Icma.az
close
up
RU
Sevmək və sevməmək əzabı

Sevmək və sevməmək əzabı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Vaqif OSMANLI

Kövrək, duyğulu, həzin ovqatlı payız günlərinin birində tanınmış yazıçı, publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin "Nəfs" romanı haqqında ədəbi təəssüratlarımı müəllif və ədəbiyyatsevərlərlə bölüşmək istəyəndə nəfis şəkildə çap olunmuş kitabın ilk səhifəsindəki bir cümlə məni ovsunladı: "Məncə, payız aşiq olmuş, bu üzdən bir azca solmuş, bənizi qaçmış bahardı".

Payızın aşiq olmuş, bir qədər solmuş bahara bənzədilməsi orijinal və uğurlu bənzətmədir. Bu obraz məndə kövrək duyğular oyatdı. Öz-özümə sual verdim: Niyə sevənlər bu ali mənəvi sərvətə xəyanət edir, maddi dünya naminə ürəyini, duyğularını, canının canı bildiyi insanı, hətta qürurunu, şərəf və ləyaqətini qurban verirlər? Anlamırlarmı ki, maddiyyat müvəqqəti, insani hisslər isə əbədi dəyərdir? Nəfsin, tamahın, eqonun quduz nəfəsi əvvəlcə şirin görünsə də, sonradan acı, aldadıcı və evdağıdana çevrilir. Sufi fəlsəfəsində nəfs insanın daxilindəki ən alçaq eqo kimi səciyyələndirilir, ilan və ya əjdaha obrazında təsvir olunur. Bu bəlanı ömrünün mənasına çevirənləri isə nə vaxtsa udacağı qaçılmazdır.

Ulu Yaradan insana üç şey ərməğan edib - ağıl, qəlb və nəfs. Bəs niyə zəhərli nəfsi də verib? İnsanları sınamaq və tanımaq üçün. Bu sınaqdan başıuca çıxmayanlar özlərini mənəvi məğlubiyyətə məhkum edirlər.

Pərvizin imkanlı, nüfuzlu bir şirkətin filial rəhbəri olduqdan sonra laqeyd, pul hərisinə çevriləcəyini, iki gəncin sevgidən qanadlanıb şirin xəyallar içində uçduğu vaxt Aynura desəydilər, inanmazdı. Doğru deyiblər, sevginin gözləri kordur. Dünyanın dayağı, bəşəriyyəti qoruyan sevgidir. Amma bu dəyərli mənəvi nemətdən Pərvizə pay düşməyib. Bunun kökünü daha dərində - böyüdüyü ailə mühitində, əyyaş atasının, tamahkar anasının xarakterində axtaran Zemfira xanım belə ailələrin cəmiyyətin bağrında qorxulu yaralar olduğunu göstərir.

Təəssüf ki, xəyanət çağdaş dövrün müalicəsi tapılmayan xəstəliyi kimi sevginin qəlbini parçalamaqdadır. Müdrik Şəms Təbrizinin təbirincə desək, "qadın bilməyənə nəfs, bilənə nəfəsdir". Yüngülxasiyyət Nuranın katibə kimi işə qəbul olunduqdan sonra qısa müddətdə Pərvizin hesabına yüksək vəzifəyə təyin edilməsi və Pərviz-Aynur cütlüyünün xoşbəxtliyini əlindən alması hansı səbəbdən baş verdi? Günah Nuradadır, yoxsa Pərvizin başını gicəlləndirən quduz nəfsində? Bu suala cavab tapmaq ümidi ilə romanın daxili aləminə səyahətə başladım...

Aynurun atası, "dünyanın ölçülü-biçili vaxtlarının adamı" Salman müəllimdən söz düşəndə Pərviz "Salman Süleymanlının çörəyini yeyirik" deyərdi. Bəs niyə o çörəyə, Salman müəllimin, mərhəmətli Pakizə xanımın ruhuna, Aynurun sevgisinə, şirkət rəhbəri Sərdar Qulamovun etibarına xəyanət etdi? "Pərviz Aynurun həyatının keçici küləyinə niyə çevrildi?"

"Sadə, dəbdəbə-filan görməyən" ata-anasının tərbiyəsi ilə böyüyən Pərvizin dəyişkən xarakterinin səbəbi sonradan əldə etdiyi sərvət idimi? İçkiyə qurşanan, evdə dava-dalaş salan atası, pula görə övladları arasında ayrı-seçkilik edən, oğlanları yüksək vəzifə sahibi olduqdan sonra pul hərisinə çevrilən anası Vəsilə övladlarına nümunə ola bilərdimi? Belə mühitdə böyüyənlərin nəfs ağacı, görünür, gec-tez çiçək açmalı idi. "Ot kökü üstə bitər" deyiblər. Pərvizin ailəsindəki qeyri-sağlam mühit də onun mənəvi formalaşmasına öz təsirini göstərmişdi.

"Qoşa göyərçinə bənzəyən, xoşbəxtlik duyğusu ilə cilvələnən cütlüyə qohum-əqrəba, dost-tanış bəxtəvərlik oxuyurdu". Bir vaxtlar Aynur Pərvizlə söhbətində Şəms Təbrizinin ruhən bir-birinə bənzəyən insanların sevgisi haqqında fikirlərini bölüşmüşdü. Pərviz isə hər şeyin dəyişdiyini xatırlatmışdı. Bəlkə də, onun bu sözləri xarakterinin gizli tərəflərindən xəbər verirdi? Aynur isə sevdiyi insanda belə bir dəyişiklik olacağına inanmırdı.

Sonra nə baş verdi? "Eşqi yalqız qalmışdı Aynurun. Sevginin payızı gəlmişdi deyəsən axı". Onların həyatında artıq bülbüllərin nəğməsi, göyərçinlərin ürkək pırıltısı eşidilmirdi. Aynurun Pərvizə olan saf hissləri xəyanətin çirkabında tapdalanmışdı. Vüsala aparan yolun qarşısını mənfur nəfəsli düşmən - xəyanət kəsmişdi.

"Əgər Salman bu gün həyatda yoxdursa, mən varam ata kimi onun qızının yanında" - deyə xəbərdarlıq edən şirkət prezidenti Sərdar Qulamovun sözləri də eyş-işrətdən, Nuranın naz-qəmzəsindən bihuş olan Pərvizi ayıltmadı. O, Nuranın qurduğu hiylə torunda özünü xoşbəxt sanırdı.

Bir vaxtlar restoranda xidmətçi, sonra ofisiant işləmiş Nura indi Pərvizin hesabına nəhəng tikinti şirkətində satış müdiri vəzifəsinə yüksəlmişdi. Şirkətdə əsas söz sahibinə çevrilən bu qadın fürsətcilliyi və tamahkarlığı ilə seçilirdi. Pərvizə ən böyük maneə isə doğma qardaşı, filial direktorunun müavini Fariz idi. Nura onun saxta yollarla pul qazandığını bilsə də, özünün də tamahkar olduğunu gizlətmirdi. Hər ikisi bir-birinin əməllərindən xəbərdar olsa da, şəxsi maraqları naminə susurdu.

Pərvizin hər gün uçuruma yuvarlandığını Nura da, Fariz də, onun ailəsini dağıdan ikinci arvadı Yasəmən də, hətta özü də yaxşı bilirdi. Zemfira xanım bu insanların mənəvi portretini babalarımızın "Bu dünyada kimi acından ölür, kimi toxundan" kəlamı ilə əlaqələndirir. Dünənə qədər çətinliklə dolanan, sonradan başqasının hesabına dəbdəbəli həyata qovuşan insan çox vaxt yaşadığı mühiti düzgün qiymətləndirə bilmir. Nəfsinin qurbanına çevrilərək ayağının altını görmədən yüksəldiyini zənn edir, amma gec-tez qanadlarını yığıb yerə çırpılır.

Pul və mənsəb mənəviyyatca yoxsul insanı qorxaq, hiyləgər və ləyaqətsiz edir. Araq içib "cəsarətlənən" Pərviz Nura ilə dalaşandan sonra Aynurun yanına qayıtmağı son çıxış yolu hesab edir. Vəzifəsini, gəlir mənbəyini itirmək istəməyən Pərviz bilirdi ki, Sərdar Qulamov Aynura görə ona güzəştə gedə bilər.

Bəs Aynur onu gözləyirdimi? Sevgiyə bələnmiş günlər geri qayıda bilərdimi? "Artıq bu gidi dünyadan heç nə gözləmirdi Aynur". Gecə qapısı döyülən, şərəfi ilə birgə ümidini də itirmiş Pərvizə qapı necə açıla bilərdi? Aynur qonşulardan utanıb qapını açsa da, onu qucaqlayan Pərvizin nəfəsindən belə iyrənirdi. Qadının cavabı qəti idi: "Sən mənim həyatımda yoxsan. Sən mənə də, uşaqlarına da yalnız sarsıntılar yaşatmısan. Çıx get, mən səni həyatımdan silmişəm". Onun bircə təsəllisi vardı: uşaqları ömrünün-gününün mənası idi.

Pərviz isə hələ də anlamırdı ki, Aynur zəngin mənəviyyatın, özü isə quduz nəfsin, tamahkarlığın təcəssümüdür. Onun yalvarmasının bircə səbəbi vardı: mənəviyyatını deyil, maddi vəziyyətini qorumaq. Zemfira xanım bu həqiqəti Pərvizin yalvardığı gecə Sərdar müəllimin gözlənilməz zəngi ilə daha aydın üzə çıxarır. Pərviz Aynurdan günahlarını etiraf etmək, bağışlanmaq üçün deyil, işdən çıxarılmamaq, şirkətdəki mövqeyini qorumaq üçün kömək istəyirdi. O, Sərdar Qulamovdan yoxlama göndərməməyi xahiş etməsini, oğurlanan pulları qaytarmaq üçün ona vaxt verilməsini istəyirdi.

Aynur isə sonuncu ümid qapısını da bağladı: "Qoy hamı bilsin, mənim həyatımda sən adında adam yoxdur! Get, bir də mənim adımı dilinə gətirmə!" Xəyanət leysanı sevgi cığırlarındakı bütün izləri yumuşdu. Aynur ayrılıq yarasının qabığını yenidən qoparmaq istəmirdi. Onun qətiyyətli qərarı romanın kulminasiya nöqtəsidir. Qadın Pərvizin öz naqis əməllərini nə görmək, nə də eşitmək istədiyini söyləyərək onu gerçəyi qəbul etməyə çağırır. Həqiqətin sədası isə həmişə hədəfdə olur.

Görəsən, taleyin xəbərdarlıqları Pərvizə, Farizə, Nuraya, Yasəmənə başa sala bildimi ki, "xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində quranları həyat bağışlamır"? Pərviz vəzifəsindən qovulan kimi Nura doğma övladını taleyin pəncəsində qoyub aradan çıxır, amma var-dövlət davasından əl çəkmir. Səriyyənin dəli olmasına, övladlarından ayrı düşməsinə səbəbkar olan Yasəmən isə Farizin haram pullar hesabına topladığı sərvət əlindən çıxan kimi ona arxa çevirir. Belə izdivacların təməlində dayanan nəfs hələ çox fəsad törədəcək.

Çağdaş dövrümüzdə sevginin içində qara kabus kimi meydan sulayan boşanmaların təməlini də, Jül Renarın təbirincə desək, "pul bəlaları" və bu bələlərin doğurduğu nəfs laxladır. Nəticədə uşaqlar ata-anasız qalır, saf və vəfalı Aynur kimiləri tənhalığa məhkum olurlar. Kimdir günahkar - nəfsinə uduzan insan, yoxsa nəfsin özü? Hər ikisi, amma ilk növbədə nəfsin "şüurlu" qulları.

Pərvizi bu kəmfürsət ömür yolunda daha hansı sürprizlər gözləyirdi? Təzə katibəsinin qəfil zəngi onu sanki yuxudan oyatdı. Artıq hər şeyin sonu yaxınlaşırdı. "Maşın yol boyu sıralanmış elektrik dirəklərindən birinə zərblə çırpılıb dayandı". Radiodan isə müğənninin səsi gəlirdi:

Gözümüzü yığ bir az,

Tamahdan qurtar bizi.

Bizi bizdən al bir az,

Günahdan qurtar bizi.

Pərvizlə Nuranın, Farizlə Yasəmənin arasında dərin uçurum vardı - pul. Bu uçurum onları bir-birindən ayırdı. Sevgi, vüsal, səadət, qürur hissləri onlara yad idi. "Pulsuz kişi ilə yaşamaq mənlik deyil" deyən Nura və Yasəmən haradan bilsinlər ki, vəfa, etibar nədir? Pərvizdən də pis vəziyyətə düşən Fariz isə çıxılmaz durumda özünə təsəlli verməyə çalışırdı. Var-dövlətini itirmiş, Yasəmən tərəfindən tərk edilmişdi. Bir vaxtlar başqalarının haqqına göz dikənlər indi özləri taleyin zərbəsi ilə üz-üzə qalmışdılar.

Aynurun övladları Aysu və İlqar, eləcə də Pərvizin xalası qızı, Aynurla yaxşı münasibəti olan Sadiqə iki ailə arasında sülh yaratmağa çalışsalar da, buna nail ola bilmirlər. Sadiqənin "böyük insanlar bağışlamağı bacarırlar, sən böyük insansan, bağışla onu" xahişi də Aynuru yumşalda bilmir. Çünki xəyanət onun qürurunu sındırsa da, xarakterini möhkəmləndirmişdi. Aynur bundan sonra daha əyilməz, həyat eşqi ilə yaşayan bir qadın olmalı idi. Onun yaşamaq stimulunu övladları təşkil edirdi. Pərvizdən fərqli olaraq, o, həyatın mənasını maddiyyatda deyil, mənəvi dəyərlərdə tapmışdı.

F.Dostoyevski cəhənnəmi insan ürəyində sevginin bitdiyi yerə bənzədirdi. Pərvizin ürəyi də belə bir yer idi. Zemfira Məhərrəmli Aynurun simasında mərhəmətli, eyni zamanda qətiyyətli qadın obrazı yaradıb. O, Pərvizdən intiqam almağa ehtiyac duymur, çünki onun "yaşam tərzi intiqamın özüdür". Belələrindən həyatın özü intiqam alır. Həyatın intiqamı isə ömürlük cəzadır.

Mərhəmət insanı əsl mənada insan edən ən ülvi mənəvi keyfiyyətlərdəndir. Başqasının ağrısını, sıxıntısını və kədərini öz qəlbində hiss etməkdir. Yazıçı Aynurun timsalında insanları insani duyğularla yaşamağa səsləyir, xatırladır ki, nəfsinə uduzan insan gec-tez öz əməllərinin cəzasını çəkir. Pərviz, Nura, Fariz, Yasəmən kimiləri həyatın dibindəki çıxılmaz boşluqda eşələnməkdən başqa heç nəyə nail ola bilmirlər.

Axı "şəfqət və mərhəmət insan olmağın əsas meyarıdır" (Dalay Lama)...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri