Icma.az
close
up
RU
“Sevdiyimiz şeylərlə məşğul olmağımız bizi var edir” Psixoloq

“Sevdiyimiz şeylərlə məşğul olmağımız bizi var edir” Psixoloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İnsanların zaman-zaman iş həyatlarında, ailə münasibətlərində, sosial münasibətlərdə gərginlik müşahidə olunur.

Bəs bu gərginliklərlə necə mübarizə aparmaq lazımdır?

Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, bizim idarə edə biləcəyimiz və idarə edə bilməyəcəyimiz duyğularımız var:

“İdarə edə bilmədiyimiz duyğuların həll yollarını tapa bilmiriksə, onların yaranmasına səbəb olan məsələlərdən uzaqlaşmalıyıq.

Məsələnin təməli odur ki, biz özümüz gərək duyğularımızı anlamağı bacaraq. Sevdiyimiz insanlara, dostlarımızla, ailə ilə zaman keçirməli, sosial mühitə qarışmalıyıq. Ancaq bunu duyğularımızı basdıraraq deyil, başa düşərək etməliyik.

Unutmamalıyıq ki, həyatda yaşadığımız hər bir gərginliyin mütləq dərəcədə bizə qatdığı bir xassiyyət, xarakter və hekayə var. Ona görə biz yaşadığımız hər bir gərginlikdən pozitiv olaraq çıxmağa yox, yaşadığımız hər bir gərginliyin bizə nəyi öyrətdiyini, nələr aldığını və nələr qatdığına baxmalıyıq. Çünki yaşadığımız hekayələrdən biz yoğruluruq, var oluruq".

Psixoloqun sözlərinə görə, işi evə, evi işə qatmamalıyıq:

“İş, dostlar, ev hamısı öz yerində olmalıdır. Qarmaqarışıqlıq yaranmamalıdır.

Hobbilərimizlə məşğul olmalıyıq. Nəyi sevirik? Kim olduğumuz zaman daha çox dincəlirik? Kitab oxuduğumuz zamanmı, idmanla məşğul olduğumuz zamanmı, gəzintiyə çıxdığımız zamanmı, musiqi dinləyəndəmi, kino izləyəndəmi? Bunların cavabını bilməliyik. Çünki unutmamalıyıq ki, bizim hobbilərimiz, bizim sevdiyimiz şeylərlə məşğul olmağımız bizi var edir.

Həyatda heç vaxt gərginlik bitmir, bitməyəcək. Ancaq biz gərginliyi idarə etməyə başladıqca, biz özümüzə yönəldikcə, dəyər verdiyimiz insanlarla problemləri bölüşdükcə daha da çox yoğrulacağıq”.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri