Icma.az
close
up
RU
Sevgilisini aborta məcbur etdi, dəfələrlə xəyanətə məruz qoydu Timberleyk kimdir?

Sevgilisini aborta məcbur etdi, dəfələrlə xəyanətə məruz qoydu Timberleyk kimdir?

Icma.az bildirir, Azxeber.com portalına istinadən.

Xəbər verdiyimiz kimi, dünya şöhrətli müğənni Castin Timberleyk Bakıda konsert verib.

AZXEBER.COM xəbər verir ki, Castin Bakıdakı möhtəşəm konserti onun haqda bir müddət öncə gündəmdə olan mövzuları da gündəmə gətirib. 

Mövzunun aktuallığını nəzərə alaraq müğənninin tərcümeyi-halını və yaşadığı ən böyük sevfgi eyni zamanda qalmaqalı təqdim edirik:

Castin Randall Timberleyk 31 yanvar 1981-ci ildə ABŞ-ın Tennessee ştatının Memphis şəhərində anadan olub.

O, ilk dəfə televiziya ekranlarında "Star Search" yarışmasında görünüb. Daha sonra "Disney"in məşhur şousu olan "The All-New Mickey Mouse Club" proqramında çıxış edərək tanınmağa başlayıb. Bu şouda onunla birlikdə Britney Spirs, Kristina Aguilera və Ryan Gosling kimi sonradan məşhurlaşacaq ulduzlar da çıxış edirdi.

Timberleyk indiyədək 10 Grammy, 4 Emmy, 9 Billboard və 3 Brit mükafatı da daxil olmaqla onlarla beynəlxalq mükafat qazanıb. O, təkcə musiqi deyil, səhnə performansı, klipləri və yenilikçi tərzi ilə də öz dövrünün ən təsirli pop ulduzlarından biri sayılır.

Onun ən böyük qalmaqalı isə keçmiş sevgilisi Britney Spirs ilə yaşanıb.

Xatırladaq ki, cütlük 3 il sevgili olub. Justin və Britney bir vaxtlar dünya şou-biznesinin ən məşhur cütlüklərindən biri idilər. Onların münasibəti 1999-2002-ci illərdə davam edib və ayrılıqları geniş ictimai müzakirələrə səbəb olmuşdu. 

Məşhur pop ulduzu 2023-cü ildə nəşr olunan "The Woman in Me” adlı avtobioqrafik kitabında illərdir pərdəarxası qalan bir çox şəxsi detala aydınlıq gətirib. Kitabda ən çox diqqət çəkən məqamlar isə onun keçmiş sevgilisi Justin Timberlake ilə münasibətlərinə dair açıqlamalardır.

O xatirə kitabında Castin Timberleykdən hamilə qaldığını, lakin müğənninin "ata olmağa hazır olmadığını" düşündüyü üçün "abort" etdirməli olduğunu etiraf etmişdi:

"Sürpriz oldu, amma bu mənim üçün faciə deyildi. Castini çox sevirdim. Bununla belə, ümid edirdim ki, bir gün biz ailə olacağıq. Castin hamiləlikdən qətiyyən məmnun olmadığını, uşaq sahibi olmağa hazır olmadığını dedi. Əgər bu mənim qərarım olsaydı, bunu heç vaxt etməzdim, amma bu, mənim həyatımdakı ən ağrılı təcrübələrdən biri idi. O məni "abort"a məcbur etdi.

Britney kitabında yazıb ki, Castin tərəfindən bir neçə dəfə aldatılıb, lakin ona dərin aşiq olduğundan bunu demək istəməyib. 

Müğənni münasibətləri zamanı bir dəfə rəqqas Vade Robson ilə onu aldatdığını etiraf edib. Lakin o da qeyd edib ki, bu hadisə Castinin onu dəfələrlə aldatmasından sonra baş vermişdi:
"Castindən başqa kimsəni düşünmürdüm. Sadəcə bir dəfə… Və bu, onun mənə etdiklərindən sonra oldu.”

Britney Spirsin kitabı, onun keçmiş münasibətlərinə işıq tutmaqla yanaşı, bir qadının məşhurluq və şəxsi ağrılar arasında sıxışmış həyatını da göstərib. Castin Timberleyk ilə münasibətləri pop mədəniyyətin illərlə romantikləşdirdiyi bir hekayə kimi təqdim olunsa da, Britney bu münasibətin içində yaşanan real ağrıları və qırılmaları səmimi şəkildə oxucu ilə bölüşüb.
Onu da qeyd edək ki, bu kitabdan sonra dünyada bir çox feministlər Timberleyki boykota səsləyib və onun nüfuzu xeyli dərəcədə zədələnib.

Heydər 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri