Icma.az
close
up
RU
“Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib

“Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

AMEA-nın Folklor İnstitutunda “Seyid Əzim Şirvani: folklorik düşüncə və klassik bədii interpretasiya” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiya XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a Folklor İnstitutundan məlumat verilib. Tədbiri açan institutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan Respublikası Prezidentinin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 aprel tarixli Sərəncamının icrası çərçivəsində keçirilən elmi sessiyanın əhəmiyyətindən söz açıb. Alim qeyd edib ki, Azərbaycan mədəniyyəti tarixində Seyid Əzim Şirvani bir tərəfdən klassik ənənələri yaşadan qüdrətli şair, digər tərəfdən isə yeniliyə açıq, ictimai mövqeyə malik böyük maarif xadimi kimi xüsusi yerə sahibdir. Odur ki, Seyid Əzim Şirvani yaradıcılığını təhlil edərkən təkcə qəzəllərdəki mənəvi gözəlliyin tərənnümünü deyil, həm də dövrün ictimai-siyasi hadisələrinə kəskin münasibət bildirən satiraları diqqət mərkəzində saxlamaq lazımdır.

Seyid Əzim Şirvani yaradıcılığı kontekstində folklor və yazılı ədəbiyyat münasibətlərinə nəzər yetirən H.Quliyev qeyd edib ki, bəzən folklorşünaslar özləri belə mövzulara ədəbiyyatşünaslıq prizmasından yanaşmaqla hər hansı bir şair və ya yazıçının əsərlərində sadəcə olaraq folklordan qaynaqlanan obraz, motiv, süjet və ya dil elementlərini təhlil etməklə kifayətlənirlər: “Lakin nəzərə alınmalı ən mühüm məqamlardan biri, bəlkə də birincisi, folklorda ifadə olunan kollektiv qeyri-şüuri yaradıcılıqla yazılı ədəbiyyatda öz əksini tapan fərdi şüuri mövqe və münasibətin fərqləndirilməsidir. Folklor faktları performansda dəyişən, dinamik xarakterə malik mətnlər olmaqla ənənəviliyi, kollektivliyi və variantlılığı özündə ehtiva edir. Lakin yazılı ədəbiyyatın özəlliyi və xüsusi dəyəri onun fərdiliyi, orijinallığı, bənzərsizliyi ilə ölçülür. Bu baxımdan bizim folklorşünas kimi Seyid Əzim Şirvani yaradıcılığına yanaşmamız məhz bugünkü tədbirin adında ifadə olunub: “folklorik düşüncə və klassik bədii interpretasiya”. Bu yanaşmanı şairin yaradıcılığının hər məqamında axtarmaq mümkündür. Seyid Əzim Şirvani Azərbaycan sosio-mədəni mühiti içərisində yetişməklə folklorik düşüncəyə – sosial stereotiplərə və mental dəyərlərə sahibdir, lakin onun yaradıcılığı, həm də bədii interpretasiyadır”.

Çıxışının sonunda H.Quliyev Folklor İnstitutunda gələcəkdə də folklor və yazılı ədəbiyyat münasibətlərinə həsr olunmuş araşdırmalarda folklorşünaslıq rakursunun gücləndirilməsinin vacibliyini qeyd edib.

Elmi sessiyada “Seyid Əzim Şirvani yaradıcılığında ruhani institutu və satirik üslub”, “Seyid Əzim Şirvaninin hekayətlərində lətifə süjetləri”, “Folklor və klassik ədəbiyyat aspektindən Seyid Əzim Şirvani yaradıcılığına baxış”, “Seyid Əzim Şirvaninin qəzəllərində mifoloji obrazlar”, “Seyid Əzim Şirvaninin təmsillərində xalq müdrikliyinin təcəssümü” mövzularında məruzələr dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see359

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see235

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see179

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see174

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see164

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see158

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see157

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see153

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see143

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see141

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see140

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see137

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see136

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see136

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see135

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri