Icma.az
close
up
RU
Şəxsi məlumatlarımız təhlükədə: Bu proqram “WhatsApp” yazışmalarımızı və danışığımızı izləyir?

Şəxsi məlumatlarımız təhlükədə: Bu proqram “WhatsApp” yazışmalarımızı və danışığımızı izləyir?

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Nə qədər qeyri-etik sayılsa da, başqalarının şəxsi işinə qarışmaq, həyatına müdaxilə etmək, sosial şəbəkələrdə kiminlə yazışdığını öyrənməyə çalışmaq bəzi insanları həddən artıq maraqlandırır. Bunun üçün müxtəlif yollara əl atan, hətta pulundan keçənlər də az deyil. Onlar müxtəlif yollarla kiminsə hesabını ələ keçirməyə və yaxud da hər hansı bir proqram vasitəsilə yazışmalarını özünə yönəltməyə çalışırlar.

Gəlin, bununla bağlı sosial şəbəkələr üzərindən yayılan elanlardan birinə nəzər salaq. Elanda bildirilir ki, onlara müəyyən məbləğ ödəniş etməklə xüsusi proqram vasitəsilə başqalarının “WhatsApp” yazışmalarını izləyə bilərlər. Hətta bunun üçün qarşı tərəfin telefonundan istifadə etmədən, tək nömrəsini bilmək kifayət edir. Şərhlərdə isə nə qədər insanın bunun üçün ödəniş etməyə hazır olduğunu da görürük.

Maraqlıdır, həqiqətən də belə proqram varmı və bu proqram həmin funksiyanı yerinə yetirirmi? Əgər elədirsə, bu nə dərəcədə düzgündür? “WhatsApp” buna niyə icazə verir?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran kibertəhlükəsizlik üzrə ekspert Araz Mustafa bildirdi ki, belə bir proqramın mövcudluğu mümkün deyil:

“Əgər telefonunuz kiminsə əlinə düşməyibsə, ona kimsə müdaxilə edib proqram yazmayıbsavə ya siz özünüz telefona zərərli proqram yükləməyibsinizsə “WhatsApp”ı izləmək, dinləmək, oxumaq mümkün deyil. Yox, əgər kimsə telefonunza proqram yazıbsa, o zaman bu halın baş verməsi mümkündür. Hətta bundan sizin xəbəriniz belə olmur. Çünki proqram təminatının alt qatı var. Orada tətbiqləri gizlətmək olur. Amma belə olan halda gərək bir dəfə də olsa başqasının telefonu sizdə olsun”.

“WhatsApp”ın AES-256 şifrələməsindən istifadə edərək mesajları şifrələdiyini vurğulayan Araz Mustafanın sözlərinə görə, həmin şifrələnmənin sındırılması mümkün deyil: “Bu proses, həmçinin mesajların mübadiləsi və açar doğrulaması üçün “HMAC-SHA256” ilə təmin edilmiş autentifikasiya ilə birləşdirilib. Odur ki, bunu hansısa bir proqramçının etməsi qeyri-mümkümdür”.

Ekspert son zamanlar sosial şəbəkələrdə ən çox bəhs edilən, guya “WhatsApp” yazışmalarını oxuması mümkün olduğu deyilən “ZetLogs” proqramına da aydınlıq gətirdi. O bildirdi ki, sosial şəbəkələrdə yayımlanan bu tip videolar diqqət cəlb etmək, qazanc əldə etmək məqsədilə həyata keçirilir:

“ZetLogs” proqram təminatı istifadəçinin “online” və ya “offline” olmağını izləyə bilir. Bu proqramın başqalarının yazışmalarını, danışığını izləməsi mümkün deyil.

Burada deyilmir ki, kiminlə danışdığınızı və yaxud yazışdığınızı oxuyur. Sadəcə qarşı tərəfin “online” olub olmadığı barədə xəbər verir”.

Gülnar Süleymanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://publika.az
archiveBu xəbər 18 Dekabr 2024 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri