Icma.az
close
up
RU
“Sevdiyin işlə məşğul olmağa nə var ki... Əsas gördüyün işi sevməkdir...” ANONS

“Sevdiyin işlə məşğul olmağa nə var ki... Əsas gördüyün işi sevməkdir...” ANONS

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Teleaparıcı Vüsalə Məmmədova ilə söhbətdən:

* Ən ağır təcrübələr, sevmədiyimiz yerlər, yaşamaq istəmədiyimiz ağrılar belə, bizə nəsə verir. Bu baxımdan teatr mənə heç nə vermədi deyə bilmərəm. Teatra gedəndə çox xoşbəxt idim, çünki sevdiyim işlə məşğul olacaqdım. Ancaq teatrdan ayrılanda daha xoşbəxt idim.

* Peşə əxlaqı yoxdursa, senzuranın olub-olmaması jurnalistikanı xilas edə bilməz.

* İstənilən sahənin əyər-əskiyi var. Təhsildəmi yoxdur, səhiyyədəmi yoxdur? Amma nədənsə ən çox gözə görünən mətbuatdır.

* Kuklam qucağımda çevrilib sonuncu dəfə evimizə baxdım... Bu hüzuru bir də heç vaxt hiss etməyəcəyimi iliklərimdə duyub, şəklini yaddaşıma həkk etməyə çalışdım...

* Həmin zirzəmidə anamın üzümüzə baxaraq gülməyə çalışmağından öyrəndim ki, nə yaşayırsansa, yaşa, gülüş üzünü tərk etməməlidir və onu bu gün də özümdə qorumağa çalışıram.

* 10 noyabr bəyənnaməsi imzalananda hiss etdim ki, çökürəm. Bütün taqətimi itirmişəm... Geridə həm ömrün yarıdan çoxu, həm də yaşanmamış bir ömür qalıb.... Çox yaşlandığımı hiss etdim...

* 28 il öncə qucağında kuklanla tərk etdiyin şəhərinə jurnalist kimi qayıdanda emosiyalarını önə buraxa bilməzsən. Məkan hara olur, olsun! Şərtlər nə olur, olsun! Sən bura iş üçün gəlmisən... İş başındasan! Və bu günə qədər də gördüyün heç bir işə səhlənkar yanaşmamısan. Məzarı dağıdılan atanın adına yaraşan övlad, yollarında ağac böyüyən şəhərinə layiq sakin olmağa çalışmısan.

* Kimsə qadını zəif hesab edirsə, təəssüf ki, onu zəif qadın böyüdüb. Mən güclü qadının övladıyam və örnəyim də o olub.

* Heç vaxt peşmanlıq hissim olmayıb. Bu il bir neçə dəfə geri boylanıb nəyə peşmanam, nəyə görə üzr istəyə bilərəm deyə düşündüm. Gördüm ki, mən səhvlərimi də sevirəm, çünki səhvi gözüyumulu etməmişəm. Həmin dövr üçün mənim həqiqətim o olub. Yəni öz həqiqətimə xidmət eləmişəm, özümə xəyanət etməmişəm.

* Ölümün nə olduğunu öyrənəndə çox körpə idim. Onda hər gecə Allaha dua edirdim ki, atam ölüb, ancaq mən onun üçün ağlamayacağam. Sən də bunun əvəzində anamı qoru. Atam səninlə qalsın, anam mənimlə. Bu, mənim həyatda öyrəndiyim ilk dua idi.  

VÜSALƏ MƏMMƏDOVA İLƏ MÜSAHİBƏNİN TAM VARİANTINI “525-Cİ QƏZET”İN SABAHKI SAYINDA OXUYA BİLƏRSİNİZ!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Sentyabr 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri