Icma.az
close
up
RU
Sevil Əliyevanın 1989 cu ildə SSRİ də çıxan plastinkası

Sevil Əliyevanın 1989 cu ildə SSRİ də çıxan plastinkası

Azpost saytına istinadən Icma.az xəbər verir.

Şərqşünas alim Sevil Əliyeva həmçinin bəstəkar kimi də tanınıb. 

AzPost bildirir ki, Sevil Əliyeva hələ gənclik illərindən mahnılar yazıb. Bu mahnıları SSRİ xalq artisti Müslüm Maqomayevdən tutmuş bir sıra məşhur sovet müğənniləri oxuyublar.

Bu günlərdə onlayn hərrac platformasında Sevil Əliyevanın 1989-cu ildə SSRİ-nin “Melodiya” firması tərəfindən yazılmış plastinkası satışa çıxarılıb.

“Ümidin 12 ayı” adlanan bu plastinkada  8 mahnı var.

SSRİ xalq artisti Müslüm Maqomayev plastinkaya ön söz yazıb. “Sevildə musiqiyə həvəs uşaq yaşlarından başlayıb. Bu həvəs sonra sevgiyə çevrilib. Hazırda Sevil həyatını müsiqisiz təsəvvür edə bilmir. Sevil Əliyevanın mahnılarında ilk olaraq ürəyi riqqətə gətirən melodiya adamı özünə çəkir. Bir dəfə təsadüfən Sevilin gözəl və kədərli musiqi ifa etdiyini eşitdim. “Bu hardandır?” soruşdum. Sevil özünəməxsus təvazökarlıqla “Elə-belə, özüm yazmışam. Anama həsr etmişəm” dedi. Məndə onu dərhal oxumaq istəyi yarandı. Hər bir istedada başlanğıcda dəstək lazımdır”.

Plastinkada mahnıları Müslüm Maqomayev və Yuqoslaviyalı məşhur müğənni Radmila Karaklaiç oxuyur.

Sevil Əliyevanın müsiqilərinə məşhur sovet şairləri N.Dobronravov, İlya Reznik, Mixail Taniç, Fikrət Qoca və Plyaskovski şeir yazıb.

Plastinkada Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın məşhur “Ana” mahnısı yer alıb.

Müslam Maqomayevi Ümumittifaq Televiziya və Radiosunun estrada-simfonik ansamblı, Radmila Karaklaiçi isə “Kontakt” ansamblı müşaiyət edir.

Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, bir qızı, iki oğlu var.

Ümummilli lider Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, həm də “Space” Televiziyasının qurucusudur.

1971–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini ərəb dili şöbəsini bitirb. 1977–1980-ci illərdə Moskva SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında oxuyub.

Tarix elmləri namizədidir.

2011-ci ilin noyabrında Moskvada Sevil Əliyevanın yeni, hələlik sonuncu musiqi albomu təqdim olunub. O, öz bəstələrindən ibarət instrumental albomunu mərhum valideynlərinin — atası Heydər Əliyevin və anası Zərifə Əliyevanın xatirəsinə həsr edib. Albom “Ze qaleri of Sevil” adlanır. Klassik və caz musiqilərinin toplandığı albomun ərsəyə gəlməsində Rusiya simfonik orkestri, dünyanın məşhur ifaçılarından Yuri Başmet, görkəmli saksofon ifaçısı İqor Butman birliyi iştirak edib. Albom Londonun “Əbbe Roud” studiyasında yazılıb.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://azpost.info
archiveBu xəbər 22 Dekabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri