Icma.az
close
up
RU
Sevdiyi qızın atasını öldürmək istəyən şəxslə bağlı qərar açıqlandı

Sevdiyi qızın atasını öldürmək istəyən şəxslə bağlı qərar açıqlandı

Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İsmayıl Süleymanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 14 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy rayonu, Qazanbulaq qəsəbəsində qeydə alınıb.


Belə ki, 2000-ci il təvəllüdlü İsmayıl Süleymanovla zərərçəkmiş V.Nağıyev telefon danışığı zamanı mübahisə edib. Zərərçəkmiş ona zəng edərək qızından uzaq durmasını tələb edib, sonra o, İsmayıl və onun ailəsinin ünvanına nalayiq sözlər işlədib.


Daha sonra İsmayıl Goranboy rayonu, Borsunlu kəndində tanımadığı mağazadan mətbəx bıçağı alaraq zərərçəkmiş şəxsin yaşadığı Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi küçəyə gedib. O, V.Nağıyevə zəng edərək onu görüşə çağırıb. Zərərçəkmiş şəxs də etibarnamə vasitəsi ilə idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə oraya gəlib. İsmayıl həmin maşının qabaq sağ oturacağında əyləşərək zərərçəkmişlə söhbət edib. Zərərçəkmiş şəxs ondan qızının azyaşlı olması səbəbindən uzaq durması barədə tələbindən sözlü mübahisə yaranıb. Bu zamanı o, İsmayılın ünvanına nalayiq sözlər işlədib. Təqsirləndirilən şəxs isə avtomobildən düşüb sürücü əyləşən tərəfə yaxınlaşıb maşının sol qabaq qapısını açaraq bıçaqla sükan arxasında əyləşmiş V.Nağıyevin bədəninin müxtəlif nahiyələrindən 3 dəfə zərbə endirib.


Hadisə zamanı xəsarət alan V.Nağıyev həmin avtomobillə xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Daha sonra isə yaralı təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.


Hadisədən sonra İsmayıl Süleymanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://pravda.az
archiveBu xəbər 25 İyun 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Türkiyə səfərindən sonra Zəngəzur dəhlizinin açılması sürətlənəcək? Deputatdan AÇIQLAMA

23 İyun 2025 18:53see365

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see124

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see123

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see122

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see122

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see119

Vəhşi quşlar təbiətə buraxıldı Altıağacdan maraqlı görüntülər

24 İyun 2025 15:56see117

Mərkəzi Bank “Yelo Bank”a icrası məcburi sərəncam verib

23 İyun 2025 19:02see117

Qışqırmaqla problem həll edilmir Nazir

24 İyun 2025 15:50see116

48 yaşı var, 13 universitet bitirib: Dünya rekordu uğrunda mübarizə aparır

23 İyun 2025 19:08see115

NATO sammiti ərəfəsində hakerlər Niderland hökumətinin saytlarına hücum ediblər

24 İyun 2025 01:00see115

ADPU da “Code for Future” layihəsinin cari il üzrə yekun tədbiri keçirilib

24 İyun 2025 16:43see114

Kallas: Aİ xarici işlər nazirləri Yaxın Şərqdə uzun sürən müharibənin qarşısını almağa çağırır

23 İyun 2025 20:31see114

Simeone Atletiko nun qrupdan çıxmaq şansını dəyərləndirdi

23 İyun 2025 19:15see114

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see113

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see112

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see112

KDÇ: İnter Mayami Palmeyras la heç heçə edib

24 İyun 2025 07:24see110

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

24 İyun 2025 05:32see110

Azərbaycan nefti 80 dollara düşdü

24 İyun 2025 09:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri