Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Sevgi oazisləri Imir Məmmədlidən yeni esse

Sevgi oazisləri Imir Məmmədlidən yeni esse

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İmir MƏMMƏDLİ

İnsanın dünyasını işıqlandırmaq üçün, qəlbini isidib həyat eşqi ilə alovlandırmaq üçün təkcə asimandakı günəş bəs etmir, onun daxilində də, qəlbinin dərin qatlarında da göydəki günəş boyda bir günəş olmalıdır. Belə hallarda qəlbdəki günəş göydəki günəşin əksi yox, göydəki günəş qəlbdəki günəşin əksinə çevrilir. Buna görədir ki, qəlbdəki günəş sönübsə, səmadakı günəş də mənasını itirir, sadəcə göz qamaşdıran bir kainət cisminə çevrilir.

"Tom Soyerin macəraları" və "Şahzadə və dilənçi" kimi şah əsərlərin müəllifi kimi tanıdığımız Mark Tvenin "Kaliforniyalının hekayəti" sərlövhəli, dərin mənalı, amma az tanınan bir hekayəsi var. Həmin hekayədə maraqlı bir əhvalatdan bəhs edilir: Bir nəfər qızıl axtaran son dərəcə yoxsul, evləri evdən çox məzarlığı xatırladan, baxımsız  bir qəsəbəyə gəlib çıxır (Aydın məsələdir ki, qızıl axtaran həmişə qızıl tapmır). Amma cansıxıcı bu qəsəbədə xudmani bir ev də var, həmin ev yaşıllıqlar, gül-çiçək içində kiçik bir cənnətməkanı xatırladır. Təbii ki, belə bir sönük qəsəbədə yerləşən bu ev qızıl axtaranın diqqətini özünə çəkir. O həmin evin qənşərində ayaq saxlayıb evin sahibi ilə tanış olanda onun bu cəlbedici məkana marağı daha da artır. Məlum olur ki, burada gördüyü abadlığın hər qarışı evin xanımının zövqünün təcəssümüdür, başqa sözlə, bu səliqəli evdə də, onun qapı-bacasında da xanımın əl izi var. Qonaqpərvər ev sahibi qonağa, qeyri-adi gözəlliyə malik olan xanımı ilə tanış olmağı da təklif edir, lakin o, ata yurduna gedib deyə, qonaq üç gün, şənbə günü axşam saat doqquza qədər gözləməlidir, əgər qızıl axtaran tələsmirsə, elə bu evdəcə gözləyib onunla tanış ola bilər. Vaxtdan başqa heç nəyi olmayan qızıl axtaran gözləyir.  İki gün keçir, şənbə günü qonaq hiss edir ki, vüsal saatı yaxınlaşdıqca ev sahibinin narahatçılığı artır, necə deyərlər, gözü yolda, qulağı səsdədir. Qürub çağı həyəcanı daha da artan kişi yola çıxıb uzaqlara zillənir, nigarançılığını gizlədə bilmir. Axşam olur, xanımın gəlməyinə cəmi bir saat qalmış ev sahibinə qonşuluqda yaşayan üç nəfər dostu baş çəkir, süfrə açılır, evin xanımının şərəfinə dönə-dönə sağlıqlar deyilir. Vəd edilmiş vaxt gəlib çatır - divar saatının əqrəbləri saat doqquzu göstərir, amma xanımdan əsər-əlamət yoxdur. Bu əsnada ev sahibi dostlarına üz tutub - halım pisdir, məni çarpayıma uzadın! - deyə xahiş edir. Dostları onu yatağa qoyan kimi kişi şirin yuxuya gedir. Bundan sonra dağılışmağa hazırlaşan qonşuları görən qonaq onlardan xahiş edir ki, evin xanımı gələnə qədər getməsinlər, evin kişisi yatır, o isə xanımı tanımır...

Qəmli-qəmli gülümsünüb köks ötürən qonşuların sözlərindən məlum olur ki, xanım gəlməyəcək, çünki o, on doqquz il əvvəl şənbə günü axşam atasıgildən evə qayıdarkən yolda quldurların basqınına məruz qalaraq həlak olub. Ər bu qara xəbəri eşidəndə ağlını çaşıb, daha doğrusu, acı gerçəkliyi qəbul etməyib, ailə səadəti ilə səciyyələnən daxili reallığında qapanıb qalıb. Odur ki, on doqquz ildir, hər şənbə saat doqquzda onun yolunu gözləyir. Kişinin dərdinə şərik olan dostları, hər şənbə axşam saatlarında gəlib başını qatır, guya onunla birlikdə evin xanımının yolunu gözləyir, şərəfinə badə qaldırırlar... Saat doqquzda ev sahibinin  badəsinə sezilmədən yuxu dərmanı tökürlər, o, dərin yuxuya gedir. Bazar günü oyananda isə yenidən xanımının yolunu, şənbə gününü gözləməyə başlayır. Bu minvalla yaşayır, evə, evin ətrafındakı gül-çiçəyə baxır ki, xanımı gələndə bu abadlığı görüb sevinsin.

Yeri gəlmişkən buna bənzər maraqlı bir əhvalat da yadıma düşdü. Bunu mənə yazıçı rəfiqəm danışıb: Kəndlərin birində yaşayan bir nəfər gözəl qız ağ atlı oğlanın yolunu  gözləyərkən bir çobana vurulur, çobanın da ağ atı varmış, güman ki, çoban qızın öz təsəvvüründə yaratdığı oğlana da bənzəyirmiş. Qız gənc çobana aşiq olur, amma çobanın bundan xəbəri olmur. Ağ atlı oğlan (həmin çoban) sürü yaylağa gedəndə və yaylaqdan qayıdanda qızın evinin yaxınlığından keçərmiş. Qız da sevgilisinə kənardan baxar, ürəyindəki sirri gündüz günəşə, gecələr aya-ulduza danışarmış. Bir gün necə olursa, ağ atlı oğlanın yolu düz qızın darvazasının ağzından düşür. Həmin gün hava yağmurlu olduğundan ağ atın çəçiklərinin (dırnaqlarının) izi darvazasının qənşərində qalır.  Bu müqəddəs izi gedib-gələnlər tapdamasınlar deyə, kiçik xanım həmin yeri hasara alır, sonradan həmin hasarın içinə gül-çiçək əkir və son nəfəsə qədər bu balaca oazisə göz bəbəyi kimi baxır.

Bir əhvalat da yadıma düşdü. Bir halda ki, yazıram, qoy onu da yazım. Bir dostum var, o həm aktyor, həm rəqqas, həm də nasirdir. İctimai yığıncaqlarda, mədəni tədbirlərdə həmişə iştirak edir, xasiyyəti kimi həyatı da qaynardır. Amma evində dost-tanışı qonaqlamaqdan xoşu gəlmir. Çox nadir hallarda kimisə üçotaqlı, xudmani mənzilinə dəvət edər. Xoşbəxtlikdən bəndəniz həmin o nadir hallarda dəvət alanlardandır. Mən onun evində ilk dəfə qonaq olanda bir şeyə heyran oldum: Dostumun həyat yoldaşı dünyasını vaxtsız dəyişib. İndi onun yataq otağı bağlıdır. Ev sahibi çətin-çətin həmin otağın qapısını açıb kimisə ora nəzər salmaq şərəfinə layiq bilə. Mən onun evində qonaq olanda o qapını açdı, xanımının otağını göstərdi. Qapı açılan kimi ev gülləri üzümə güldü. Otaq əlvan güllərlə bəzədilmişdi. Demə, çeşidli güllər yoldaşının çox sevdiyi bitkilər imiş. Dostum dərindən bir ah çəkib dedi, əşyalarına dəyməmişəm, heç nəyin yerini dəyişməmişəm, rəhmətlik necə qoyub gedib, eləcə də hər şey yerbəyerində qalıb. Yalnız iki gündə bir güllərə su verirəm ki, otaqda həyat sönməsin... O, ani sükutdan sönra köks ötürüb əlavə etdi: Bu otaq ona məxsusdur, mən harasa gedəndə onun ruhu güllərlə birlikdə qalır... Bu üç əhvalatı yan-yana düzərkən belə düşünürəm ki, hər insanın olmasa da, insanların əksəriyyətinin həyatında, daha doğrusu, qəlbində belə bir gizlin, yaşıl guşə var, həmin guşəni kiminsə eşqinə qoruyur və o guşənin mövcudluğundan qəlb sahibindən başqa bir kəsin xəbəri yoxdur. Yazının əvvəlində dediyim hər iki günəş də məhz o guşədən, gül-çiçəkli oazisdən aldığı işığı oazisin özünə qaytarır. Kim bilir, bəlkə də yazda göyərən, qışda solan çöl-çəmən də həmin o oazislərin gül-çiçək əks-sədasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:271
embedMənbə:https://525.az
archiveBu xəbər 16 May 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri