Icma.az
close
up
RU
Sevdiyi qızın atasını öldürmək istəyən şəxs: “Dedi ki, mənim namusuma sataşanın...”

Sevdiyi qızın atasını öldürmək istəyən şəxs: “Dedi ki, mənim namusuma sataşanın...”

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən İsmayıl Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 14 dekabr 2024-cü il tarixdə, saat 11 radələrində Goranboy rayonu, Qazanbulaq qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü İsmayıl Süleymanovla zərərçəkmiş V.Nağıyev telefon danışığı zamanı mübahisə edib. Zərərçəkmiş ona zəng edərək qızından uzaq durmasını tələb edib, sonra o, İsmayıl və onun ailəsinin ünvanına nalayiq sözlər işlədib.

Daha sonra İsmayıl Goranboy rayonu, Borsunlu kəndində tanımadığı mağazadan mətbəx bıçağı alaraq zərərçəkmiş şəxsin yaşadığı Goranboy rayonu, Qazanbulaq qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi küçəyə gedib. O, V.Nağıyevə zəng edərək onu görüşə çağırıb. Zərərçəkmiş şəxs də etibarnamə vasitəsi ilə idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə oraya gəlib. İsmayıl həmin maşının qabaq sağ oturacağında əyləşərək zərərçəkmişlə söhbət edib. Zərərçəkmiş şəxs ondan qızının azyaşlı olması səbəbindən uzaq durması barədə tələbindən sözlü mübahisə yaranıb. Bu zamanı o, İsmayılın ünvanına nalayiq sözlər işlədib. Təqsirləndirilən şəxs isə avtomobildən düşüb sürücü əyləşən tərəfə yaxınlaşıb maşının sol qabaq qapısını açaraq bıçaqla sükan arxasında əyləşmiş V.Nağıyevin bədəninin müxtəlif nahiyələrindən 3 dəfə zərbə endirib.

Hadisə zamanı xəsarət alan V.Nağıyev həmin avtomobillə xəstəxanaya gedən zaman yolda huşunu itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb. Daha sonra isə yaralı təcili tibbi yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Hadisədən sonra İsmayıl Süleymanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see132

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see112

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri