Icma.az
close
up
RU
“Qurban bayramıydı...” Xuraman Hüseyn yazır

“Qurban bayramıydı...” Xuraman Hüseyn yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Xuraman HÜSEYN

Ədəbi fəaliyyəti çoxşaxəli olan Xalq şairi Bəxtiyar Vahabzadənin böyük şair Səməd Vurğun haqqında tədqiqatları və məqalələri barədə çox danışmaq olar. Bəxtiyar Vahabzadə Səməd Vurğundan danışan zaman ədəbiyyatın ötəri, sıradan şairindən deyil, poeziyamızda, gələcək nəsillərin yaddaşında silinməz, dərin izi qalacaq bir ədəbi hadisədən bəhs edirdi. B.Vahabzadənin elmi araşdırmalarında, məqalələrində böyük Səməd Vurğunun şəxsiyyəti, yaradıcılığı, ədəbiyyat tariximizdə məkanı haqqında düşüncələri müfəssəl şəkildə yer alır. B.Vahabzadənin S.Vurğunun irsini, yaradıcılığını tədqiq etməsi ona verilən ən böyük ədəbi dəyərlərdən idi. Onun S.Vurğun lirikasının epik təfəkkürə, epik əhatəliliyinə yönəlməsini lazımınca tədqiq etməsi həmişə təqdirəlayiq hal kimi dəyərləndirilir. B.Vahabzadənin S.Vurğun yaradıcılığına dərindən bələd olması haqda danışarkən onun poemaları barəsində dediyi bu fikri yaddan çıxarmaq olmur: “Canlı həyatın özünü göstərmək əvəzinə həyat haqqında, onun canlı iştirakçıları haqqında mühakimə yürütmə üsulu”.

Bəxtiyar Vahabzadənin Səməd Vurğunun həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmasına həsr etdiyi bu uzun zaman onun elmi düşüncələrini, əziyyətini ehtiva edirdi. Bu, hər iki şairi - Səməd Vurğunu da, onun ədəbi irsini dərindən araşdırdığına görə, eyni zamanda özünün də zəngin ədəbi irsi olan Bəxtiyar Vahabzadəni də hər kəsə yenidən tanıtdı və sevdirdi... 

Səməd Vurğunun anası Məhbub xanım cavan rəhmətə gedib, onu və qardaşı Mehdixanı ana nənələri Aişə xanım saxlayıb. S.Vurğun böyüyəndən sonra yaşadıqları acınacaqlı günlər haqqında “Acı xatirələr” şerini yazır. Onun nənəsi Aişə xanım Qazaxda Xanalı adlı bir tacirin evində xidmətçi işləmişdir. Novruz bayramında Xanalı kişi bir toğlu kəsir və ətindən onlara vermir. Səməd Vurğun nənəsindən ət istəyir, amma ət olmadığı üçün o da, nənəsi də ağlayırlar. S.Vurğun böyüdükdən sonra qələmə aldığı “Acı xatirələr” poemasında bu hadisəni bədii ovqatla belə xatırlayır:

Novruz bayramıydı, gülürdü dağlar,

Qonşumuz Xanalı bir toğlu kəsdi.

O əziz günlərdə anamı ağlar

Görəndə üstümdən bir çovğun əsdi.

Mənsə sallamışdım yerə burnumu,

Baxıb köynəyimin yamaqlığına.

Deyirdim: “Dünyanın vəfası bumu?

Hamını almayır öz qılığına.

“Uşaq əziz gündə sınmasın”, - deyə”

Anam cehizliyi yorğan üzündən

Mənə üst köynəyi tikdi hədiyyə,

Mən də iki dəfə öpdüm üzündən.

Ah, mehriban ana! Ah, əziz ana!

O gündən bəridir həsrətəm sana!..

Səməd Vurğun dünyasını dəyişdikdən sonra təxminən 60-cı illərdə qardaşı Mehdixan Vəkilov qələmə aldığı “Səməd Vurğun və onun həyatı” adlı kitabda həmin şeiri çap etdirir. Bəxtiyar Vahabzadə Səməd Vurğun haqqında yazarkən həmin şeir belə dərc olunur:

Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir toğlu kəsdi.

Burada Xanalı kişinin adının əvəzinə xınalı sözü yazılır.

Poeziyanı çox sevən atam Hüseynov Şahmar Səməd Vurğunun poetik nümunələrinə xüsusi rəğbət bəsləyir. Əvvəlki Kənd Təsərrüfatı İnstitutunu bitirən atamın poeziyaya, muğama böyük diqqəti, sevgisi var. Özü bunun bəlkə də Qarabağda - Ağdam rayonunun Şıxbabalı kəndində dünyaya göz açması ilə bağlı olduğunu deyir. İllər öncə atam B.Vahabzadənin S.Vurğun haqqında yazdığı kitab barəsində müsbət fikirləri, onun böyük Səməd Vurğun yaradıcılığına diqqət və sevgisindən yazdığı məktubda tənqidi fikirlərini də bildirmişdi. Bu fikirlər atamın S.Vurğun yaradıcılığına olan sevgisindən qaynaqlanırdı. Bu sevgi elə-belə deyildi. Atam Səməd Vurğunun yaradıcılığına, onun novatorluğuna, poeziyamıza gətirdiyi yeniliklərə, bədii nümunələrinə həmişə diqqət yetirir, onlar haqqında entuiazmla bəhs edirdi. Evdə kitab rəfində klassik, müasir şairlərimizlə yanaşı, ən çox kitabı olan S.Vurğun idi.  

Bəxtiyar Vahabzadə qısa zaman keçəndən sonra atama yazdığı cavab məktubunda onun oxucu kimi tənqidinə münasibət bildirmişdi:

“Hörmətli Şahmar, salam. Məktubunuzu aldım. Çox sevindim. Ona görə ki, mənim kitabımı çox diqqətlə oxumuş və fikrinizi yazmısınız. Zəhmətinizə minnətdaram. Qeydlərinizə görə, kim necə yazıb, mən bilmirəm. Amma “Acı xatirələr” şeirindən gətirdiyim misal doğrudur yəni:

Qurban bayramıydı, gülürdü dağlar,

Qonşumuz xınalı bir erkək kəsdi.

Siz də bilirsiniz ki, qurbanı Qurban bayramında kəsirlər. İkinci tərəfdən, əgər Mehdixanın yazdığı kimi, “Novruz bayramı” olsaydı, fikir 2 tərəfdən düz olmazdı:

1) Novruz bayramında qurban kəsməzlər.

2) Novruz bayramı dəyişkən deyil. O, həmişə milad tarixinin 21 martına düşür. 21 martda isə hələ dağlar gülə bilməz. 21 mart yazın ilk günüdür. Belə olduqda birinci misradakı “gülürdü dağlar” ifadəsi tarixlə - yəni baharın dağları güldürməsi fikri ilə uyuşmazdı...

İkinci tənqidiniz - yəni “Dəyəsi qurular qalın gecədən” misrasında tutduğunuz səhv düzdür. Mətbəədə hərfləri yığanlar “k” əvəzinə “g” yazmış və fikir təhrif olmuşdur. Məlumdur ki, dəyə gecədən deyil, keçədən qurular. Bu, mətbəə xətasıdır.

Buna görə Sizə çox təşəkkür edir və sevinirəm ki, kitablarımızı diqqətlə oxuyan oxucularımız var. Sağ olun.

Hörmətlə: Bəxtiyar”.

Böyük şair Səməd Vurğunun poeziya məktəbinin yetirməsi kimi tanıdığımız Xalq şairi Bəxtiyar Vahabzadənin həmin məktəbə olan marağı, sevgisi haqqında da çox danışmaq olar. Sevilən şairlərimiz Səməd Vurğun da, Bəxtiyar Vahabzadə də poetik nümunələri ilə xalqımızın könlündə taxt qura bildilər...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see323

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see314

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see304

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see288

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see284

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see263

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see256

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see246

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see244

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see224

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see223

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see223

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see222

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see221

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see212

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see209

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see208

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see193

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri