Icma.az
close
up
RU
Bakı metrosu ilə bağlı MÜJDƏ Hər kəs bunu gözləyirdi

Bakı metrosu ilə bağlı MÜJDƏ Hər kəs bunu gözləyirdi

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdiXəbər verdiyimiz kimi, Bakı metrosunun genişləndirilməsi üçün 302 milyon dollar kredit ayrılıb. Bu maliyyələşmə Azərbaycan hökumətinin həyata keçirdiyi və ümumi dəyəri 2,6 milyard dollar olan metro şəbəkəsinin genişləndirilməsi proqramının bir hissəsidir.

Bu məbləğ qarşılığında hansı işlər görüləcək? Yeniliklər nədən ibarətdir?

.

Globalinfo.az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib ki, bu proses Bakı Metropolitenində sərnişindaşımanın daha dayanıqlı təşkili üçün müsbət zəmin yaradır:

"Proqram çərçivəsində 9 stansiyanın, 2 deponun və 20 kilometr uzunluğunda yeni tunellərin tikintisi, əlavə 300 metro vaqonunun alınması, həmçinin metropolitenin əməliyyat sistemlərinin modernləşdirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi metro xidmətlərinin əhatə dairəsini və daşıma qabiliyyətini artırmaq, Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaqdır. Artıq işlərin ilk mərhələsini müşahidə edirik. 60 ilə yaxın yaşı olan Bakı Metropoliteninin daha dayanıqlı fəaliyyəti üçün üç xəttin müstəqil işləməsi istiqamətində tədbirlər görülür. Həmçinin qatarların hərəkət intervalının azaldılması və yeni xətlərin tikintisi baxımından bu kredit xüsusi əhəmiyyət daşıyır".

Ekspert bildirib ki, Bakı metrosu yeni inkişaf mərhələsinə qədəm qoyur:

"Mövcud infrastruktur ötən əsrin 70-ci illərinə aiddir və həmin dövr üçün müasir hesab olunurdu. Lakin bu infrastrukturun müasir dövrün tələblərinə uyğun yenilənməsinə, rəqəmsallaşdırılmasına və böyük şəhərin ehtiyaclarını ödəyəcək səviyyəyə çatdırılmasına ehtiyac var. Dövlət proqramında və kredit layihəsində də məhz bu məsələlərin həlli nəzərdə tutulur. Yeni stansiyaların və depoların tikintisi istiqamətində işlər aparılması sevindirici haldır. Hazırda 10 stansiyadan biri hazırlıq mərhələsindədir və tamamlanmaq üzrədir. Yeni deponun istifadəyə verilməsi də Bakı kimi böyük şəhər üçün əhəmiyyətli addımdır.

Növbəti mərhələdə Bakı kimi şəhər üçün ümumi dairəvi metro xəttinin tikintisi də gündəmə gətirilməlidir. Hazırda 27 stansiyası olan metropolitenin sayının 37-yə çatdırılması nəzərdə tutulursa da, Bakı kimi meqapolisdə stansiyaların sayının ən azı 50-yə çatdırılması vacibdir. Bu, şəhərdə hərəkətliliyin təmin olunmasında və sərnişin daşımalarının daha böyük hissəsinin metro vasitəsilə həyata keçirilməsində mühüm rol oynaya bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri