Seymur Orucov növbəti dəfə vətəndaşları dinlədi FOTOLAR
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun mavafiq qrafik əsasında Düzqışlaq kənd və Saloğlu qəsəbə tam orta məktəb binalarında keçirdiyi vətəndaşların növbəti səyyar qəbullarında rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştriak ediblər.
Globalinfo.az xəbər verir ki, RİH başçısı çıxışlarında Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Respublikanın hə yerində, o cümlədən Ağstafa rayonunda keçirilən vətəndaşların səyyar qəbulları və əhali ilə görüşlərin əhəmiyyətinə də toxunub. Qeyd olunub ki, başlıca məqsəd yerlərdə mövcud şəraiti sakinlərlə ətraflı müzakirə etmək və həlli vacib məsələlərin operativ həllinə nail olmaqdan ibarətdir. Həmçinin hər kəs vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına mobil cihazları vasitəsi ilə daxil olub yaşadığı ünvanı tərk etmədən rahat qaydada Ağstafa Rayon İcra Hakimiyyətinə istənilən məzmunlu müraciətlərini edə bilərlər.
Vətəndaşların təklif və müraciətləri qabul olunaraq nəzarətə götürülüb, qaldırılmış məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 13 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















