Shell Hindistandakı yaşıl enerji biznesini 1,8 milyard dollara satıb
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Britaniyanın enerji şirkəti "Shell" Hindistandakı külək və günəş enerjisi biznesini "Aditya Birla Renewables" şirkətinə 1,8 milyard dollara satıb.
Məlumata görə, sövdələşmə şirkətin əsas diqqətini yenidən neft və qaz sektoruna yönəltmək strategiyasının tərkib hissəsidir. Bildirilir ki, "Shell" bərpa olunan enerji layihələrinə yatırımlarını azaldaraq daha yüksək gəlirlilik vəd edən sahələrə üstünlük verir.
Şirkətin aşağı axın, bərpa olunan enerji və enerji həlləri üzrə rəhbəri Machteld de Haan bildirib ki, "Shell" enerji portfelini optimallaşdırmaq və daha rəqabətqabiliyyətli biznes modeli formalaşdırmaq istiqamətində fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Shell-in baş direktoru Vael Savan daha əvvəl qlobal neft bazarında təxminən 1 milyard barellik təklif çatışmazlığının yarandığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət neft hasilatının məhdudlaşması və bəzi həcmlərin bazara çıxarılmaması ilə əlaqədardır. Savan qeyd edib ki, bunun təsirləri artıq neft emalı sənayesində də hiss olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 14 İyul 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















