Icma.az
close
up
RU
Sevgililər Gününün hekayəsi

Sevgililər Gününün hekayəsi

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

2003-cü ildən etibarən, bu gün - 30 İyun Sevgililər Günü kimi ölkəmizdə qeyd olunur. Bu günün tarixi 1990-cı il yanvarın 20-də şəhid olan İlham və onun yoxluğuna dözə bilməyib intihar edən Fərizənin toy günü ilə bağlı olan amildir. İlhamın yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy gününün tarixçəsidir. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü - 30 iyun tarixi Azərbaycanda Sevgililər Günü kimi keçirilir. Sevgililər Günü milli dəyərləri inkişaf etdirmək, qəhrəmanlıq tariximiz, sevgi kimi müqəddəs bir hissi özündə ehtiva edir. Məlumdur ki, uzun illər 14 fevral tarixi "Sevgililər Günü" kimi qeyd olunurdu. Sevgililər Gününün başlanğıc tarixi qədim Roma İmperiyasının dövrünə təsadüf edir. Miladdan sonra ilk əsrlərdən bəri hər il fevral ayının 14-də qeyd olunan Sevgililər Gününün başlanğıcı ilə əlaqədar olaraq o gündən günümüzə qədər gəlmiş müxtəlif əfsanə və hekayələr var. Amma bu hekayələri üstələyən xalqın həqiqəti bayramı sevgililər gününün tarixində dəyişiklik yaratdı. Təkcə tarixində yox, məzmununda, ideyasındakı fərqlilik başqa məcra aldı.

İLHAM VƏ FƏRİZƏ FƏDAKARLIĞI

Sevgi hissi vətənə, anaya olan ülvi duyğulardan boy atır. Bu müqəddəs məfhum insanın daxili dünyasından güc alaraq bəşəriləşir, milyonlarla insanın öz ifadəsinin təsdiqinə çevrilir. Sevgidən yaranan dünya insanların üzünə sevgi qapılarını açır. Vətənə sevgi olmadan kimisə sevmək, ona məhəbbətlə yanaşmaq qeyri-mümkündür. Çünki torpaqlarımızın nəfəsini, ətrini duyduqca insan sanki ülviləşir, dünayda güclü olduğunu anlayır və ilahi bir güc onun vücuduna hakim olur. Vətəni sevmək, onun üçün ölmək və yaşamaq hissindən böyük bir dəyər insana hakim ola bilməz. Necə ki, vətənpərvərlik ruhu ilə boy atmış gənclərimiz vətənin müdafiəsində duraraq, haqq savaşına qalxaraq, işğal altında olan torpaqlarımızı azad etdilər. Şəhidlik zirvəsinə yüksələn vətən övladları Vətən qarşısında ən müqəddəs borclarını vermiş oldular. Şəhidlik zivəsinə ucalmış 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyev kimi. Bu gün xalqımız İlham və Fərizə Allahverdiyevlərin 20 Yanvarda şəhid olmuş azərbaycanlı ailə cütlüyünün toy gününü Sevgililər günü kimi qeyd edir. Azərbaycan həyatında baş verən bu hadisə xalqın adət və ənənələrini, milli dəyərlərini, milli qürurunu yaşadan bir gün olaraq tarixiləşdi. 20 yanvar faciəsinin qurbanı olmuş İlham və Fərizənin toy gününü 30 iyun tarixi Azərbaycanda Sevgilər Günü kimi qeyd olunması ideyası birmənalı qarşılandı. Bunun əhəmiyyəti onunla bağlıdır ki, yetişən nəsil öz tarixi ilə bağlı həqiqətləri hər zaman xatırlaya biləcək, bu günün tarixini araşdıran kəslərə Azərbaycanda baş vərən hadisələr, İlham və Fərizənin fədakarlığı, Azərbaycan qadınının dəyanəti tam şəkildə aydın olacaq. İki gəncin ölümünə səbəb olan amil - rus imperiyasının Azərbaycan xalqına qarşı yürütdüyü qanlı siyasət neçə-neçə insan taleyini alt-üst etdiyi kimi, azadlıq eşqi ilə yaşayan ilhamların, fərizələrin də həyatına son nöqtəni həkk etdi.

İlham Allahverdiyevin həyat yolu haradan başlayır? O 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. 1989-cu ilin 30 iyununda da "Vağzalı" sədaları altında Fərizə İlhamgilə gəlin köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əynini geyinib evdən çıxır. Bu tarix Azərbaycan xalqına, xüsusilə, gənclərə, tələbələrə daha da sirayət edir. 30 iyun təkcə iki gəncin bir-birini sevdiyi, həmçinin iki gəncin şəhid taleyi də deyil. 30 İyun bir millətin yaşadığı tarixdir. Yəni 20 yanvar hadisələri baş verməsəydi, 30 iyun bayram gününə çevrilməzdi. Bu, böyük sevgilərin, mübariz insanların düşüncəsini, məqsədini gerçəkləşdirən tarixdir. Bu tarixi gün özündə çox məqamları birləşdirir.

TANRI ÖMRÜNÜ ƏSRLƏRƏ HƏKK EDƏNLƏR

İlhamla Fərizə nümunəsi bir məktəb yaratdı. Ən böyük əxlaqi, milli dəyərlər bu günün altında özünü göstərir. Bu tarixi gün çox şeylər üzərində qalibiyyətdir. Neçə-neçə Valentinlər Azərbaycanın İlham və Fərizəsi ilə müqayisə oluna bilməz. Azərbaycana xarici təcavüz olanda gecə yatmayaraq düşmənin qarşısına əliyalın çıxan igid bir oğulun vətəpərvərliyidir bu. İlhamın sevgisi uğrunda heç nəyi göz önünə almayan "Mən sənsiz yaşaya bilməyəcəm. İlham, mən sənin arxanca mütləq gələcəm", - deyən Fərizənin ismətidir, mərdliyidir, dəyanətidir, vəfasıdır, 20 yaşlı qızın cəsarətidir. İlhamla Fərizə Azərbaycan xalqının tarixində elə hadisədir ki, o, dünya xalqlarının heç birinin tarixində yoxdur. 1989-cu il iyun ayının 11-də Fərizənin, iyunun 30-da isə İlhamın toyu olub. Beləcə, bir-birinə qovuşan gənclər 6 ay birgə xoşbəxt tale yaşayıblar. Necə deyərlər, düşmənin atəşi Bakıda açılana qədər.

1990-cı il 19-dan 20 yanvara keçən gecə baş verən hadisədə düşmənin hücumu qarşısına çıxan ər oğullar içərisində İlham da var idi və şəhid olanların içərisində onun da adı oldu. Narahat yaşayan Fərizə son saatlarını yaşayır. Fərizə elə bil başqa dünyada idi. Heç kimi gözü görmürdü. İlhamın "Şəhidlər Xiyabanı"nda basdıracağını eşidən kimi, qərarını qətiləşdirir. İlham Xırdalandakı məzardan çıxarılan gün, səhət saat 5-6 radələrində qatı sirkə turşusu içib özünü öldürür. İlhamla bir məzarda dəfn olunmaq, onu yalnız qoymamaq istəyi idi bu.

İndi sevgilələr Şəhidlər Xiyabanınında uyuyurlar. Artıq tariximizin ən şanlı və möhtəşəm məkanıdır, bura. Əbədi yuva salıblar bu məkanda. Zirvədə, ucalıqda yaşayırlar. Hər kəsin ziyarət məkanına çevrilən yerdə hər zaman İlham və Fərizə hekayəti danışılır. Tanrı ömrünü əsrlərə həkk edən bir ömrə sahib oldular. Belə insanların timsalında cəmiyyətə vətəndaşlar yetişdirilir. Düşmən gülləsinə sinəsini gərən, sevgisi üçün fədakarlıq göstərən və düşmənin kin və hiyləsinə açıq etirazını bildirən bu gənclər örnək olaraq məhəbbətlə xatırlanır. Elə Sevgililər Gününü də onların ruhuna ehtiram olaraq qeyd edirlər.

Nəzakət ƏLƏDDİNQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri