Icma.az
close
up
RU
Mehmet Bozkuş: Türkiyəsiz Kiprdə addım atmaq mümkün deyil

Mehmet Bozkuş: Türkiyəsiz Kiprdə addım atmaq mümkün deyil

Icma.az, Sherg.az saytına istinadən bildirir.

ŞKTC-nin federasiyaya dönüşü barədə iddialar əsassızdır


Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən son seçkilər ölkə daxilində yeni bir siyasi mərhələnin başlandığını göstərir. Seçki nəticələri müəyyən siyasi dəyişikliklərə səbəb olsa da, Kipr məsələsinin beynəlxalq hüquq, regional sabitlik və enerji təhlükəsizliyi kontekstində həllini tapması üçün daha uzunmüddətli və çoxşaxəli proseslərə ehtiyac duyulduğu aydın görünür. Kipr problemi, təkcə adadakı iki icma arasında bölünmə ilə məhdudlaşmır, bu məsələ eyni zamanda Şərqi Aralıq dənizindəki enerji ehtiyatları, ticarət marşrutları və strateji mövqelər baxımından da beynəlxalq aktorların diqqətindədir. ŞKTC ilə Türkiyə arasında mövcud olan əlaqələr həm tarixi, həm də strateji çərçivədə formalaşıb və bu münasibətlər bölgədəki hadisələrə birbaşa təsir göstərməkdə davam edir. Digər tərəfdən, beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatı kimi qurumların Kipr məsələsinə yanaşması və uzun illərdir davam edən müzakirələrdə əldə olunmayan irəliləyiş, bu problemin həllinin nə qədər çətin və siyasi iradəyə bağlı olduğunu göstərir. Seçkilərdən sonra həm ŞKTC rəhbərliyinin, həm də Türkiyə rəsmilərinin verdiyi açıqlamalar, mövcud siyasətlərin əsas istiqamətlərində ciddi dəyişiklik gözlənilmədiyini ortaya qoyur.


Strategiya üzrə türk mütəxəssis və siyasi elmlər üzrə alim Mehmet Bozkuş Sherg.az-a açıqlamasında son seçkilərdən sonra ŞKTC-nin daxili və xarici siyasətində yaranan istiqamətlər, Türkiyə ilə münasibətlərin rolu, Şərqi Aralıq dənizindəki geosiyasi dinamika və beynəlxalq aktorların Kipr məsələsinə yanaşmalarından söz açıb:


"Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) keçirilən son seçkilərlə birlikdə yeni bir dövrə qədəm qoyuldu. Bu siyasi diskurs baxımından bir dəyişiklik yaratsa da, geopolitik səviyyədə ciddi dəyişikliklərin baş verməsi üçün daha uzunmüddətli proseslərə ehtiyac olduğu unudulmamalıdır. Türkiyə ilə ŞKTC arasında olan bağ yalnız tarixi və mədəni əsaslara deyil, həm də dərin bir strateji ortaqlığa söykənir. Bu səbəbdən bu ortaqlığın tezliklə pozulacağını düşünmək real yanaşma deyil.

Türkiyə, stratejik mövqedə yerləşən və ŞKTC-də yaşayan Türk xalqının rifahı, təhlükəsizliyi və inkişafı baxımından izlədiyi siyasətlərdən əsla geri addım atmayacaq. Ətraf bölgələrdəki dəyişkən dinamiklər, ortaq təhlükəsizlik vizyonu, enerji diplomatiyası və Şərqi Aralıq dənizindəki sabit mövqe, Türk millətinin ortaq maraqlarının birbaşa əksidir. Bu baxımdan, ŞKTC-nin öz maraqlarını qorumaq üçün gücə və bu gücün arxasında dayanan diplomatik dəstəyə ehtiyacı var.

Diplomatiyada masaya oturmaq istəyirsinizsə, bunun üçün gücə sahib olmalısınız. Bu səbəbdən kipr-türk xalqı, keçmişdən aldığı güc və inamla gələcəyini azadlıq və hüquq-demokratiya təməlləri üzərində qurmaq istəyir. Ancaq keçmişdə Annan Planı daxil olmaqla verilmiş vədlərin yerinə yetirilmədiyi acı təcrübələr unudulmamalıdır.

1974-cü ildən sonra yaranan reallıqları 1960-cı il Kipr dövlət modeli ilə müqayisə edən və buna uyğun siyasət yürütməyə çalışan Cənubi Kipr Rum İdarəsinin, son seçkilərdən sonra yaranan siyasi mühiti sevinclə qarşılamasının səbəbi, ŞKTC-nin federasiyaya dönmək ehtimalı ilə əlaqələndirilir. Halbuki bilinməlidir ki, masadan qalxan ŞKTC və ya Türkiyə deyil, əksinə, adanı Yunanıstana birləşdirmək istəyənlər olub. Bu reallıq göz ardı edilə bilməz".


Ekspert Türkiyənin ŞKTC ilə birlikdə hərəkət etməyə davam edəcəyini bildirib: 

"Yeni seçilən Cumhurbaşkanının da bu istiqamətdə bəyanat verməsi, Türkiyəsiz bu adada addım atılmasının mümkün olmayacağını bir daha göstərir.

Təəssüf ki, bölgəmizdəki dinamiklər, xüsusən də Qəzza böhranından sonra formalaşan yeni güc balansları, bəzi qlobal güclərin ŞKTC-ni və ümumiyyətlə Kipri Türkiyəyə qarşı mübarizənin mərkəzinə çevirmək istədiyini göstərməkdədir. Bu kontekstdə, Cənubi Kipr Rum İdarəsinin İsrail və Yunanıstan ilə qurduğu ittifaq və bununla əlaqəli təşkil olan layihələr çərçivəsində Aralıq dənizində yeni ticarət marşrutları üzərində iddialı planlar qurulduğu aydın görünür.

Yunanıstanın Aralıq dənizində sahil xətti olmadan bu bölgəyə aidiyyət iddia etməsi və Cənubi Kipr Rum İdarəsinin ŞKTC xalqını təmsil etdiyini iddia etməsi tamamilə əsassızdır. ŞKTC-nin hüquqlarını yalnız öz qanuni dövlət qurumları və onunla strateji ortaq olan Türkiyə qoruyur.

Bu kontekstdə, Türkiyənin zamanla ŞKTC-nin tanınması məsələsini daha geniş müstəviyə çıxarması və bu istiqamətdə atacağı addımlar bölgədə yeni bir dinamizmi ortaya çıxara bilər. Hazırda həm seçkiləri qazanan Tufan Erhürman, həm də mövcud Cumhurbaşkanı Ersin Tatarın təhlükəsizlik siyasətləri baxımından ortaya qoyduğu mövqe xüsusi əhəmiyyət daşıyır. Ersin Tatarın rəhbərliyi ilə ŞKTC, Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu qazanıb və Türkiyə ilə sıx əməkdaşlıq nəticəsində adada ciddi iqtisadi və siyasi qazanımlar əldə edib.

Hazırda dünyada yalnız Türkiyənin tanıdığı ŞKTC-nə Qərb dövlətlərinin verdiyi vədləri yerinə yetirməməsi və riyakar siyasətləri nəticəsində “yenidən federasiyaya dönüş” fikrinin gündəmə gətirilməsi ciddi olaraq düşündürücüdür.

Şərqi Aralıq dənizindəki təbii sərvətlər və strateji mövqe Kipri tək bir ada olaraq görmək istəyən güclərin-İsrail, Yunanıstanın bölgədə ticarət marşrutlarını və hərbi mövqelərini gücləndirmək niyyətində olduğunu göstərir. Bu prosesdə ŞKTC-nin hüquqlarını qorumaq yalnız güc və birlik strategiyası ilə mümkündür".


Alim İsrail və Yunanıstanın Sevilla xəritəsi əsasında Türkiyəni Antalya körfəzinə sıxışdırmaq cəhdlərinin də Kipr adasında baş verən hadisələrlə sıx bağlı olduğunu vurğulayıb:

"Bu səbəbdən “iki suveren dövlət” prinsipi əsasında yürüdülən siyasət ciddi və qətiyyətli şəkildə davam etdirilməlidir.

Nəticə olaraq, ŞKTC-də iqtidarda kim olursa olsun, Ankarayla koordinasiyalı, qarşılıqlı güvənə əsaslanan siyasət yürütmək həyati əhəmiyyət kəsb edir. Bu, yalnız ŞKTC-nin gələcəyi üçün deyil, eyni zamanda Türkiyənin bölgədəki təhlükəsizliyi və suverenliyi üçün də vacibdir. Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, Türkiyə və ŞKTC hər zaman birlikdə hərəkət edəcək, Türk millətinin maraqları istiqamətində yoluna davam edəcək və heç bir halda əldə etdiyi qazanımlardan geri çəkilməyəcəkdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see318

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see252

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see210

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see202

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see191

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see183

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see182

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see164

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see131

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri