Sevgilisi ÖLDÜ, prezident başsağlığı verdi BU ÖLKƏDƏ
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kolumbiyada yarım marafon zamanı huşunu itirən 20 yaşlı tələbə qaçışçı Juliana Avila Saouda vəfat edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 6-da Medellin marafonunda baş verib. Biotibbi mühəndislik üzrə təhsil alan Juliana 21 kilometrlik yarım marafon məsafəsini qaçarkən qəfil huşunu itirib.
Gənc idmançı üç dəfə ürək tutması keçirib və hər dəfə reanimasiya edilib.
“Need To Know” nəşrinin məlumatına görə, Juliana təcili tibbi yardım göstərildikdən sonra Medellin Baş Xəstəxanasına çatdırılıb. Lakin o, ertəsi gün xəstəxanada dünyasını dəyişib.
Marafonda 30 mindən çox insan iştirak edib.
Qeyd edək ki, Juliana Avila Saouda Kolumbiyanın vitse-prezidenti Xose Manuel Restrepo Sespedesin böyük oğlu Julian Restrepo Sespedesin sevgilisi olub. Kolumbiya Prezidenti Abelardo de la Espriella hadisə ilə bağlı başsağlığı verib.
Murad İsmayıl
Baxış sayı:131
Bu xəbər 14 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















