Icma.az
close
up
RU
Səyahət zamanı yaxşı oteli necə seçək? TÖVSİYƏLƏR

Səyahət zamanı yaxşı oteli necə seçək? TÖVSİYƏLƏR

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Otel seçimi tətil zamanı ediləcək ən vacib işlərdən biridir. Düzgün otel seçimi istirahətə bir başa təsir edir.Bütün gün gəzdikdən, yorğun düşdükdən sonra otelə gələndə, otağın pəncərəsinin çirkli, yaxud səs-küylü küçəyə açılması heç də xoş hal deyil. 

Bəs bu cür məyusluqla üzləşməmək üçün nələr etmək lazımdır?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, otel biznesi mütəxəssisləri eyni məbləğlə daha yaxşı otaq kirayələmək üçün maraqlı tövsiyyələr verirlər.

Otağı birbaşa bron edin

Arzuolunmaz otaqdan qaçmağın ən sadə yolu saytlardan yox, birbaşa otelin özündən bron etməkdir. Otel nümayəndəsi ilə telefonla danışmaqdır. Belə bir söhbət təkcə rahat şərait seçməyə deyil, həm də əlavə üstünlüklər əldə etməyə kömək edə bilər. Məsələn, transfer xidməti, restoranda masa bron edilməsi və ya şəhərdə istirahət məsləhətləri. Kiçik otellərdə bu daha asandır, lakin böyük otellərdə də yerli personal ilə əlaqə saxlamağa çalışın. Birbaşa bron həm də daha yaxşı qiymət verə bilər. Daimi müştərilər çox vaxt loyallığa görə yenilənmiş və ya təkmilləşdirilmiş otaqlar əldə edirlər.
Bəzi otellərdə loyallıq proqramlarının iştirakçıları Google Maps xəritəsində otaq seçə bilirlər. Ən yaxşı variantı əldə etmək üçün isə səyahətdən 4-8 həftə əvvəl bron etmək tövsiyə olunur.

Otaq seçərkən istəklərinizi aydın şəkildə bildirin

Bron edərkən öz istəklərinizi dəqiq ifadə edin. Məsələn, sizin üçün nəyin daha vacib olduğunu bildirin: gözəl mənzərə, liftə yaxınlıq, yoxsa çarpayı sayı. Otaqlar adətən bütün istəklərə eyni anda uyğun olmur, buna görə də nədən imtina edə biləcəyinizi öncədən bilməyiniz vacibdir. Həmçinin, əgər mühüm bir  günü qeyd edəcəksinizsə, bunu da çəkinmədən bildirin. Bəzən otel nümayəndələri sizə xoş sürprizlər gətirə bilər, məsələn, pulsuz içki və ya otaq yeniləməsi.

Loyallıq proqramlarına qoşulun

Otelin loyallıq proqramlarında iştirak etmək pis otaqdan qaçmağın daha bir yoludur. Belə müştərilər tez-tez əlavə üstünlüklər alırlar: pulsuz Wi-Fi, daha ucuz qiymətlər, əlavə xidmətlər və ya daha yaxşı otaqlar. Xüsusilə gələcək səfərlər üçün ballar yığan müştərilərə otellər üstünlük verirlər.

Gəldiyiniz gün zəng edin
Bir çox mütəxəssislər qeyd edirlər ki, yerləşmə gününün səhərində otelə zəng etmək və özünüzü xatırlatmaq faydalıdır. Otaqlar adətən səhər bölüşdürülür və sonradan dəyişiklik etmək gec ola bilər. Belə zəng otağın istəklərinizə uyğun seçilmə ehtimalını artırır.

Düzgün vaxtda gəlin

Ən yaxşı yerləşmə vaxtı  16:45-dən 18:00-dəkdir. Əgər çox tez gəlsəniz, sizə ilk boş otağı verə bilərlər, çünki ən yaxşı otaqlar hələ təmizlənir və ya doludur. Çox gec gəlsəniz qalan otaqları almaq və ya başqa otelə yönləndirilə bilərsiniz. Pik saatlarda  8:00-dan 9:30-a və 18:00-dan 20:00-dək otelə yerləşməkdən çəkinin, bu zaman qeydiyyat masasında növbələr və tələskənlik olur.

Nəzakətli olun

Mehribanlıq yaxşı otağın açarıdır. Qeydiyyat masasında işləyənlərlə söhbət edin, hal-əhval soruşun. Personal çox vaxt hansı otaqların ən yaxşı olduğunu yaxşı bilir.Həmçinin, boş yaxşılaşdırılmış variantların və ya lüks otaqların olub-olmadığını soruşmaqdan çəkinməyin. Əgər yaxşı otaq hələ hazır deyilsə bir qədər gözləməyə dəyər, səbir bəzən öz bəhrəsini verir.
Beynəlxalq səfərlərdə yerli dili bilmək də kömək edə bilər. Hətta bir neçə cümləlik yerli dil personalın sizə xoş sürpriz  daha yaxşı otaq təqdim etməsi ehtimalını artıra bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:328
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri