Icma.az
close
up
RU
“Belə pəjmürdə hal ilə durubsan” Xuraman Hüseyn yazır

“Belə pəjmürdə hal ilə durubsan” Xuraman Hüseyn yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xuraman HÜSEYN

O günə qədər xoş günlərin, xeyir işlərin bəzəyi, xanımlar üçün ən gözəl hədiyyələrdən idi qərənfil. Onlar zərif görünüşlü, xoş rayihəli qərənfili çox sevirdilər. 1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq, suverenliyinə qovuşmaq üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törətdi. Amma bu dəhşətli cinayət vətənini sevən xalqımızın günahsız insanların axıdılan qanları bahasına olsa da, azadlıq eşqini qorumasına, suverenliyini əldə etməsinə mane ola bilmədi.

Xalqımızın öz müstəqilliyini əldə etdiyi qanlı yanvar hadisələri vaxtı 147 günahsız insan şəhid oldu, 638 nəfər yaralandı, xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Bakıda baş vermiş faciənin nəticəsində insan hüquqlarına dair bəzi beynəlxalq sənədlərin, eyni zamanda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozuldu. İnsanlığa sığmayan cinayətlərin törədildiyi 20 yanvar faciəsi xalqımızın həyatına qara hərflərlə yazıldı.

Bu faciədən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu öndər Heydər Əliyev mətbuat konfransı keçirərək baş verən hadisəni pislədi və sərt bəyanatla çıxış etdi. Sovet İmperiyası dövründə o, bu faciənin xalqımız üçün ağır itki olduğunu deyərək şəhidlərin xalqımızın qəhrəmanlıq rəmzi olduğunu bildirdi. Onların tökülən qanının hər damcısında xalqımızın qüdrətinin, qəhrəmanlığının olduğunu deyən Ümummilli lider Heydər Əliyev həmin gecə tökülən qanların Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qan olduğunu da dedi.

Vətənpərvərliyin, milli birliyin simvoluna çevrilən 20 Yanvar faciəsində qərənfillərlə təsəlli tapdıq. Gözəl qərənfillər onda qan yaddaşımızı ləçəkləri ilə sildilər. Baş verən faciə, xalqımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlər, yaralılar haqda tarix də danışdı, ədəbiyyat da. Və həmişə danışacaqlar. Söz adamları qələmlərini süngüyə çevirib ürəklərindən keçəni, demək istədiklərini Sözlə dedilər. Onlar xalqın dərdini, ağrı-acısını poetik, prozaik ovqatla ifadə etdilər. Xalqımızın çörəyi istixanalarda qərənfili də əkib-becərməklə çıxan zəhmətkeş övladları o ağır günlərdə qərənfilləri şəhid məzarlarına düzdülər. O çətin günlərimizlə birgə qərənfil haqda da şeirlər, hekayələr yazıldı.

20 yanvar faciəsi haqda yazılan ədəbi nümunələrdə xalqımızın yaşadığı bu ağır günlərdən çox yazılıb və yazılmaqdadır. Günahsız insanlara verilən əzab unudularmı? Xalq şairi Bəxtiyar Vahabzadə vətən övladlarının başına gətirilən bu hadisə haqda vətəndaş kimi öz mövqeyini poetik nümunələrlə bildirdi. O, həmin günlər barəsində yazdığı şeirlərlə öz gerçək siyasi qiymətini verdi. B.Vahabzadənin “Şəhidlər” kitabında yer alan “Nə istəyir bu millət?”, “Təzadlar içində”, “Eşq olsun sizə”, “Şəhidlər”, “Matəm mərasimi”, “Xəcalət”, “İlham və Fərizə” və s. şeirlərdə də, digər ədəbi nümunələrdə də o, 20 Yanvar hadisələrindən bütün xalqın təsirləndiyini, üzləşdikləri ağrı-acıları poetik ovqatla ifadə etdi. Bütün bunların fonunda obrazlı desək, yenə də qərənfilin göz yaşlarını, ağladığını gördük.

Bəxtiyar Vahabzadə xalqımızın sinəsinə çəkilən bu dağı poetik ovqatla bildirdi. O, 20 Yanvar şəhidləri haqqında yazdığı şeirlərlə xalqımızın başına gətirilən faciəni göstərdi. 20 Yanvar şəhidləri – sevgi dastanına dönən İlham və Fərizədən yazdığı şeirlərdə bu dastanın ağrı-acılarını hiss edirik.

Bəxtiyar Vahabzadə poetikası qanlı yanvar tarixini ədəbiyyatımıza yazdı. Onun şeirlərində həmin tarixi təzədən yaşayırıq, Qərənfilin şəhidlərin məzarı üzərinə düzülməyinin səbəbini onun şeirlərində də görürük. B.Vahabzadə həmin günlər xalqımızın yaşadığı ağrı-acını, üzləşdiyi bəlaya münasibətini, hiss və həyəcanlarını bildirdi. “Şəhidlər” şeirində bu dərdi bir daha görürük:

Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, -

Mümkünə döndərdik çox namümkünü,

Xalqın qəlbindəki qorxu mülkünü

O gecə dağıdıb sökdü şəhidlər.

O günlər haqda yazılan bütün bədii nümunələrdə qərənfil də yaşadığı bu gözəl dünyadan köç etdi, şəhid məzarlarında, ürəklərdə, gözlərdə, ah-nələlərdə yaşadı.

Qərənfil ağlar gözə dönəndə...

20 Yanvar faciəsi xeyir işlərin bəzəyi, xanımların sevimli gülü olan qərənfilin matəm rəmzinə çevrilməsinə səbəb oldu. Xalqımızın üzləşdiyi 20 Yanvar hadisəsindən sonra qərənfil haqda çox yazıldı. Şəhid məzarlarına düzülən qərənfilin əvvəlki gözəlliyi də sanki qalmamışdı. Ona yazılan şeirlər, hekayələr xalqımızın dərdini, qəmini ifadə edirdi. Bu kədərli günlər haqda Məmməd Aslanın da şeirlərində qərənfil eskizi göründü. O, bu ağır günlərdə bədii estetik zövqünü –

düşündüklərini qərənfillə ifadə etdi. M.Aslan “Ağla, qərənfil, ağla” şeirində üzləşdiyimiz faciənin bu gülə də sirayət etməsi haqda poetik ovqatla söz açdı:

Sinələr güllə, güllə,

Qan axır, dönür gülə.

Qərənfillər ağlayır

Düşmənə gülə-gülə,

Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,

İkisi baş-başadı,

Sizdən qalan günləri

Qərənfillər yaşadı,

Ağla, qərənfil, ağla!

Məmməd Aslan meydanda baş verənlər, günahsız insanların necə o faciənin qurbanına çevrilməsi haqda düşündüklərindən yana-yana, ürəkağrısı ilə danışdı. O hadisələri təkrar xatırlamaq nə qədər ağrılı olsa da poetik ovqatla anladılanları, yazılan, deyilən ağıları, bayatıları unuda bilmərik. Axı bu, bizim tariximizdir-qanla yazılan tariximiz:

Qərənfil-şəhid qanı,

Ağla, qərənfil, ağla!

Ağla, inlət meydanı,

Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,

Tanklar altda qoydular.

Qanın içib doydular,

Ağla, qərənfil, ağla!

Təbiət neməti olan bir çiçəyin ağır dərdimizin üstünü örtməsi, onun haqqında poetik lövhələrin göstərilməsi bizi az da olsa sakitləşdirir, ovudur, sanki dərdimizlə barışmağa çağırırdı. M.Aslanın bu nisgilimizi təbiət neməti olan bir çiçəyə yansıtması haqda çox danışmaq olar. Misralar da həmişə danışacaq:

Hər şəhidə bir düzüm,

Abşeron-qan dənizim.

Sən mənim ağlar gözüm,

Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,

Yoldu, yol, əlacı yol!

Şəhidlərə bacı ol;

Ağla, qərənfil, ağla!

“...Mələklər sığal çəkir”

Şakir Xanhüseynli xalqın üzləşdiyi bu faciəni qərənfilin də ağrı-acısı kimi gördü. O, “Bir qərənfil şeiri”ndə qərənfilin qırmızı köynəyindən söz açdı:

Kimin qana bulaşmış köynəyidi-qıpqırmızı geymisən,

Kimin qan bulaşıqlı göynəyidi...

Qan-qırmızı köynəklər

sinəsi dağlı lalələrə çox bənzər,

sinəsi dağlı lalələrindi ən acı göynəklər...

Bu ağrını, acını ilərdir, hamımız yaşayırıq. Hər ilin 20 Yanvar günü gəldikdə qərənfillər sanki yenə ağlayır. Qərənfili şəhid qanı rəngilə assosiasiya edən Ş.Xanhüseynli də bu ağrılı günlər haqda xalqın yaşadıqlarını poetik ovqatla bildirdi:

...gözümü sıxıb baxıram-

nəyi də sıxırsan, suyu çıxır-

lalə-lalə köynəklərə,

...bil,

mələklər sığal çəkir

ağ-ağ hörülən hörüklərə...

...əl vurma-dağılar birdən-

vağam olmuş göynəklərə...

bir yol açmadığım gülə

solmuşam milyon kərə...

O gündən sonra çoxalan şəhid məzarlarının üstünü örtən təbiətin bu nemətindən vaxtilə Xurşidbanu Natəvan da bəhs etmişdi:

Səni kimdir sevən bica, qərənfil?

Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən əra aşuftə gördüm,

Yəqin bildim tutub sevda, qərənfil!

Sarayda “Dürrü yekta”(tək inci), el arasında “Xan qızı” kimi çağırılan xalqımızın istedadlı, vətənpərvər qızı Xurşidbanu onun pərişan halını poetik ovqatla təsvir edir:

Belə pəjmürdə hal ilə durubsan,

Düşər güllər əra qovğa, qərənfil!

Driğa, kim vəfasızdır bu gülşən,

Gedər bu teləti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar eylə,

Unutma aşiqi, haşa, qərənfil!

Xan qızının həyatı, yaradıcılığı haqda çox danışmaq olar. Füzulinin poetik cazibəsindən çıxa bilmədiyi də deyilən Natəvanın qərənfil haqda yazdığı şeirdə kədərini, nisgilini hiss etmək olar.

“Hər şey yaxşı olacaq” dedi...

2-ci Qarabağ müharibəsindən sonra daha şəhid məzarlarına qərənfil düzməyəcəyimizi düşünürdük. Elə bilirdik, qan rəngli qərənfillər daha bizi göz yaşlarımıza qərq etməyəcək. Fikirləşirdik ki, gözəl Qarabağ çörəyimizi yeyib, suyumuzu içən xain qonşularımız olan ermənilərin tapdağından xilas olub, artıq onları məğlub etmişik. Düşünürdük ki, şəhid məzarları daha olmayacaq, heç kim gözüyaşlı, toy xonçaları bağlı  qalmayacaq. Əvvəlki kədərimizin üstünü qərənfillərlə örtəcəyimizi zənn edir, az da olsa təskinlik tapırdıq. Biz saydığımızı saydıq, amma fələk...

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması zamanı Aviareysin göyərtəsində olan 38 nəfərin həlak olması qərənfillərin yolunun səmtini bir az da dəyişdi, onların əhatə dairəsini genişləndirdi. Günahsız insanlar yenə qurban getdilər. Şəhid pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyeva və bütün həlak olanlar bizi dərin kədərə qərq etdi. Gözəl Hökumə sərnişinlərin səbirli, təmkinli olmaları, qorxmamaları üçün onlara “hər şey yaxşı olacaq”, - dedi və səsi, mehriban davranışı ilə onları sakitləşdirdi. Amma özü...  Yenə biz susduq, qərənfillər danışdı.

İlahi çiçək

Qədim zamanlardan müxtəlif ölkələrdə sevimli bitkilərdən olan qərənfil haqda çox söz demək olar. Xəstəliklərə qarşı insanların müalicə olunduğu qərənfilin onları bədbəxtlikdən qorumağına da inanırmışlar. Onlar bunun üçün qırmızı qərənfil çiçəklərini evdə saxlayırmışlar.

Qədim Yunan mifologiyasına görə, qırmızı qərənfil insanın bir zərrəsi olub. Qərənfil çiçəyinin öz mənşəyini ov ilahəsi Artemidanın qəzəbinə borclu olduğu deyilir. Uğursuz ov günündən sonra evə dönən Artemida yolda fleyta ifa edən bir çobanla rastlaşır. Onu, musiqisi ilə birlikdə bütün ovu qorxutmaqda ittiham edən Artemida qəzəblə çobanın gözlərini çıxarır. Sonralar bu gözlərin kədərli baxışlarına dözə bilməyən ilahə onları yola atır. Onlardan rəngi ilə günahsız insanların tökülən qanını xatırladan iki cüt qırmızı qərənfil bitir...

Yunan filosofu və botaniki Aristotelin şagirdi Teofrast qərənfilləri “Zefsin çiçəyi” adlandırır. Əsrlər sonra canlı orqanizmlərin təsnifatının əsasını qoyan Karl Linney çiçəyə “Dianthus” - ilahi çiçək adını verir.

Müxtəlif ölkələrdə yayılan qərənfil haqda çox bəhs olunub. Onun Fransa və İngiltərədə yuxarı təbəqələrin çiçəyi olduğu da deyilirdi. Almaniyada sabitlik və sədaqət simvolu hesab olunan qərənfilə bu adı ətrinin məhz quru mixək qönçələri ilə oxşarlığına görə ilk dəfə almanlar vermişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:43
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2026 21:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri