Icma.az
close
up
RU
“Şeyx Əbu Tahir əs Siləfi və Azərbaycan” kitabı ərəbdilli oxuculara təqdim olunub

“Şeyx Əbu Tahir əs Siləfi və Azərbaycan” kitabı ərəbdilli oxuculara təqdim olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Qahirə, 17 mart, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri tarix elmləri doktoru Nərgiz Əliyevanın “Şeyx Əbu Tahir əs-Siləfi və Azərbaycan” kitabı ərəb dilində Misirdə nəşr edilib.

AZƏRTAC xəbər verir ki, İskəndəriyyə Kitabxanası Nəşr və Yayım Evi tərəfindən çap olunan kitabda XII əsrdə Azərbaycanda olmuş sufi alim və səyyah Şeyx Əbu Tahir əs-Siləfinin “Mucəm əs-Səfər” əsəri əsasında Azərbaycanın mədəni həyatı tədqiq edilir. Elm və ədəbiyyatda tərəqqi baxımından Azərbaycanı Şərqin Əndəlusu adlandırmış iskəndəriyyəli alimin əsərində Azərbaycandan çıxmış 117 mühəddis, fəqih, sufi şeyx, hafiz, şair, katib, ədib haqqında məlumat verilir. Ərəbdilli oxuculara təqdim edilən əsər Azərbaycan ziyalılarının və məşhur şəxsiyyətlərinin adlarının üzə çıxarılması və Azərbaycanla müsəlman dünyası ölkələri arasındakı elmi-ədəbi əlaqələri öyrənmək baxımından olduqca qiymətli mənbədir. Əs-Siləfini digər səyyahlardan fərqləndirən cəhət budur ki, o, kitabında Araz çayından cənubda və şimalda yerləşən Azərbaycan coğrafiyasının əsas şəhərlərində olub, buradakı elmi-mədəni həyatı öyrənib.

Əbu Tahir əs-Siləfi həyatının çox hissəsini Misirin İskəndəriyyə şəhərində yaşayıb yaradıb, orada da dəfn olunub.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see304

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see295

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see292

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see288

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see287

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see284

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see274

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see272

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see266

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see265

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see245

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see238

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see236

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see235

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see232

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see226

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see225

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see223

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri