“Şəxsi məlumatları oğurlanır, sonradan şantaj olunurlar”
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bir çox şəxslərin şəxsi məlumatları onların kompüterlərindən oğurlanır. Əksər hallarda onlar sonradan şantaj olunur. Ona görə də normaların sanksiyası sərtləşdirilməlidir. Cəzalara yenidən baxmaq lazımdır”.
"Cebheinfo.az" xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.
Millət vəkili qeyd edib ki, bizdə ağır cinayətlərə görə 7-12 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin olunur: “Beynəlxalq müqavilələr bizim qanunlardan daha yüksək hüquqi qüvvəyə malikdir. Beynəlxalq müqavilələrdə ağır cinayətlərə görə 4 il və daha artıq azadlıqdan məhrumetmə cəza növü təyin olunur. Əgər qanunlar arasında ziddiyyət yaranırsa, o zaman beynəlxalq müqavilələrə üstünlük verilir. Ona görə bizim Cinayət Məcəlləsinə, qanuna uyğunlaşdırmaq lazımdır”.
Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatın fikirlərinə münasibət bildirib: “Qüdrət müəllim maraqlı məsələlər qaldırdı. Kibercinayətlərlə bağlı cəzaların sərtləşdirilməsi mövqeyi indi hüquq ictimaiyyətində mövcuddur. Zamanında bizim Cinayət Məcəlləsində sanksiyalar elə də sərt deyildi. Çünki o dövrdə vəziyyət belə idi. Amma indi hamımız razıyıq ki, kibercinayətlər artıb və çox böyük narahatlıq yaradır. Yəni bu fikri prinsipcə, bölüşürük. Amma onun tətbiqi forması üzərində düşünmək lazımdır”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















