Icma.az
close
up
RU
Şeyx Əbdül “AzDrama” rəhbərliyinə OD PÜSKÜRDÜ: “Onlar cəzalandırılmalıdır”

Şeyx Əbdül “AzDrama” rəhbərliyinə OD PÜSKÜRDÜ: “Onlar cəzalandırılmalıdır”

Icma.az, Pravda.az saytına istinadən bildirir.

Xalq artisti Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında son günlər Akademik Milli Dram Teatrında baş verən qalmaqallı hadisələrə münasibət bildirib. Xalq artisti  teatr rəhbərliyinə edilən təyinatların əsasız və qeyri-peşəkar yanaşmalar üzərində qurulduğunu bildirib:

“Nə qədər ki, dövlət strukturlarında vəzifələr şəxsi münasibətlər zəminində, tanışlıq prinsipi ilə “pay-püş” ediləcək, vəziyyət dəyişməyəcək. Otu gətirib itin qabağına, əti gətirib atın qabağına qoyurlar. Sonra da deyirik ki, niyə belədir? Özümüz belə etmişik, necə yəni niyə belədir? Hər kəs öz yerində olmalıdır.

Teatr xalqın siması, əxlaqı və mənəviyyatıdır. Belə bir məkana rəhbər təyin edilərkən kollektivin, sənətkarların, peşəkar teatr adamların rəyi nəzərə alınmalıdır.

Burada ömrünü bu sənətə həsr etmiş nəsillərlə ölçülən aktyor və aktrisalar var. Necə ola bilər ki, onların razılığı, xeyir-duası olmadan istənilən adamı gətirib teatrın rəhbəri təyin edirlər? Teatra rəhbər sərəncamla təyin edilərmi? Xalq artistləri, şəhid ailələri, ağsaqqal sənətkarlar, teatrşünaslar, bədii şuralar niyə bir kənara atılır?

Teatr kollektivi bir ailədir və orada rəhbərlik peşəkar, mənəvi-intellektual səviyyəsi olan, milli düşüncəyə sahib bir şəxsə həvalə olunmalıdır. Axı o kresloda vaxtilə Adil İskəndərov, Həsənağa Turabov, Mehdi Məmmədov, Tofiq Kazımov kimi sənət dahiləri əyləşib. İndi hər şey o qədər cılızlaşıb ki, salam-kəlam üstündə hazırlıqsız bir adamı gətirib təyin edirlər? Bu, sənətə hörmətsizlikdir.”

Şeyx Əbdül Mahmudov son günlər mətbuatda geniş yayılan aktyor Əli Nurun döyülməsi hadisəsinə də münasibət bildirib:

“Əli Nurun döyülməsi ilə bağlı xəbəri mətbuatdan oxudum. Hesab edirəm ki, bu məsələ ictimailəşdirilməməliydi. Rəsmi şəkildə aidiyyəti qurumlara müraciət olunmalı, təcili kollektivlə görüş keçirilib məsələyə aydınlıq gətirilməliydi. İndi isə hər kəs bu məsələ ətrafında bir söz deyir, məsələ şouya çevrilib.”

Tanınmış sənətkar teatr cameəsində yayılan “hoca qalmaqalı”ndan da söz açıb:

“Belə alternativ, neqativ söhbətlər əvvəllər də olurdu. Amma nə üçün o zaman gündəm olmurdu? Ona görə ki, o vaxt sənət və sənətkar var idi. Bu böyük dəyərlərin fonunda dedi-qodular görünmürdü. Bu gün isə nə sənət, nə sənətkar var, qalmışıq şounun içində.

“Bir Xalq artisti kimi tələb edirəm ki, teatrı bu günə salanlar cəzalandırılsın. Bu yaşananlar biabırçılıq, rüsvayçılıqdır!”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://pravda.az
archiveBu xəbər 16 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see123

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Maskın təklifi

08 İyun 2025 04:23see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda 2 avtomobildən avtomat tapıldı

07 İyun 2025 12:28see112

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri