Fərhad Gündoğdu saxlanıldı
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyə Futbol Federasiyasının (TFF) Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.
Milli.Az xəbər verir ki, istintaq çərçivəsində Gündoğdu ilə yanaşı, MHK-nın daha 7 üzvü də nəzarətə götürülüb.
Məlumata görə, araşdırma iş yerində psixoloji təzyiq (mobbinq) və rəsmi sənədlərin saxtalaşdırılması iddiaları ilə bağlı aparılır. İstintaqın şikayət əsasında başladığı bildirilir.
Hadisədən xəbər tutan TFF rəsmiləri və vəkillərinin də polis bölməsinə getdiyi qeyd olunur.
Qeyd edək ki, Ferhat Gündoğdu MHK-ya rəhbərlik etdiyi dövrdə hakimlərin hazırlığı, fəaliyyətinin qiymətləndirilməsi və VAR sisteminin tətbiqi ilə bağlı proseslərə nəzarət edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 29 Sentyabr 2026 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















