“Sevilya”nın baş məşqçisindən transfer açıqlaması
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sevilya”nın baş məşqçisi Qarsia Pimienta klubunun mümkün qış transferi ilə bağlı açıqlama verib. İspan təmsilçisinin yanvarda heyətinə cəlb etmək istədiyi futbolçulardan biri də “Qarabağ”ın hücumçusu Juninyodur.
QOL.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, ispaniyalı mütəxəssis bu gün keçirilən mətbuat konfransında ad çəkmədən deyib:
“Öz klubları ilə müqaviləsi olan futbolçular barədə ən yaxşısı danışmamaqdır. Hər zaman deyirəm ki, Okampos və Navasın gedişindən sonra biz hücum mövqeyini gücləndirməliyik. Əgər bir hadisə reallaşmayıbsa, bu haqda açıqlama verməməliyik. Biz həqiqətən o mövqeni “Sevilya”nın səviyyəsinə uyğun, bizə kömək edə biləcək futbolçu ilə gücləndirməliyik. Bu, nə qədər tez baş versə, bir o qədər yaxşıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 03 Yanvar 2025 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















