Icma.az
close
up
RU
“Savaş son savaş” olanda... Xuraman Hüseyn yazır

“Savaş son savaş” olanda... Xuraman Hüseyn yazır

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

(Şəmistan Əlizamanlının yaradıcılığı haqqında)

“Torpaq, əgər uğrunda ölən varsa, vətəndir” sözləri Qarabağ işğal olunduqda va azadlığına qovuşduqda bir daha öz təsdiqini tapdı. Uğrunda canlarını fəda edən qəhrəman övladlarının sayəsində yurdumuz vətən adını qazanıb. Vətənimizə sevgimiz həm də ona həsr edilən poetik nümunələrlə, musiqilərlə yaranıb, formalaşıb. Vətənpərvərlik mahnılarını sevərək, oxuyaraq döyüşə gedən əsgərlərimizdən nə qədər danışsaq, azdır. Hərbi xidmətdə belə musiqilər onlara xüsusi ruh yüksəkliyi bəxş edir, görən, dinləyən hər kəsə vətənin nə demək olduğunu bir daha göstərir.

Xain qonşularımızın torpaqlarımızı əlimzdən almaq üçün savaşa başladığı zamandan onun səsi hər kəsə vətənin nə demək olduğunu xatırlatdı. O səs sahibinin ifa etdiyi mahnıların musiqisi, sözləri qanımıza işlədi, ruhumuza hopdu. Əsgərlərə üz tutub “Əsgər, vətən əmanəti, yurd əmanəti” deyərək vətəni onlara etibar etdi. Vətəni qorumağın sözlərdə, notlarda eskizini ruhu, səsi ilə cızdı. “İgid əsgər, möhkəm dayan” dedi. O, ifa etdi, igid oğullar da vətəni qorumaq üçün ölümdən belə qorxmayaraq şəhidlik adını özlərinə şərəf bildilər, mənfur düşmənlə döyüşməkdən qorxmadılar, onun üstünə yeridilər-“Öldü var, döndü yoxdu” dedilər. Xalqımızın sinəsinə çalın-çarpaz Qarabağ dərdi, yurd həsrəti çəkilən günlərdən onun ifa etdiyi vətən sevgili, yurd nisgilli mahnılar əli silah tutanları torpağı qorumağa çağırdı. Budur, vaxt gəldi, vədə yetişdi, Vətənimizin işğal olunmuş torpaqları igid əsgər və zabitlərin, Ali Baş Komandan İlham Əliyevin sayəsində düşmən pəncəsindən xilas oldu.

Xalqın dərdini deyən sözlər, birliyini istəyən musiqilər 

O mahnıları, şeirləri xalqımıza sevdirən həmin səsin sahibi Şəmistan Əlizamanlı fəaliyyətinə hərbi diktor kimi başlayır. O zaman səs tembrinə görə onu Ümumittifaq radiosunun diktoru SSRİ Nazirlər Soveti yanında televiziya və radio üzrə Dövlət Komitəsinin diktoru Yuri Levitanla müqayisə edirdilər. Torpağımız xain qonşularımız ermənilər tərəfindən işğal olunduqdan sonra hərbi-vətənpərvərlik mahnılarına ehtiyac yarandı. Elə bir zaman gəlmişdi ki, vətənə, yurda bağlı xalqımızın vətənpərvərlik hisslərini oyatmaq, onu torpağı qorumağa səsləmək bu işğalın qarşısını almaq üçün mühüm vasitəyə çevrilmişdi. Həmin vaxt Şəmistan Əlizamanlı hərbi-vətənpərvərlik mahnılarını ifa etməyə başlayır. Onun ifa etdiyi mahnılar çox sevilir, hər kəsi, xüsusən gəncləri vətəni qorumağa səsləyir...

Vətən sevgisinin notlara, sözlərə də həkk olunduğu entuziamla sözünü demiş Şəmistan Əlizamanlının ifa etdiyi mahnıların sözlərinin bədii estetik dəyərinə də diqqət yetirdikdə görürük ki, o sözlərin müəllifləri qədər o da həmin mahnılara ruhi bağlılıq nümayiş etdirib, onları yaşadıb, yaşatmaqdadır, həmişə də yaşadacaq. Sözləri  və musiqisi Şahin Musaoğluna məxsus olan hərbi-vətənpərvərlik mahnıları bu gün də hərbi hissələrdə sevilərək ifa edilir. Onların araya-ərsəyə gətirdiyi vətənpərvərliyi ifadə edən bütün mahnılarda vətənə, torpağa, xalqa sevgi duyulur.    

O, müsahibələrində cəbhədə gördüklərinin, yaşadıqlarının hamısını öz səsində yaşatdığını-bunların onun səsinə hopduğunu da deyir. Müharibənin içində olmağın, həqiqətən də barıt qoxusunu udmağın insanın varlığına da hopmasından danışan Şəmistan Əlizamanlı bunun mütləq özünü nə vaxtsa büruzə verdiyindən də söz açaraq ifa etdiyi mahnıların təsirli olmasının səbəbini müharibədə görür. O, müharibəni görməsəydi. yaşamasaydı, oxuduğu mahnıların bu qədər təsirli alınmayacağını deyir. Bunu xasiyyətcə ədalətsizliyə dözümsüz, həmişə haqqın qalib gəlməsini istəməsi ilə əlaqələndirən Ş. Əlizamanlı həm də çox kövrək adam olduğunu bildirir. O, yaddaşlarda qorunub saxlanmasının səbəbinin xalqın dərdini ifa etdiyi mahnıların mətnlərində yaşatması olduğunu deyir. O, bu mahnılarla, onların sözləri ilə xalqın dərdini ifadə edir, musiqisi ilə birgə düşmən üzərində qələbəyə səsləyirdi. “Vətənpərvərlik vətəni, milləti düşünməkdir, vətənin dərdinə biganə qalmamaq, bir təəssübkeşlik hissidir. Bu hiss hər adamda var. Sadəcə, birində güclü, digərində isə zəifdir. Mənə gəlincə isə, vətənpərvərlik mənim qanımda var”,-deyir Şəmistan Əlizamanlı. O, bu səsi həmişə qorumağa çalışdığını da bildirir. Ş. Əlizamanlı reklamlarda səsindən istifadə etmək üçün çox müraciətlər alsa da razılaşmayıb. Müsahibələrinin birində bu haqda da danışaraq həmin verilişin xarakterinin ona uyğun olmadığından və buna görə imtina etdiyindən də söz açır. Və bu səsi hara gəldi xərcləməyəcəyini, onun ancaq vətənpərvərliyə həsr olunacağını düşünür...  

Şəmistan Əlizamanlının ifa etdiyi bütün mahnılarda vətənə məhəbbət duyulur, o hisslər yaşanır. Onun ifa etdiyi və xüsusən gənc nəsilə sevdirən hərbi-vətənpərvərlik mahnılarından ruhumuzu, hisslərimizi vətən sevgisiniə kökləyən “Əsgər marşı”, And içirik”, Çağırır vətən”, “Qalx, Azərbaycan”, “İgid əsgər”, “Vətən əmanəti”, “Öncə vətəndir”, “Can Azərbaycan”, “Birinci batalyon”, “Cənab leytenant”, “And içirəm”, “İgid oğlum, leytenantım”, “Sıravi Əhməd”, “Çırpınırdı Qara dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum” və s. mahnıları misal göstərə bilərik.

“Cənab leytenant”ın xoş müjdəli sabahdan payı...

Şahin Musaoğlunun yazdığı və Şəmistan Əlizamanlının ifası ilə dinləyici sevgisi qazanan mahnıların sözlərinə bir az nəzər yetirək. “Cənab leytenant”da oxuyuruq:

Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?

Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı poqonlar.

Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş müjdəli bir savaşdan
Pay ver mənə, leytenant.

O gün gələcək, qəm yemə, qəm yemə,
O vaxt dönəcək, qəm yemə, qəm yemə.
Hələ yad əldədir yurdumuz, yuvamız,
Bitib, tükənməyib bu qan davamız.

Hay ver mənə leytenant, leytenant,
Xoş müjdəli sabahdan pay ver mənə.

Qisas, son qisas, bitməyib, bitməyib,
Savaş, son savaş, bitməyib, bitməyib,
Səngər yanındakı çatdığın ocağın
Odu, hənirtisi hələ keçməyib.
Hay ver mənə...

Bütün mahnılarda və xalqın dərdini, ağrı-acısını, habelə sevgisini ifadə edən poetik lövhələrdə vətənə, torpağa, xalqa məhəbbəti hissi edirik...
Vətən sevgimiz Qarabağımızı özümüzə qaytardı. “Savaş son savaş” idi və bitdi!. Nəhayət, o gün gəldi-Böyük Qayıdış xoşbəxtliyini yaşadıq! Bu xoşbəxtliyi yaşamağımızda səsi ilə vətənə sevgimizi oyadanlardan biri də Şəmistan Əlizamanlı oldu. Həyatının ən şərəfli günlərinin ordu ilə bağlı olduğunu deyən Ş. Əlizamanlı ifa etdiyi mahnıların istər milli ordu, istər daxili qoşunlar, istərsə də sərhəd qoşunlarında ifa edildiyini bildirir. O mahnıların müharibədən doğduğunu, o zaman yarandığını deyən Şəmistan Əlizamanlı xalqımızın istedadlı və potensialının böyük olduğundan da söz açaraq bu mövzunu həmişə yaşadacağını bildirir. Bir zamanlar səsinin təsirindən də danışan Ş. Əlizamanlı o səsi hara gəldi istifadə etməyə ixiyarının olmadığını bildirmişdi. Həmin səsin təsirindən minlərlə könüllünün müharibəyə getməsindən də danışan Şəmistan Əlizamanlı bu səsin arxasında minlərlə şəhidin, yaralının və Qarabağ qazisinin olduğunu demişdi. Onun rəhbərlik etdiyi Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi də həmişə bu istiqamətdə işlər görüb, necə lazımdırsa, təbliğat aparıb. Bunu onun ifa etdiyi mahnılara münasibətdə də görmək olur...

Kədərdən nikbinliyə

Əhməd Cavadın 1914-cü ildə Gəncədə yazdığı “Çırpınırdı Qara dəniz” şeirinə Üzeyir Hacıbəyli 1916-cı ildə musiqi bəstələyir və onu Nuru Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına həsr edir. “Çırpınırdı Qara dəniz” şeiri Əhməd Cavadın ikinci kitabı “Dalğa”da da çap olunur. Şəmistan Əlizamanlının və Azərinin ifa etdiyi mahnıya onu ərsəyə gətirən şair, bəstəkar kimi ifaçıların da sevgisinin sonsuz olduğunu görürük. “Çırpınırdı Qara dəniz”, “Yol ver türkün bayrağına” kimi mahnıları ifa edən Şəmistan Əlizamanlının bütün vətənpərvərlik mahnılarının sözlərində Füzuli, Nəsimi, Mövlanə, Cəlaləddin Rumi, Yunis Əmrə, Aşıq Veysəl kimi şairlərin sufizm nəfəsi hiss olunur. O ifaların sözlərini oxuduqda, musiqilərini duyduqda və Ş. Əlizamanlının bunları ifa etdiyini gördükdə sufizmin sanki onun da ruhuna, yaradıcılığına hopduğunun şahidi oluruq. Sufizmin təkamülündə, bədii ədəbiyyatın poetikasının inkişafında fəlsəfi məzmun axtarışını Şəmistan Əlizamanlının ifa etdiyi mahnıların mətnlərində və bilavasitə bu mətnlərə səsi ilə verdiyi nəfəsdə hiss edirik. Həmin şairlərin yaradıcılığındakı sufi metafizikası, poetik dünyalarının yüksək estetik təsir qüvvəsi onun musiqi zövqü, duyumu ilə harmoniya yaradaraq dinləyici sevgisi qazanmasına vəsilə oldu. Vaxtilə bəstəkar Siyavuş kəriminin ona dediyi “Sən çox hündürdən oxuma, sənin səsin sinə səsidir” sözlərini nəzərə alan Ş. Əlizamanlının səsinin ağırlığı  onun tempi azaltmasına rəvac verdi. O, bundan sonra İfa etdiyi mahnıların belə uğurlu alındığını deyir.

Aktyorluq sənətindən hərbi diktorluğa keçən Şəmistan Əlizamanlı vətənin dərdinin hamımızın dərdi olmasından danışarkən vaxtilə oxumaq üçün ona verilən mətnlərin quru, rəsmi mətnlər olduğuna görə onlara nəfəs verdiyini, onları xalqın dilinə yaxınlaşdırdığını deyir. Uyğunsuzluq gördüyündə onları bir az yumşaldır, kədəri azaldıb nikbinlyi çoxaldır.

Kədərdən sonra gələn nikbinliyin nəticəsi idi ki, sonda torpaqlarımız işğaldan, düşmən tapdağından azad edildi və biz Zəfər Günü sevinci ilə yaşadıq. Bu günü qazanmağımıza səbəb olanlardan biri də vətən sevgisini səsi ilə, ifa etdiyi mahnılarla təbliğ edən Şəmistan Əlizamanlı oldu...                    

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Fevral 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see290

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see265

Livitt istefa verdi

13 Avqust 2026 00:16see229

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

12 Avqust 2026 12:01see224

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see218

Limonlu su arıqlamağın möcüzəvi yolu deyil

12 Avqust 2026 23:23see213

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see196

“Korintians” Depayla müqaviləni yeniləməmək qərarına gəlib

12 Avqust 2026 04:10see195

Yer 7 saniyəlik cazibə qüvvəsini itirəcək Alimlər həqiqəti açıqladı

12 Avqust 2026 04:42see185

Tramp: ABŞ Ukraynaya hərbi dəstək verə biləcək AB ölkələrinə silah satır

12 Avqust 2026 04:53see182

Rumıniya kömürlə işləyən İES ləri bağlamadığı üçün Avropa fondlarını itirə bilər

12 Avqust 2026 05:17see182

İtlərin insanları necə “oxuduğu” məlum oldu

12 Avqust 2026 06:28see176

İqtisadiyyatda kim qazandı, kim uduzdu? 7 aylıq rəqəmlər

12 Avqust 2026 10:54see174

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır

12 Avqust 2026 18:18see170

57 yaşlı Ceylo yataq geyimində görüntülərini yaydı (Foto)

13 Avqust 2026 01:01see157

Avtomobil almaq istəyən şəxsi belə aldatdılar (Video)

13 Avqust 2026 01:31see152

Ulduz futbolçu ondan ötrü 1 ci arvadını boşayıb yenidən evlənib (Fotolar)

13 Avqust 2026 03:06see150

Günəş tutulmasından fərqli görüntülər FOTOLAR

13 Avqust 2026 02:53see149

Nazir: ABŞ “Amerika Qalxanı” müttəfiqlərinin hərbi potensialının gücləndirilməsinə kömək etməyə hazırdır

13 Avqust 2026 05:12see148

İraq Baş naziri ölkədə silahların yayılmasının məhdudlaşdırılmasını tapşırıb

12 Avqust 2026 03:56see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri