Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“Şeytan TV”yə verilən meydan, yoxsa qanunun aliliyi Qərb Azərbaycanı qarışdırmaq istəyir

“Şeytan TV”yə verilən meydan, yoxsa qanunun aliliyi Qərb Azərbaycanı qarışdırmaq istəyir

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Xaricdən ölkəyə qanunsuz valyuta gətirilməsi ittihamı ilə saxlanılan “Meydan TV”nin əməkdaşlarının həbsi ətrafında spekulyativ xarakterli demaqogiya bitmək bilmir. Xaricdən ölkəmizə hansı məqsədlərlə qanunsuz yollarla Avropa əskinazlarını gətirdiklərini açıqlamaq əvəzinə, ittiham tərəfi və hamiləri suyu bulandırmağa, Azərbaycan hakimiyyətini ittiham etməyə çalışırlar.
Əslində nə baş verir?
Nüfuzlu hüquq müdafiəçisi Mika Benz bir neçə gün öncə ABŞ kəşfiyyatına bağlı “yardım təşkilatı” - USAID-ın qanunsuz əməllərini ifşa edən açıqlama ilə çıxış etdi. Cənab Benz bəyan edirdi ki, müxtəlif ölkələrdə QHT-ləri öz nəzarətinə götürən və bununla da çeşidli təxribat ssenariləri həyata keçirən USAID 50 milyard dollarlıq nəhəng büdcəsini bu təyinat üzrə xərcləyir. Beynəlxalq münasibətlər sistemindən və Qərbin oyun qaydalarından xəbərdar olan hər kəsə məlumdur ki, okeanın o tayından müxalif siyasi partiyalar, vətəndaş cəmiyyəti insitutları və kütləvi informasiya vasitələrini nəzarətdə saxlamaq üçün yüzmilyardlarla dollar vəsait sərf olunur. Hər qəpiyinin dəyərini bilən və hesabatını tələb edən qərblilərin bu “səxavəti” də səbəbsiz deyil. Məqsəd heç şübhəsiz ölkələri qarışdırmaq, nəzarətə götürmək, onları öz oyun qaydalarına tabe etdirmək və nəhayət büdcələrini talamaqdır. Yaxın keçmişə nəzər salsaq görərik ki, ərəb ölkələrində, İraqda, Liviyada, Suriyada, Ukraynada, Gürcüstanda, Ermənistanda və digər ölkələrdə bu ssenari “uğurla” sınaqdan keçirilib. 
Xaricdən qanunsuz və qeyri-şəffaf yollarla maliyyələşən QHT və KİV-lərin əsas missiyası daxili sabitliyi pozmaq, milli təhlükəsizliyə təhdid yaratmaq, dezinformasiya siyasəti ilə ictimai rəyi manipulyasiya etməkdir. Mexanizm belə işləyir: Ənənəvi olaraq bu “təsisatlar” xarici dairələrin təbliğat maşınına çevrilir, ölkənin daxili işlərinə müdaxilə edirlər. “Müstəqil QHT-lər” və “müstəqil media” adı altında xüsusi imtiyazlar qazanmağa çalışan bu “təsisatlar”ın təxribatçı fəaliyyəti də onları maliyyələşdirilən qüvvələr mühafizə olunur. Yəni, okeanın o tayından və “qoca qitə”dən təkcə maliyyə almırlar, həm də onların “təhlükəsizliyinə təminat verilir”. Qanunsuz fəaliyyətləri ilə bağlı hüquqi mexanizmlər işə düşdükdə isə dərhal onlardan “qəhrəman” obrazları düzəldilir, guya ki, bəşəri missiya ilə sılahlandıqları rəyi ictimaiyyətə ötürülür. Ardınca “strateji obyektlərin” hüquqlarının təmin olunması tələbi ortaya atılır, ölkələrə qarşı müxtəlif təzyiq üsullarından istifadə olunur. “Qurbanlar” cinayətə və qanunsuz fəaliyyətə təhrik edilir, onların “hüquqları” mövzusu isə ölkələri öz nəzarətinə götürmək  istəyən qərblilər üçün “yemə” çevrilir.
Müasir dünyamızda hər kəs bu oyun qaydalarından xəbərdardır və haqlı olaraq Qərbin “təsir zolağı”na düşən dövlətlər bundan qorunmağa çalışır. Rusiyada qəbul edilən “xarici agent”, Gürcüstanda “Xarici agentlər haqqında”, “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunlar buna bariz misaldır. Xarici qüvvələrin maraqlarına xidmət edən və onların təlimatlarını həyata keçirən QHT və medianın fəaliyyətinin məhdudlaşdırılması ölkənin informasiya təhlükəsizliyinin qorunması və ictimai sabitliyin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. Ölkəmiz təxribatçı qüvvələrə qarşı daim fəal mübarizə aparıb və məhz dövlətimizin qətiyyətli addımları nəticəsində okeanın o tayından və “qoca qitə”dən idarə olunan çeşidli və məkrli təxribatların qarşısı alınıb. Bu heç şübhəsiz dövlətimizin milli maraqlara uyğun uzaqgörən siyasətinin parlaq təzahürüdür. 
İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun şücayəti, Azərbaycan xalqının həmrəyliyi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, tarixi həsrətimizə son qoyulması, ölkəmizin milli maraqlara söykənən müstəqil diplomatik siyasət kursu Azərbaycana qarşı təzyiqləri  şərtləndirən əsas amillərdir. Birqütblü dünya arzusunda olan qərblilər aydın başa düşürlər ki, Azərbaycanın rolu və iştirakı olmadan regionda heç bir layihə uğur qazanmayacaq. Onu da bilirlər ki, Azərbaycansız Cənubi Qafqazı nəzarətə almaq planı da fiaskoya məhkumdur. Azərbaycan dövləti isə beynəlxalq münasibətlər sisteminin heç vaxt olmadığı qədər gərgin olduğu həssas bir şəraitdə öz qətiyyətini qoruyur, kiminsə ruporuna çevrilmir, balanslaşdırılmış diplomatik siyasət yürüdür. Bu isə öz növbəsində daxili sabitliyimizi təmin etməklə yanaşı, ölkəmizi dünya miqyasında strateji əhəmiyyətə malik önəmli dövlətə çevirir. Qoşulmama Hərəkatına uğurlu rəhbərlik, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi, dünya miqyasında ölkəmizə və onun liderinə olan yüksək  münasibət bunun bariz nümunəsidir.
Azərbaycan hüquqi dövlətdir və kimliyindən, statusundan asılı olmayaraq, hər kəs, hər bir Azərbaycan vətəndaşı qanunlara riayət etməyə borcludur. Əgər qanunsuz maliyyələşmə ittihamı ilə həbs olunan “jurnalist” və “qhtşniklər” doğrudan belə vətənpərvər idilərsə, o zaman bu əməllərlə məşğul olmamalı idilər. Olublarsa, Azərbaycan qanunlarını pozublarsa, xaricdən Azərbaycanın qarışdırılması, daxildə sabitliyin pozulması layihələrində yer alıblarsa, deməli, bugünkü həbsi də haqq ediblər. 
Azər Niftiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Dekabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri