdə oxuyarkən müəllimi, tanınmış dilçi alim Əzəl Dəmirçizadə onun səsini və diksiyasını yüksək qiymətləndirərək diktor olmasını tövsiyə edib.

- O, nə zaman radioda çalışmağa başlayıb?

Sevda Məmmədzadə 1955-ci ildə Azərbaycan radiosunun keçirdiyi diktor müsabiqəsində iştirak edib və namizədlər arasından seçilərək həmin ilin sentyabrından radioda fəaliyyətə başlayıb.

- Sevda Məmmədzadə hansı verilişlərin aparıcısı olub?

O, “Ailə və Məktəb”, “Musiqi Təqvimi”, “Gənclik” və digər çoxsaylı radio verilişlərinin aparıcısı olub. 

- Ailə həyatı necə keçib?

O, ailə həyatını hər zaman gizli saxlayıb. Yalnız evliliyindən Gültən Ramazanova adlı qızı olduğunu bildirib.

- Sevda Məmmədzadə hansı mükafata layiq görülüb?

1990-cı il mayın 8-də Azərbaycan Əməkdar artisti fəxri adına layiq görülüb.

- O, neçə il diktor kimi fəaliyyət göstərib?

Sevda Məmmədzadə təxminən 65 il Azərbaycan radiosunda diktor kimi fəaliyyət göstərib. O, Azərbaycan radiosunun ən uzunmüddətli diktorlarından biri olub.

- O, nə zaman dünyasını dəyişib?

Sevda Saleh Məmmədzadə 2026-cı il sentyabrın 18-də, 95 yaşında, müalicə aldığı xəstəxanada vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Sentyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri