Seymur Orucov Sadıqlı kəndində növbəti dəfə vətəndaşları dinlədi FOTOLAR
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müvafiq qrafikə uyğun olaraq Ağstafa RİH başçısının Sadıqlı kənd tam orta məktəb binasında təşkil olunan vətəndaşların növbəti səyyar qəbulunda yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə məsul şəxslər və kənd sakinləri iştirak ediblər.
Globalinfo.az-ın xəbərinə görə, RİH başçısı diqqətə çatdırıb ki, rayon mərkəzindən 54 km məsafədə yerləşən Sadıqlı, o cümlədən rayonun bütün yaşayış məntəqələrinin sakinləri “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla yaşadıqları ünvanları tərk etmədən rahat şəkildə istənilən məzmunlu müraciətlərini Ağstafa Rayon İcra Hakimiyyətinə ünvanlaya bilərlər. Bu dövlətimizin yerlərdə vətəndaş məmnunluğunu təmin etmək, əhalinin sosial rifahının yaxşılaşdırılmasına hesablanmış addımlardan biridir.
Kənd ağsaqqalları, Fərhad Hacıyev və Tahir Musayev çıxış edərək ölkəmizin bütün sahələrdəki dinamik inkişafına, ictimai-siyasi sabitliyk və əminamanlığına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ağstafalılar adından dərin minnətdarlıqlarını ifadə ediblər.
Qəbulda vətəndaşların qaldırdıqları məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 08 May 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















