“Sevilya”nın oyunçusu hakimi təhqir etdiyinə görə altı oyunluq cəzalandırılıb
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi La Liqanın 17-ci turunda “Real Madrid”lə oyundan sonra “Sevilya”nın müdafiəçisi Markonu altı oyunluq diskvalifikasiya edib.
İdman.Biz bildirir ki, oyun 2:0 hesabı ilə “Real”ın xeyrinə qurtarıb.
Cəza belədir: iki sarı vərəqə və sonrakı qırmızı vərəqəyə görə bir oyunluq diskvalifikasiya; hakim Alehandro Munisə qarşı təhqir və alçaldıcı davranışa görə dörd oyunluq diskvalifikasiya və idmançıya yaraşmayan davranışa görə bir oyunluq diskvalifikasiya.
Hakim hesabatda yazıb: “Markao mənə hədələyici şəkildə üzümə çox yaxın yaxınlaşdı və komanda yoldaşları onu uzaqlaşdırmalı oldular. O, uzaqlaşdırıldıqdan sonra mənə “Filho da puta madre” (“fahişə oğlu” – red.) dedi, sonra soyunub-geyinmə otağının tunelinə tərəf getdi”.
“Sevilya” apelyasiya şikayəti verib və videosübutlar təqdim edərək istifadə olunan ifadənin birbaşa təhqir olmadığını iddia edib. Lakin komitə hakimin hesabatında aşkar faktiki səhv olmadığı qənaətinə gəlib.
Bundan əlavə, “Sevilya”nın baş məşqçisi Matias Almeyda da eyni oyunda iki sarı vərəqə aldığına görə bir oyunluq cəzalandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 26 Dekabr 2025 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















