Icma.az
close
up
RU
Sevgi şərhi Fərhad Amurun hekayəsi

Sevgi şərhi Fərhad Amurun hekayəsi

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün yazıçı Fərhad Amurun ad günüdür.

Kulis.az müəllifi təbrik edir və "Sevgi şərhi" hekayəsini təqdim edir.

Sudə əvvəllər də Ayazdan az çəkməzdi. O vaxtlar hələ saçlarından artıq uzanmayan dərdli günlərində toparlanmağı bacarırdı.

Amma indi münasibətləri elə bir həddəydi ki, Sudə nə edəcəyini bilmirdi. Hər işi axsayırdı. Eyni mövzuda nə qədər mübahisə etmək olardı; Sudə hər şeyin səbəbini Ayazın vicdansızlığında, qorxaqlığında, xroniki yalançılığında – bir sözlə, xain sevgisində görürdü. Ayazsa (eyni həyəcanla olmasa da) hər şeyin səbəbini qurdalayıb duran, xarakterində, sözsüz, bir də qəribə məntiqində və kaprizlərində görüb: “Səndə də az yoxdu, saniyədə bir qərar dəyişdirirsən, ən adi şeyləri şişirdirsən, özün də elə bil qəsdən edirsən,” – deyirdi. Heyrətdən ağzı açıla qalan Sudə aşağılayıcı bir hisslə cavabını verir, Ayazın qarşısına yenə bir xeyli səbəb çıxarırdı. Hətta qulaq və diş ağrılarında da onu günahlandırırdı.

Son vaxtlar o qədər seyrək görüşürdülər ki, bir-birlərinin həyatında olub- keçənlərdən belə xəbərləri olmurdu. Bu görüşləri də bir daha görüşməyəcəklərinin xəbərdarlığı kimi keçirdi. Üzünü qış günəşi kimi əsirgəyən Ayaz, üstəlik ondan Fransaya səfərə hazırlaşdığını gizlədirdi. Həm də Ayaz ona bu xəbəri eşidib sarsılmaması üçün demirdi. Deməkçün özündə güc tapammırdı. Bir növ qorxaqlığı üzündən dürüst olammırdı. Amma susub gözləmək də düzgün deyildi. Sudə gec-tez bundan xəbər tutacaqdı və bu, Ayazçün daha xoşagəlməz nəticələr verəcəkdi. Doğrudan da, Ayaz
qərar verənə kimi aldığı xəbər, altıncı hissinin onsuz da dinclik vermədiyi Sudənin canına od saldı, gözləri qaraldı. Hətta səfərin qısa müddətlik olması da onu sakitləşdirə bilmədi.

Xəbəri alan kimi, Sudə başılovlu zəng vurub:
– Sadəcə inana bilmirəm, – dedi, – vəziyyətdən istifadə edib hər şeyi xəlvət edirsən? Doğrudanmı əvvəlkilər sənə dərs olmayıb? Mənsə uşaq kimi ən mənasız şeyi də sənə deyirəm, niyə sən?... Bu yerdə doluxsunub telefonu söndürdü. Ardını mesajla yazdı: “Nəsə, cəhənnəm olsun, uje iki aydı görüşmürük biz. Həmişə də sən atkaz eliyirsən, elə bil söz vermisən özünə. Hər halda, məni görməkdə sənə xoş olan heç nə yoxdusa, niyə də görüşək”.

Ayaz qayıdanda mütləq görüşəcəklərini yazıb onu sakitləşdirməyə çalışanda cavabı belə oldu: “Rədd ol, alçaq, istəsən də, görmək imkanın olmasın, tüpürüm sənə də, səninlə olan hər seyə də”. Ayaz qayıdanda artıq öz hərəkətlərinə görə peşmanlıq hissi keçirirdi. Bəzi şeyləri daha ağrıyla düşünürdü. Yenicə boşalmağa başlayan təyyarənin qələbəliyində Sudəyə, dönüşüylə daha da alovlanan vicdan əzabıyla “Mən döndüm” yazdı.

Cavabını da dərhal aldı: “ Mən əslində çox küsmüşəm, özüm də bilirəm ki, mənlə bağlı yaxşı heç nə yoxdu səndə. Ona görə neynəsəm də, yenə belə peşmançılıqlarla üzləşirəm. Bu il səndən yaşadıqlarımı ömürboyu unutmayacam”.

İki ağır həftə keçirmiş Sudə bu həftələrdən heç olmasa birinin əvəzini çıxmadan rahatlana bilməzdi. Bir yandan da hələ də atlada bilmədiyi, yaxın keçmişdəki məhrumiyətləri. Özünün bu görüşə son dərəcə ehtiyacı ola-ola Ayazın görüşmək istəyinə, ”Hər şey qurtardı” deyə rədd cavabları verməklə də bir növ qəlbindəki boşluqları doldururdu. Beləcə, özü də hiss etmədən bir həftədən çox dirəniş göstərdi.

Allah bilir Ayazın neçənci cəhdindən sonra özünə yenildi. Martın iyirmi səkkizində görüşməyə razılaşdılar.Ayaz geri dönüşü zamanı soyuqlamışdı. (Tez-tez özünün də içində olduğu, qəfil yağan qar səbəbiylə eniş edə bilməyən təyyarənin yavaş-yavaş həm də helikopter kimi şaquli qalxıb, küləyin topayla qovduğu qara buludların arasında dövrə vurub yenidən enməyə cəhd etməsini, durumla bağlı heç bir bilgi verilmədiyindən, içəridəki gərgin
səssizliyi; bu sükutu, nəhayət, panikaya düşən bir qadının dəhşətli qışqırtılarının pozmasını xatırlayırdı. Qorxulu yuxu kimiydi.)

Hələ də özünü naxoş hiss edirdi. Görüşdən əvvəlki gecəni də narahat yatdı. Gecə, gündüzün qəmini artıran o qədər qəribə biçimli, qarışıq yuxular gördü ki, səhər əzgin halda telefonun zənginə gözlərini açanda, oyandığının fərqinə belə varmadı. Gözlərini açar-açmaz əsnədi və udqunub boğazının vəziyyətini yoxladı.

İndicə oyanmağına rəğmən sağ tərəfdə daha az ağrı var idi və bundan məmnunluq duydu. Yerindəcə ona gələn zəngə cavab verib qəribə bir ad günü dəvətini (və dəvət edənin tənbəlliyi barədə iradını) qəbul etdi. Sonra durdu, anasının gecədən ütüləyib hazır qoyduğu paltarları geyindi. Mətbəxə keçdi. Masanın üzərində hər şey hazır olsa da, çayı qızdırmağa ərindiyindən, səhər yeməyi yemədi. Pəncərədən çölə baxdı. Yuyunub evdən çıxdı. Soyuq havada gecə gördüyü, onu səksəndirib oyadan əzablı yuxularından dolayı qəribə rahatsızlıq hiss etdi.

Bu da öz növbəsində ona Yoncanın yazdığı mesajı xatırlatdı. Açıb bir də oxudu. Minəcəyi avtobusun keçib-getdiyini də onda gördü. Növbəti gələnə kimi tələsməməyi və gəzə- gəzə qarşıdakı dayanacağa qədər getməyi qət etdi. Amma bir az irəliləyən kimi öndəki döngədə tıxac olduğunu görüb yenidən addımlarını sürətləndirdi. Avtobus orada idi. Dayanacağa demək olar ki, eyni vaxtda çatdıqları avtobusa arxa qapıdan mindi. Dalğın halda ortaya doğru keçdi, başını azacıq çevirdi və sağında nə gördüyünü əvvəl dərk eləmədi. Hər şey bir saniyədə oldu. Ötüb-keçmək istəyəndə, birdən dayandı və gördüyünün fərqinə vardı. Heyrətdən gözləri böyüdü. Bu, təxminən bir ay əvvəl başqa bir avtobusda yanaşı dayandıqları və vaxt keçdikcə yaddaşından silinməyə başlayan qız idi. Az qala unutmuşdu. Bir az da vaxt keçsəydi tamam unudacaqdı. Amma taleyin işinə bax, bu böyük şəhərdə o, indi burada, düz yanındaydı. Təsəvvürə gəlməyəcək dərəcədə inanılmaz idi.

Ayazı görən kimi, görkəmindən zərifliyi qədər də utancaqlıq və zavallılıq yağan qız bircə anda qızardı. Bir neçə saniyə çaşqınlıq içində duruxandan sonra üzünün cizgiləri sərtləşdi. Həyəcan dolu sorğulayıcı nəzərlərində Ayazın indi də anlamadığı eyni müəmma var idi. O, eynilə çoxdan ayrıldığı və unuda bilmədiyi sevgilisini görən qızlar kimi baxırdı. “Tanımadığı adama niyə belə baxsın?”

Ayaz qeyri-ixtiyari əlini gödəkcəsinin döş cibinə apardı. Barmaqları seminar üçün şeirlər yazılan kağıza toxunan kimi rahatlandı. Gözlərini qızdan çəkmədən əlini bir müddət orda, cibinin dərinliyində saxladı. Qızın əlləriymiş kimi kağızı oxşamağa başladı. Yenə o vaxt avtobusda əlindən tutmaq üçün etdiyi cəhdləri, buna nail olmasını, bir müddət əlini əlində saxlaya bilməsini, hətta acgözlüklə, üstəlik gözlərini də ondan çəkmədən özünə doğru çəkməsini, bu zaman qızın Ayazın həzzini daha da artıran yazıq nəzərlərlə tək olmadığına işarə etməsini və.s. xatırladı. İndi o hərəkətinə görə utanaraq özünü qınadı.

Yarı yolda Sudədən zəng gəldi. Ayaz əvvəl telefonu açmaq istəmədi, amma tez də fikrini dəyişdi. Sol qolunu başı üzərində yarımdairə şəklində qatlayıb telefonu sağ qulağına sıxdı. Bu cür ədalı, nümayişkaranə vəziyyəti bilərəkdən alıb, qızın gözlərinin içinə baxa-baxa, “alo” dedi. Qısa etmək istədiyi danışığın sonunda uca səslə bildirdi ki, “qırx dəqiqəyə yox, bir saata çatar”. Bunu daha çox qıza eşitdirirdi ki, məqsədini anlasın. Beləcə Sudə ilə, onun təkrar-təkrar verdiyi sualları cavablandırmaq zorunda qalaraq, həmişəki kimi zorla sağollaşıb telefonu cibinə qoydu.

Dayanacaqlardan birində qız durub öz yerini avtobusa yeni minən ortayaşlı qadına təklif elədi. Qadın təşəkkür edib qəbul eləmədi və qol saatına işarə ilə ondan saatı soruşdu. Qız utana-utana saatının işləmədiyini dedi və yenidən qızarıb başını aşağı saldı. Saçları gözlərinin üstünə tökülmüşdü.

Nə edəcəyinə qərar verə bilmirdi. Qız tökülən saçlarını arxaya eləmədi. Utandığından geri, yerinə də oturmadı, qabaq qapıya sarı getdi. Ayaz hələ gözləməyə qərar verdi. Qızın düşməyi lap qəribə oldu. Sürücü dayanacağa çatıb sürəti azaltsa da, “Saxla” deyən olmadı deyə saxlamadı və yenidən sürət alıb yoluna davam elədi. Bu zaman artıq dayanacağı keçmiş avtobusu bir nəfər yolda saxlatdı. Qız da onda düşdü. Bu, qəfildən oldu. Bunu gözləməyən Ayaz yerindən dik atıldı. Ayağını aşağıdakı pilləyə qoyub qızın ardınca yerə atıldı. Yıxılmadığına sevindi.

Ayazın məqsədini duyan qız bir anlıq duruxdu. Sonra yolu keçib ticarət mərkəzinə doğru getdi. Girişdə yenə nə edəcəyini bilmədən sağa-sola boylandı. Sonra içəri daxil oldu və dükanların birinə girib içəridə boş-boşuna dövrə vurdu. Nəhayət, adamların getdikcə seyrəldiyi tərəfi, bəlkə də, Ayazın işini asanlaşdırmaq üçün seçəndə çıxışdan onu izləyən Ayaz qıza çatdı.

– Bu kağızı götür zəhmət olmasa, – deyib qıza daha da yaxınlaşdı. Küsülü sevgili təsiri bağışlayan qız dinmədi. Bir az da irəlilədilər. Səs-küy lap azalanda Ayaz bu dəfə daha sərbəst idi:
– Xahiş edirəm, bu kağızı götür. Tələsirəm mən.
Qız duruxub dayandı. Yəqin marağı ona üstün gəldi. Qatlanıb əl boyda olmuş, cibdə qalmaqdan rəngi avazımış kağıza baxdı.
– Nədi bu? – Qız tövrünü pozmadan soruşdu.
– Şeirdi, səninçün saxlamışdım. İnanırdım ki, nə vaxtsa qarşılaşacağıq, – Ayaz ürəkləndi. Qızın diqqətlə baxdığını görəndən sonra əlavə elədi, – altında nömrəm də var.
Qız, yəqin ki, utandığından başını qaldırmadı. Ayaz özü ona doğru əyildi. Həm də o qədər çox ki, elə bil öpəcəkdi. Öpməsə də, qoxusunu aldı. Əyildi ki, nömrəni göstərsin. Göstərdi və bu cəsarətindən utandı.
– Səndən xoşum gəlir, – Ayaz sonra dedi, – çox xoşum gəlir.

Qız dinməzcə kağızı götürdü. Ayaz kağızı çantasına qoyacağını gözləyə-gözləyə gözlərini qızın əllərinə dikmişdi. Amma qız kağızı zəif küləyin saçlarını oxşadığı ahənglə titrəyən əlində sıxıb saxlamaqla kifayətləndi. Tərəddüdlərindən xilas olmaqçün Ayaz indi də qızın gözlərini axtardı, amma heç özünün də gözləmədiyi halda, təcili getməli olduğunu deyib onunla sağollaşdı. Buna görə çox tez peşman olsa da, geri dönmədi.

Kağızı hələ də ovcunda sıxmış qız boynunu büküb bir müddət daş heykəl kimi dayanıb qaldı. Elə bil çaşqınlıq içindəydi. Qız gözdən itənəcən Ayaz bir neçə dəfə çevrilib baxdı. Bir dəfə, iki dəfə, üç dəfə və qız güclə sezilən nöqtəyə çevriləndə peşmanlığı da keçdi. Hətta Sudəyə növbəti dəfə haqsızlıq etmədiyi üçün sevindi də. Sonra asta addımlarla yoluna davam elədi.

Məni başa salın, çarşab, baş örtüsü nə deməkdir? - Lalə Bağırova Stroqanovlar sülaləsinin sonuncu nümayəndəsi vəfat etdi Firuzə İbadovanın səhhətində problem yaranıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://kulis.az
archiveBu xəbər 30 Aprel 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see273

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see181

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see140

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see136

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri