Seymur Orucov vətəndaşların növbəti səyyar qəbullarını keçirdi FOTOLAR
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ağstafa şəhəri və Poylu qəsəbəsində keçirdiyi vətəndaşların növbəti səyyar qəbullarında rayonun rəhbər şəxsləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Globalinfo.az bildirir ki, əvvəlcə 12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar dahi rəhbərin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri dərin ehtiramla yad edilib.
Səyyar qəbullarda giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, müasir müstəqil Azərbaycanın hazırkı inkişafı, tərəqqisi, nail olunan sülh, sabitlik və firəvanlıq Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Məhz bu siyasi xətlə Prezident İlham Əliyev Vətənimizə və xalqımıza tarixi Zəfər bəxş etdi, ölkəmizin bütün ərazisində Konstitusiya quruluşu tətbiq olunaraq suverenliyimiz tam bərpa olundu. Hüquqi və digər cəhətlərdən vətəndaşlarımızın əmin-amanlıq şəraitində layiqli həyat səviyyəsi təmin olundu.
Rayon ictimaiyyətinin nümayəndələri, Həsənov Elburus Eyvaz oğlu və Babacanova Məleykə Nəsib qızı son zamanlar Ağstafada geniş vüsət alan abadlıq-quruculuq işlərinə görə ağstafalılar adından Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan müxtəlif məzmunlu məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti qurumlara çatdırılması istiqamətində məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 11 Dekabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















