Seydiyev: “Karyeramda yeni bir səhifə açmağın vaxtı çatdı”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sabah”la yollarını ayıran Amin Seyidov klubla vidalaşıb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi sosiaş şəbəkə hesabında bunları yazıb:
“Sabah”mənim üçün sadəcə bir klub olmadı. Burada böyüdüm, inkişaf etdim, dostlar qazandım və həyatımın ən gözəl anlarını yaşadım. Son illərdə bu komandanın kapitanı olmaq, bu mövsüm isə birlikdə həm çempionluğu, həm də kuboku qazanmaq mənim üçün sözlə ifadə edilə bilməyəcək qədər böyük qürurdur. Bu, futbolla vidalaşdığım anlamına gəlmir. Sadəcə, karyeramda yeni bir səhifə açmağın vaxtı çatdı.
Bu 6 il ərzində yanımda olan, hər zaman dəstəyini hiss etdiyim klub prezidentimiz Maqsud müəllim başda olmaqla, Ramin müəllim, klubun bütün əməkdaşlarına, komanda yoldaşlarıma, məşqçilərimə və ən əsası hər zaman bizi dəstəkləyən azarkeşlərə sonsuz təşəkkür edirəm!
Sizin dəstəyiniz olmasaydı, bu yol bu qədər xüsusi olmazdı. Ayrılmaq asan deyil. Amma gedərkən özümlə saysız-hesabsız xatirələr, böyük qürur və dərin minnətdarlıq aparıram!
2020-ci ildən etibarən “Sabah”da çıxış edən Seydiyev, bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 İyun 2026 21:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















