Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

Azərbaycanı qarışdırmaq istəyənlər kimlərdir?!

Azərbaycanı qarışdırmaq istəyənlər kimlərdir?!

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Casusluq ittihamı ilə mühakimə olunan Martin Ryanın məhkəməsində yaşananlar əslində çox ciddi məqamlardan xəbər verir və Fransa adında dövlətin hansı hoqqalardan çıxdığını, Azərbaycana qarşı necə riyakarca, namərdcə, xəbiscə davrandığını növbəti dəfə əyani sübutlarla təsdiqləyir.
Ryan öz ifadəsində bildirir ki, Fransanın ölkəmizdəki səfirliyində çalışan 3 adamla daimi kontakt saxlayıb və onların hamısı xüsusi xidmət orqanlarının əməkdaşı olub. Təsəvvür edirsinizmi? Diplomat adı ilə gələsən, “toxunulmaz” statusla 3-4 il ortalıqda hərlənəsən, üzdə yekə-yekə ikitərəfli münasibətlərin formalaşmasından-filan danışasan, bir dövlət tədbirindən çıxıb 3 saat sonra o birindən boylanasan və...axırda müəyyənləşə ki, demə sənin əsas işin bütün bu imtiyazlardan yararlanaraq “verbovka”, canlı kamikadze, gizlin məruzələr hazırlamaq imiş...
Hazırlamaq və aranı qatmaq!
Riçard Kozlariçi, Rino Harnişi, Steynar Gili yəqin ki, yaxın keçmişdə siyasətlə məşğul olanlar unutmayıblar. Onların da missiyası təxminən eyni idi və əlbət, bütün təxribatlar əsasən seçki dönəmi, nadir hallarda isə fors-major durumlar üçün hesablanırdı. Fəqət, daha sistemli proses 2013 dönəmindən etibarən başladı və məlum qüvvələr qərar verdilər ki, artıq ölkə xaricindəki satqınları, “dezertir müxalifətçiləri” də bu işə cəlb etmək lazımdır.
“Söyüş müxalifəti” əsasən harada mərkəzləşib? Fransa və Almaniyada. Yaxşı bəs onların dövrəyə buraxılmasında əsas məqsəd nə olub? – Təhqiri və küçə jarqonlarını insanlar üçün adiləşdirmək, öz aləmlərində (guya!) qorxu mifini dağıtmaq, saxta informasiyaları, dezoları yeni obrazlar üzərindən təqdim etmək və sair, ilaxır. Ayrıca....həmin obrazlar heç də təsadüfən seçilməyib. Məsələn, Qabilin timsalında dəli, klounabənzər və azca gülməli personaj ona görə ortalığa buraxılıb ki, insanların şüuraltına yalanlar və provokativ məlumatlar həm də hansısa şizofrenikin sərsəmləmələri, lətifəyə çevirilən sayıqlamaları qismində transfer edilsin. Ya da olsun Mirzəli, Vidadi və digərləri. Aşağı-yuxarı hər biri oxşar tipajlardır və eyni missiyasını daşıyırlar.
Azərbaycanda 4 seçki növbədənkənar keçirilib. Sizcə niyə? Məncə ilk növbədə ona görə ki, bax həmin bu səfirlik tülkülərinin və onların daxildəki, xaricdəki ştatlı agentlərinin məkrli planları fiaskoya uğrasın.
Uğrayıb da!
2013-cü ildə, oktyabra planlanan Prezident seçkiləri üçün haqqında danışdığım yaramazların planı bilirsinizmi nə olub? - “Söyüş müxalifəti” ilə xarici diplomatların bərabər şəkildə müxtəlif quru sərhədlərdən ölkəyə girişini təmin etmək, süni qarşıdurma yaratmaq, məlum qarşıdurma fonunda “dezertir”lərdən bir-ikisini “rasxod”a vermək, diplomatlardan bəzilərinin özləri tərəfindən vurulmasını, yaralanmasını “düzüb-qoşmaq” və nəticə etibarilə xaos yaratmaq!
Xatırlayırsızmı, Qurban Məmmədov və digərləri bir ara necə inandırıcı formada seçki günü, ya da ərəfəsi Azərbaycana qayıdacaqlarını deyirdilər? Çünki səbəb var idi. Çünki onlara bunu dedirdən vardı. Çünki “verbovka”sı olduqları qurumlar təminat vermişdilər ki, sizin həbs olunmamanıza, daha doğrusu olunmayacağınıza cavabdehik.
Amma seçkinin qəfil, kimsənin gözləmədiyi anda fevral ayına irəli çəkilməsi böyük bir riyakar planın qarşısını aldı.
İlham Əliyev həmin vaxt Azərbaycanın düşmənlərini sözün gerçək anlamında bircə zərbə ilə “nakaut” etdi...
Daha sonrakı (əsas) kritika 2020-ci il Parlament seçkiləri ərəfəsində yaşandı. Sadəcə bir az fərqli fabulada: Bu dəfə səfirlik tulalarına və radikallara yeni-yeni dirçəlməyə çalışan FETÖ-çular da qoşulmuşdular. Onların isə strategiyası məlumdur: Üzdə iqtidarı və Prezidenti tərifləmək, daldada isə təriflədiklərinə qarşı bütün yaramazlıqları, şərəfsizlikləri etmək!
Həmin seçkidə düz 39 namizədlə çıxış edib, gorbagor olmuş Fətullahın qırıntıları! Məqsəd də bu olub ki, barı Parlamentə 1-cə nəfər emissarları düşə bilsin. Amma düşmədi. Hətta Pensilvaniyadan gələn pullar, Azərbaycanda fəaliyyət göstərən bəzi media qurumlarının (onların fəaliyyəti mütləq şəkildə araşdırılmalıdır!) dəstəyi, sosial şəbəkələrdəki fəallıq, Türkiyəyə (konkret olaraq Maraşa) Londona, Amerikaya, Fransaya ötürülən fakslar (daha təhlükəsiz hesab etdikləri üçün bütün məlumatları məhz faks üzərindən ötürüblər), bölgələrdə məqsədli şəkildə həyata keçirilən “gözdənsalma kampanyası” belə onların köməyinə çata bilmədi...
Çünki deşifrə olmuşdular!
Üstəlik, bir tək özləri yox, həm də sıx əməkdaşlıq etdikləri səfirliklər!
***
Qayıdım tam əvvələ.
Demək, Martin Ryan məhkəmə çıxışı zamanı belə bir acizanə təşəbbüsdə də bulunub. Ki, Fransa dövlətindən xahiş edirəm, mənim arxamda dayansın.
Heyhat! Adam ya sadəlövhdür, ya da çox sadəlövh!
Ay bədbəxt, səfirlik, onun agentləri elə dövlətin özüdür də. Sən kimdən kimə şikayət edirsən?
“Kişi”lər iş tapşırıblar, 2024-cü il Parlament seçkilərini pozmaq, ortalığı qarışdırmaq, səfirliyə məxfi məlumatlar ötürmək barədə təlimat veriblər, o boyda maaş ödəyiblər və heç birini də yarıtmamısan, hər şeyi üzünə-gözünə bulaşdırmısan. Başqa nə gözləyirdin?!
Məncə hələ bir ye, min şükür elə ki, güvəndiyin və işbirliyi “yapdığın” xüsusi xidmət orqanlarının əməkdaşları səni öldürüb, mitilini qurd-quşa yem etməyiblər.
Çün, bildiyim qədər Makron şahidləri sevmir...
Elşən Musayev,
 Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 Mart 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see320

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see229

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see221

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see213

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see209

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see204

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see203

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see203

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see202

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see202

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see200

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see199

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see197

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see195

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see195

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see194

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see175

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see173

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see168

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri