Icma.az
close
up
RU
Şeyx Əbdüldən sərt tənqid: Əlisalar, Rasimlər, Şəfiqələr şəhərin mərkəzində kino adı ilə kef edirlər

Şeyx Əbdüldən sərt tənqid: Əlisalar, Rasimlər, Şəfiqələr şəhərin mərkəzində kino adı ilə kef edirlər

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda kino istehsalı artırılmalıdır, başqa yol yoxdur”.

Bu barədə Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Cinema Talks” ("Kino müzakirələri”) adlı paneldə Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi kinorejissor Əlisa Cabbarov deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən kino istehsalı üçün ayrılan vəsait lazımi formada xərclənmir: “Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır: “Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə bunları da demək lazımdır”.

Azərbaycan kinorejissoru, ssenarist və aktyor Şeyx Əbdül Mahmudov “Sherg.az”a bildirib ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) Azərbaycan kinosuna heç bir dəxli yoxdur:

“Bir dəstə adam ora yığılıb və nə ilə məşğul olduqları barədə, heç kəsin xəbəri yoxdur. Əlisa Cabbarov da başından böyük danışır. Nə qədər qərəzli olasan ki, belə məsuliyyətsiz çıxışlar edəsən. Bu gün mənim 80  yaşım oldu. Azərbaycan kinosunda 66 illik xidmət etdim və Əlisa müəllim gil məni yada salmadılar. Özləri üçün isti ocaq düzəldib, oturublar ittifaqda və min hoqqa ilə ona-buna daş atmaqla məşğuldurlar. Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosun qapısını tanımır. Allahlarına şükr etsinlər ki, mənim onlarla işim  yoxdur, lakin yaxın günlərdə olacaq. Çünki qondarma bir ittifaq yaradılıb, və bu da mənim hesabıma yaranıb. Bunu bütün ictimaiyyət bilir. İki dənə ayrı-ayrı avara ittifaqlar idi və Azərbaycan dövlətindən pul alıb xərcləyirdilər. Ancaq mən bunları hansı əziyyətlə birləşdirdiyimi bütün nazirlər və ittifaqlar bilir. Mübarizə gedən vaxt Rasim Balayev və Şəfiqə Məmmədova mənə düşmən olmuşdular. İndi yenidən baş-başa verib, özləri üçün kef edirlər”. 


Şeyx Əbdülün sözlərinə görə Azərbaycan kinosunun sahibi var:

“Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA)  gəlib görsünlər ki orada necə işlər gedir. Mən həm də şuranın üzvüyəm və elə gün olur gündə beş-altı ssenari qəbul edir, ya geri qaytarır, ya düzəlişlər edirik. Hər iş nazirliyin diqqəti və şəxsi nəzarəti altında həyata keçirilir. Prezidentin rəsmi sərəncamı ilə təsis olunan Azərbaycan Respublikasının Kino Agentliyi adında möhtəşəm bir kino təşkilatı var. Burada da olan uşaqların hamısı bu gün Azərbaycan kinosunda fəaliyyətdə olan sənətkarlardır. Onlardan bəziləri Yavər Rzayev, Elxan Cəfərov, Şeyx Əbdüldür.  Əlisa bu cür çıxış edərək ictimai qarşıdurma yaradır. Getsinlər o ittifaqı kinostudiyaya köçürsünlər. Azərbaycan kinosunun bu gün ən böyük düşməni Azərbaycan kinosu hesabına gündəm olan, ad-san qazananlardır. Hərə bir tərəfdə kinonun adı ilə kef edir, amma kinostudiyadan xəbərləri yoxdur. Mən müraciət hazırlamışam və respublikada kino adına mövcud  olan  kino agentliyimiz olmaqla hamı Azərbaycan Film Kinostudiyasında yığılmalıdır. Biz qurultay keçirməmişik və qurultay keçirilməlidir. Rasim Balayev və Şəfiqə xanım orada gördüyü işlərin, hesabatlarını verməli, çıxışları müzakirə olunmalı, yenidən seçkilər keçirilməli və bunlara qiymət verilməlidir. Bu nə hoqqadır verirlər?  qədər sakit və Şəhərin mərkəzində sakit oturublar. Əlisa Cabbarovun kino shəsində hansı xidmətləri var, nə edib ki, kino adından danışır? Kino adı ilə alış-veriş etmək, gündəm olmaq, kinoçular qıraqda qala-qala dövlət səviyyəsini təmsil edib dövlətin gözünə girmək kimi oyunların hamısı ifşa olunmalıdır. Azərbaycan dövlətinin ayırdığı pulun ittifaqda nə işi var, niyə Azərbaycan dövləti ona pul verməlidir?  Kinonu yazanlar yaradanlar kino məbədgahında oturur, ancaq Əlisalar, Rasimlər, Şəfiqələr şəhərin mərkəzində kino adı ilə kef edir. Başım çıxmır ittifaq nədir e? Sovet hökumətindən qalan eybəcər və gülməli bir şeydir. Bunların hamısı 40-50 il qabaq Kinostudiyanın qapısından çıxıblar. Kinostudiya kinonun məbədgahı və ziyarətgahıdır. Dövlətin bir kinostudiyası var və onun da adı Cəfər Cabbarlı adına Azərbaycan Film Kinostudiyasıdır. Hərə özü üçün  prodakşınxana, kinoxana açıb. Mənasız, mahiyyətsiz işlərlə məşğuldurlar. Camaatda elə bilir biz çəkirik həmin kinoları. Ancaq bizim xəbərimiz belə yoxdur. Podvallarda, krişalarda, kubinkalarda studiya açıb özləri doğub göbəyini də kəsirlər. Əlisalar gəlsin ARKA-ya  və görsünlər ki, necə işlər gedir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri