Seymur Orucov Poylu və Vurğun qəsəbələrində vətəndaşları dinlədi Fotolar
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Poylu və Vurğun qəsəbələrində keçirdiyi növbəti səyyar qəbullarda vətəndaşları maraqlandıran və narahat edən məsələləri araşdırıb. S.Orucov mövcud çatışmazlıq və nöqsanların aradan qaldırılması istiqamətində nəzarət qaydasında aidiyyəti üzrə müvafiq göstərişlərini verib.
“Qafqazinfo” xəbər verir ki, qəbullarda, o cümlədən yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, müvafiq idarə, müəssisə və təşkilatların məsul əməkdaşları və yerli sakinlər iştirak ediblər.
RİH baçışı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən milli inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi Azərbaycanı güclü iqtisadiyyata və orduya, dünya birliyində mötəbər mövqeyə sahib çıxarıb. Dövlətimizn siyasətinin ana xəttini əhaliyə diqqət və qayğı, vətəndaş məmnunluğunun təmin edilməsi təşkil edir.
Çıxış edən yerli ictimaiyyətin nümayəndələri, Gülnarə Hüseynova, Tahir İbrahimov və digərləri ölkə rəhbərliyinin tapşırığı ilə Ağstafa rayonunda icra olunan abadlıq-quruculuq, sosial infrastruktur layihələrin rayon ictimaiyyəti tərəfindən əhalinin firəvanlığına hesablanmış addım kimi qiymətləndirildiyini vurğulayıb, ümumilikdə ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik və əmin-amanlığa görə dərin minnətdarlıqlarını ifadə ediblər.








Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 İyun 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















