Şeyxə aparılan quşlar hava limanında ələ keçirildi: 100 min dollar alacaqdılar FOTO
Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul hava limanında qaçaqmalçılıq cəhdi zamanı dünyanın ən sürətli quşu olan 10 şahin ələ keçirilib. Şübhəlilər quşları 100 min dollara ərəb şeyxinə satacaqlarını bildiriblər.
Publika.az xəbər verir ki, İstanbula gələn iki əcnəbi vətəndaş 10 baş şahin quşunu xaricə keçirmək məqsədilə iri taxta qəfəsə salaraq İstanbul hava limanına aparıblar. İstanbul Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi tərəfindən təqib edildiyindən xəbərsiz olan bu şəxslər rentgen cihazlarından keçdikdən qısa müddət sonraa saxlanılıblar.
Polis qrupları qəfəsi açaraq, 10 baş şahini gözləri bağlı halda ələ keçirib.
Şübhəlilər barəsində məhkəmə əməliyyatı başlanıb. 10 baş yırtıcı quş mühafizə altına alınaraq Təbiəti Mühafizə və Milli Parklar Müdirliyinə təhvil verilib.
Aysel Şahmar
Baxış sayı:64
Bu xəbər 13 Dekabr 2024 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















