Icma.az
close
up
RU
“Sevimli, əziz qadın” Xuraman Hüseyn yazır

“Sevimli, əziz qadın” Xuraman Hüseyn yazır

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

(Beynəlxalq Qadınlar Günü haqqında)

Corc Oruellin “1984” romanında Culiya Uinstona deyir: “İstəyirəm, əsl qadın paltarları tapım, murdar kombinezonun yerinə onları geyinim.  İpək corab, hündür dabanlı ayaqqabı geymək istəyirəm. Bu otaqda  Partiya yoldaşı yox, qadın olmaq istəyirəm!”

Qadın-dünyanın ən gözəl varlığıdır. Qadın-anadır, həyat yoldaşıdır, bacıdır, bibidir, xaladır, nənədir... Culiyanın dediyi qadınların bayramıdır. Ailənin hər yükünü çiynində çəkən, hər əziyyətə qatlaşan qadınların günüdür... Tarixə nəzər yetirdikdə kişilərlə bərabər qəhrəmanlıqlar etmiş, lazım gəldikdə silaha sarılıb düşmən üzərinə getmiş nə qədər qəhrəman qadınlar görürük. Onların əzmkarlığının göstəricisi olan  tarixlərdən birini yaşayırıq... 

“Çörək və gül”

1908-ci il martın 8-də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın, daha qısa iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququnun təmin olunması üçün nümayiş etdilər. Nümayişdə ayrıca ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi. Çörək həyata olan sevgini, ac qalmamağı, toxluğu, gül isə daha rifah həyat tərzini ifadə edirdi.

İlk Qadınlar Günü mərasimi 1909-cu il fevralın 28-də Nyu Yorkda baş tutub. Bu, Amerika Sosialist Partiyası tərəfindən Beynəlxalq Qadın Tikiş İşçiləri Birliyinin 1908-ci ildə keçirilən tətilinin yada salınması münasibətilə təşkil olunmuşdu. 1909 -cu ildə isə Avropadakı qadınlar, fevral ayının son bazar gününü- həmin ayın   28-ni ilk qadın günü olaraq keçirdi.
1910-cu ildə Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci il martın 8-də Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq Klara Setkin adlı alman sosialist qadını, Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 mart gününün Dünya Qadınlar Günü olmasını təklif edir və bu təklifi qəbul edilir.

Sevilmək üçün yarananlar

Henri Müller deyir: “Qadınlarla bağlı edəcəyin üç şey var: ya onları sevə bilərsən, ya onlar üçün əzab çəkə bilərsən, ya da onları ədəbiyyata çevirə bilərsən.” Sevilmək üçün yarananlardan ötrü əzab da çəkmək olar, əziyyət də. Axı onlar əzaba qatlaşmaqdan, əziyyət çəkməkdən qorxmurlar... Dünyanın zərif məxluqlarının sevilməyə layiq olduqlarını Oskar Uayld da təsdiqləyir: “Qadınlar sevilmək üçün yaradılıblar, anlamaq üçün deyil.” Onore de Balzak da onları sevməyin gözəlliyindən söz açır: “Qadınlar bizi sevdikləri zaman hər günahımızı bağışlayarlar.” Qadınlar haqda deyilmiş gözəl sözlərlə bərabər yazılmış şeirlər də onlar üçün gözəl hədiyyədir... “Gözəl qadın gözə, yaxşı qadın ürəyə xoş gələr, birincisi brilliant, ikincisi xəzinədir”- Napoleon da onlar haqda bu fikirdə olub. “Sevən qadın sevdiyi kişinin bütün qüsurlarını, hətta cinayətlərini belə ilahiləşdirər”-bu sözlərin müəllifi isə “Cinayət və Cəza”nın müəllifi Dostoyevskidir... Viktor Hüqo  onları gözəl yaradanla bərabər, sevimli edənin də adını çəkir: “Qadınları gözəl edən Tanrı, sevimli edən isə şeytandır.”

“Ən gözəl dərman...”

Qadınların bayramı haqda ibtidai sinifdə oxuyan uşaqların əzbərində olan bir şeir var:

8 martdır, anacan
Gəl öpüm üz gözündən.
Söz verirəm heç zaman
Mən çıxmaram sözündən.

Qadın haqda çox şeir yazılıb. Onların sevgisi, o sevgiyə sığınmaq və onların əziyyətini dəyərləndirmək, əzablarını görmək əks cinsin maraq dairəsində olub. Kişi şairlərin bu zərif varlıqlar haqda rəngarəng, yaxşı şeirləri çoxdur.  

Tofiq Bayram “Qadın ürəyi” şeirində deyir:

Necə rəhmlidir, necə amansız,
Necə mehribandır qadın ürəyi!
Sən onu sındırsan, bil ki, a qansız,
Ağlayan kamandır qadın ürəyi.

T. Bayram qadın ürəyini ən gözəl dərmana bənzədir:

Onunla dünyadır sənə qəfəs də,
Onsuz heç yaşama bu torpaq üstə.
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandır qadın ürəyi.

Həqiqətən də, qadın ürəyi qəfəsi də kişi üçün dünyaya döndərir. O, qadınlara dərd çəkdirməkdə, onları vədəsiz qocaltmaqda həmcinslərini qınayır:

Onu alçaldan da, ucaldan da biz,
Dərd verib, vədəsiz qocaldan da biz.
Qədrini biləndə bu cahanda biz,
Həmişə cavandır qadın ürəyi.

Həssas, zərif varlıqlar haqda yazılan şeirlərdə onların necə insanpərvər, sevdiyi insanlar üçün əziyyətə qatlaşmaları və dərddən, kədərdən qorxmadıqları bir daha vurğulanır. Qadınlar haqda yazılan şeirlərin çoxunda onların zəif, zərif, bəzilərinin aciz və köməksiz olduğu qabardılır. Səməd Vurğunun “Səfil qadın” şeirində də bu nüanslar önə çəkilir:

Dedilər sən böylə deyildin əzəl,
Çiçəklərdən təmiz, güllərdən gözəl,
Bəlkə də arxanca titrəyib qoşan
illərin yorğunu bir könül varmış.
Fəqət indi?
Belin bükülmüş,
saçın ağarmış,
Nə dərdini bilən var,
nə üzünə gülən var! 

“Bir qara paltarlı qadına...”
Ramiz Rövşən “Qara paltarlı qadın” şeirində incə, zəif varlıqların daxili aləmini poetik dillə oxuculara göstərir:

Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

Şair, həyat yoldaşının nə demək olduğunu bu şeir vasitəsilə bir daha oxuculara çatdırır:

Sən öləndə
kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq,
yadmı olacaq?
Bu dünyada
bəlkə sənə ən çox ağlayan
Ən çox ağlatdığın qadın olacaq.

Qadınların ağlamasını istəmir şair. Axı kişilər üçün ən doğma, ən əziz və onları canlarından çox sevən bir varlıqdır qadın...

Göz yaşları yuduqca baş daşını,
Qəbrində qurcalanıb
deyəcəksən,
İlahi, illər boyu ağlatdığım bu qadın
görən necə saxlayıb
bu qədər göz yaşını?!

Bu şeir qadınların necə gözəl varlıq olduğunu, kişilərin onların qədir-qiymətini vaxtında bilməli olduqlarını onlara izah edir: 

Yeri, yeri, qara paltarlı qadın,
Kiri, kiri, qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridi,
baş daşımı bəsdi basdın bağrına.
Bütün mənə ağlayanlar kiridi,
sən də kiri, qəbrim damır, ağlama!..

Ramiz Rövşənin qadınlar haqda yazdığı digər şeir isə “Gör səni nə günə qoydular, qadın?!!”şeiridir. O, bu şeirdə “Azad qadın heykəli”ni misal çəkir: 

Nə üstdən aşağı, baxırsan bizə?
Yoxsa bizi də sən doğmusan,Qadın?
Sənin doğduqların azad deyilsə,
Özün necə azad olmusan, Qadın?
Onun Azad qadın heykəlindən istədikləri var: 
Sən bizi təzədən doğ, azad qadın heykəli
Amma cırtdan doğma,
Sən bizi div doğ!
Amma yarımçıq yox,
Bizi bütöv doğ…
Onda sən də tamam azad olarsan
Ey mənim daş anam Azad Olarsan..

Ramiz Rövşən “Təpədən dırnağa hirs içindəyəm” şeirində də onları unutmur. Şair, küçənin tinində dilənən qarıya hörmətini poetik dillə ifadə edir: 

Heç kəs sığal çəkməz dümağ saçına
O gümüş telindən öpürəm sənin.
Qorxma, pul qoymuram sənin ovcuna
Əyilib əlindən öpürəm sənin.

“Günəş gülümsəyər, çiçəklər gülər”

Təranə Vahidin qadının həm də torpaq olduğunu deməsi də maraqlıdır... O, kimsəsiz qadını onların layiq olmadıqlarına bənzədir: 

Budanmış ağac,
qanadı qırılmış quş,
öləzimiş ocaq,
kimsəsiz qadının
cizgiləridir
bütün bunlar...

Kimsəsiz qadın
gecələr ömrünün
boş səhifələrinə
arzularını hörər.
Günəş gülümsəyər,
çiçəklər bitər.
ömür
bağçasında.

T. Vahid, qadınların kövrək, həssas, bəzilərinin isə qəlbisınıq olduğunu, torpaqla sanki oxşar taleyi paylaşdığığnı, bir az da torpağa bənzədiyini deyir:  

Adamların daş atdığı,
alçaltdığı,
unutduğu
qadının alınından
torpaq,
torpaq öpər.
Əzilməyin,
tapdanmağın,
unudulmağın
nə olduğunu
bilən torpaq...
Axı qadın
həm də elə
torpaqdı...

Onlar sanki dərd, əzab-əziyyət çəkmək üçün bu dünyaya gəliblər. Bu şeir də bu nüansı ehtiva edir...

“Əziz ana, can ana...”

Qadınlar haqda yazılan şeirlərin çoxu anadan bəhs edir. Uşaqların sevə-sevə əzbərlədiyi bu şeiri unutmaq olmaz. İslam Səfərli “Ana” şeirində  analara layiq olduqları qiyməti uşaqların başa düşəcəyi tərzdə verib: 

Əziz ana, can ana,
Gözəl mehriban ana!
Böyütdükcə bizi sən
Dən düşür saçlarına.

Şeirin digər bəndində ananın halal südünün təmizliyini vurğulayan İ. Səfərli ananın adının vətənlə birgə çəkilməsini də unutmur:

Qəhrəmanlar anası,
Sevimli, əziz qadın.
Bizim ana Vətənlə,
Qoşa çəkilir adın.

Analar haqda şeirlər çoxdur. Ana itkisinin ağırlığını şairlər poetik dillə önə çəkir… Müqəddəs varlıqlar haqda yazılan hər bir şeir içdən, ruhdan, ürəkdən gəldiyi üçün maraqlıdır… İncə və həssas varlıqlar haqda daha çox bu cür kədərli şeirlər yazılmasının bir səbəbi var: hər kəs onları xoşbəxt görmək istəyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 Mart 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see223

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see220

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see218

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see206

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see204

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see196

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see192

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see191

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see190

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see190

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see189

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see187

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see180

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see175

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see170

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see170

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see162

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see158

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see158

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri